Rusiya ABŞ-la münasibətlərini tərəfdaşlarına zərər vermədən inkişaf etdirəcək.
SİA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS Xarici İşlər Nazirləri Şurasının plenar iclasının yekunlarına dair mətbuat konfransında deyib.
Yayım Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında aparılıb.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Moskva və Vaşinqton müxtəlif istiqamətlərdə təmasları davam etdirir və tərəflər maraqlar balansına nail olmağa çalışırlar.
O, həmçinin ümid etdiyini bildirib ki, yaxın gələcəkdə dünya Rusiya və ABŞ-ın qarşılıqlı maraqlara malik olduğuna dair konkret sübutlar görəcək.
Əvvəllər məlum olub ki, ABŞ-ın Ukraynada hərbi əməliyyatlara yekun son qoymaq planı 2022-ci ildən Kiyevin itirdiyi ərazilərin Rusiyanın tanınmasından ibarətdir. Vaşinqton həmçinin Krımı Rusiyanın bir hissəsi kimi tanımağa hazırdır.
Əli Babayev