Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib. SİA xəbər verir ki, Məsud Pezeşkian Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Daha çoxDay: April 29, 2025
Bakıda Azərbaycan-İran biznes forumu keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak edirlər -YENİLƏNƏCƏK Bu dəqiqələrdə Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilir. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak edirlər.
Daha çox“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq”
Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə bildirib. “Təbii ki, bizim burada olmağımız əlaqələrimizin və birliyimizin möhkəmlənməsinə imkan yaradacaq”, – deyə İran Prezidenti əlavə edib.
Daha çoxBakıda Azərbaycan-İran biznes forumu keçirilib
Aprelin 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər.
Daha çox“İstanbul buna dözə bilməz!”
“Fəlakət qapımızı döyməmiş şəhəri ən qısa zamanda zəlzələyə hazırlamaq bizim borcumuzdur”. SİA “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, aprelin 23-də İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ heç bir insan tələfatına səbəb olmasa da, şəhərin gələcək zəlzələlərə necə hazırlanacağı ilə bağlı səlahiyyətlilər arasında ciddi narahatlıq yaradıb: “Bunun üçün gücümüzü birləşdirməli, birgə hərəkət etməliyik. 13 saniyə davam edən zəlzələ nəticəsində 236, o cümlədən İstanbulda 173 vətəndaşımız əsasən panika səbəbindən yüngül xəsarətlər alıb. 20 vətəndaşımızın müalicəsi hələ də davam edir. Hansı mövqedə…
Daha çox“Bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır…”
Səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha İran-Azərbaycan dostluğunu, qardaşlığını təsdiqləyir. Bir sözlə, bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib. Dövlətimizin başçısı imzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyanatı qeyd edib. Deyib ki, bu, çox ciddi sənəddir və gələcək əməkdaşlıq üçün bizə yol göstərən sənəddir.
Daha çox“Azərbaycan və İran önəmli beynəlxalq layihələrdə iştirak edir…”
Azərbaycan və İran, eyni zamanda, önəmli beynəlxalq layihələrdə iştirak edir, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə biz sıx əməkdaşlıq edirik. SİA xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda səsləndirib. Dövlətimizin başçısı qeyd edib: “Biz istəyirik ki, bu, sadəcə olaraq, nəqliyyat dəhlizi olmasın, yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratsın, həm Azərbaycan, həm İran ərazisində”.
Daha çoxABŞ təyyarəsi Qara dənizə düşdü
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus FA-18E təyyarəsi təyyarədaşıyan gəmidən Qara dənizə düşüb. SİA xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Bildirilir ki, təyyarə “Harry S. Truman” təyyarədaşıyan gəmisi ilə anqara aparılarkən nəzarətdən çıxaraq suya düşüb. Təyyarə ilə birlikdə onu anqara çəkməyə çalışan traktor da suya düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Daha çoxBako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib
Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal etməsi zamanı əməliyyatda iştirak etdiyini təsdiqləyib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bako Sahakyan dövlət ittihamçılarının suallarını cavablandırarkən Vilen Mikaeliyanın rəhbərlik etdiyi dəstənin Şuşanın işğalında iştirak etdiyini, özünün də həmin dəstədə olduğunu bildirib və əlavə edib: “Bu, şərq istiqaməti idi. Mən bilirəm ki, həmin istiqamətin komandiri Arkadi Karapetyan idi”. Təqsirləndirlilən şəxs həmin vaxt sərəncamında AKM markalı avtomat olduğunu, lakin heç kəsə atəş açmadığını bildirib. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü…
Daha çoxİran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edilib
Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda deyib. “Dəmir yolları, avtomobil yolları, kommunikasiya xətləri, elektrik xətləri – bütün bu layihələr bizdə bu gün əsas gündəlikdədir”, – dövlətimizin başçısı vurğulayıb.
Daha çox