Azərbaycanlı deputat Lefkoşada TEKNOFEST beynəlxalq festivalında iştirak edəcək


Milli Məclisin deputatı Ramil Həsən aprelin 30-da Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərinə səfər edəcək. SİA xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Səfərdə deputat Şimali Kipr Türk Respublikası parlamentinin yeni binası və Prezident Sarayının açılış mərasimlərinə qatılacaq, həmçinin 1-4 mayda Lefkoşada keçiriləcək Beynəlxalq Aviasiya, Kosmos və Texnologiya Festivalında (TEKNOFEST) iştirak edəcək.

Səfər mayın 4-də başa çatacaq.

Əlaqəli Xəbərlər