…ABŞ-ın Alyaska ştatında təyyarə qəzası nəticəsində iki nəfər ölüb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə yerli İctimai Təhlükəsizlik Departamentinə istinadən ABC telekanalı məlumat yayıb.
Hadisə yarımadanın cənub hissəsində, Nanualek kəndi yaxınlığında baş verib.
Qəza nəticəsində bir nəfər də yaralanıb və ağır xəsarətlərlə Ankoric xəstəxanasına təxliyə edilib.
Anchorage Daily News-un məlumatına görə, Cessna 207 təyyarəsi Nanualek bölgəsində qəzaya uğrayıb.
Bundan əvvəl Cessna Caravan təyyarəsi Alyaska səmasında radarlardan itmişdi. Təyyarə Amerikanın Unalakleet şəhərindən Nome uçurmuş.
Axtarış-xilasetmə əməliyyatına Milli Qvardiya, Sahil Mühafizəsi və Ordu cəlb olunub. Daha sonra qəza yeri tapılıb. Nəticədə təyyarədə olan 10 nəfərin hamısı həlak olub.
Əli Babayev