Aprelin 28-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının “TÜRKPA-ya üzv dövlətlərdə ombudsman təsisatları” mövzusuna həsr olunmuş videokonfrans formatında 12-ci iclası keçirilib. SİA xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasda Azərbaycan nümayəndə heyətini Milli Məclisin deputatı, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü Cavanşir Feyziyev təmsil edib. O, çıxışında TÜRKPA-ya üzv ölkələrdə ombudsman təsisatlarının dövlətlə vətəndaş arasında körpü rolunu oynayaraq hüququn və ədalətin təmininə xidmət etdiyini bildirib, Azərbaycanda ombudsman təsisatının fəaliyyəti barədə danışıb. Sonra komissiya iclasının əsas mövzusuna dair…
Daha çoxDay: April 29, 2025
Ərdoğandan Hindistan və Pakistana çağırış
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistan və Pakistana çağırış edib. SİA xəbər verir ki, o, Türkiyənin tərəflər arasındakı gərginliyin aradan qalxmasını arzu etdiyini bildirib. O, həmçinin söyləyib ki, rəsmi Ankara nə öz bölgəsində, nə də digər ərazilərdə yeni toqquşmalarda maraqlıdır.
Daha çoxAzərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi. Prezident İlham Əliyevin bəyanatı -Hörmətli cənab Prezident. Hörmətli qonaqlar, xanımlar və cənablar. Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz Azərbaycan-İran dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək. Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək…
Daha çoxİspaniyada fövqəladə vəziyyət elan edildi
İspaniyanın Daxili İşlər Nazirliyi elektrik enerjisinin kəsilməsi fonunda ölkədə fövqəladə vəziyyət elan edib. SİA xəbər verir ki, fövqəladə vəziyyət müraciət edən ərazilərdə tətbiq ediləcək. Qeyd edək ki, İspaniyada hökm sürən tarixi elektrik probleminin ardınca Madrid rəhbəri İzabel Diaz Ayuso 3-cü dərəcəli fövqəladə vəziyyət elan edilməsi və ordunun ayıq-sayıqlığı məqsədilə Baş Nazir Pedro Sançesə çağırış etmişdi.
Daha çoxCinayətkar ermənilərin məhkəməsi davam edir…
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 28-də davam etdirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal…
Daha çoxHindistan Fransadan 7,3 milyard dollarlıq hərbi təyyarə aldı
Hindistan və Fransa arasında 7,3 milyard dollarlıq müqavilə imzalanıb. SİA xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, müqaviləyə əsasən, Hindistan Fransadan 26 ədəd “Rafale Marine” təyyarəsi alıb. Hindistanla Pakistan arasında gərginliyin artması fonunda Yeni Dehlinin silahlanması narahatlıq doğurur. Xatırladaq ki, bundan əvvəl Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif Hindistanla 2-3 gün ərzində müharibənin başlaya biləcəyini açıqlayıb.
Daha çoxİran Prezidenti Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Bibiheybət məscidini ziyarət edib. SİA xəbər verir ki, ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qarşıladılar. İran Prezidentinə Bibiheybət məscidi haqqında məlumat verilərək bildirilib ki, Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsi olan bu məscid XIII əsrdə Mahmud ibn Səd tərəfindən yeddinci imam Musa əl-Kazımın qızı Həkimə xanımın məzarı üzərində tikilib. Məhəmməd (s) peyğəmbərin nəslindən olduğuna görə Həkimə xanımın məzarı yerləşən bu məkan məscid tikilməzdən əvvəl də müqəddəs sayılırdı. Məscidin…
Daha çoxİran Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 28-də başa çatıb. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İran Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər yola saldılar.
Daha çoxRusiya Avropa ilə sərhəddə qüvvələr toplayır..?
Kreml Belarusda müharibə üçün lazım olan infrastrukturu modernləşdirir… …Kreml əsgər qəbulunu genişləndirir, silah istehsalını artırır və Avropa ilə sərhədində dəmiryol xətlərini yeniləyir. Hazırda bütün diqqət Ukraynadakı müharibəyə yönəldilsə də, bəzi Avropa ölkələri Rusiyanın Avropa ilə sərhədlərinin digər hissələrində hərbi fəaliyyətindən getdikcə daha çox narahat olurlar. SİA-nın məlumatına görə, “The Wall Street Journal” yazır ki, Finlandiya ilə sərhəd yaxınlığında, Petrozavodsk şəhərində rus hərbi mühəndisləri Kremlin yaxın bir neçə il ərzində on minlərlə hərbçiyə nəzarət etmək üçün yeni hərbi qərargah yaradıb, ordu bazalarını genişləndirirlər. …Qərb hərbi və…
Daha çoxAzərbaycan-Çin münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın yeni istiqamətləri
2025-ci il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin nüfuzlu CGTN telekanalına verdiyi geniş müsahibə ölkələrimiz arasında mövcud strateji tərəfdaşlığın əsas istiqamətlərini bir daha aydın şəkildə ortaya qoydu. Bu müsahibə təkcə diplomatik bəyanatlarla məhdudlaşmadı, həm də Azərbaycan-Çin münasibətlərinin çoxvektorlu xarakterini – siyasi, iqtisadi, nəqliyyat, enerji, təhsil və çoxtərəfli əməkdaşlıq sahələrindəki kompleks dinamikasını əhatə edən ciddi mesajlar ehtiva etdi. Cənab Prezidentin irəli sürdüyü fikirlər Azərbaycanın regional və qlobal miqyasda artan geosiyasi çəkisini, eyni zamanda, ölkənin “Bir kəmər, bir yol” təşəbbüsündə və Qlobal Cənubun siyasi arxitekturasında oynadığı rolu dəyərləndirmək baxımından mühüm…
Daha çox