Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir, həm bölgəmizdə, həm dünyada. Bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayiələr gəzir. Əslində, buna heç bir əsas yoxdur. Çünki bu, sadəcə olaraq, yeni bir nəqliyyat, bağlantı layihəsidir. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib. Dövlətimizin başçısı deyib ki, bu, Azərbaycanı, onun əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran üzərindən birləşdirən layihədir. Burada, eyni zamanda, böyük tranzit imkanları yaranacaq.
Daha çoxDay: April 29, 2025
Sahibə Qafarova Baqer Qalibafa başsağlığı verib
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Baqer Qalibafa başsağlığı məktubu ünvanlayıb. Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, parlamentin sədri məktubda İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insanların həlak olması və yaralanması ilə əlaqədar kədərləndiyini bildirib. Spiker İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin deputatları adından dərin hüznlə başsağlığı verib, həlak olanlara Allahdan rəhmət…
Daha çox“Azərbaycan və İran ticarət, elm, təcrübə, texnologiya mübadiləsi üçün bir məkandır”
Hazırda dəhlizlərin və avtomobil yollarının keçdiyi məsələlərdə, bizimlə Rusiya arasında Şimal-Cənub, həmçinin Şərq-Qərb dəhlizlərində Azərbaycan və İran, sözün əsl mənasında, bir dörd yoldur ki, bütün əlaqələri və nəqliyyat yollarını həyata keçirə bilər. AZƏRTAC xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib. O qeyd edib: “Təbii olaraq Azərbaycan və İran ticarət, elm, təcrübə, texnologiya mübadiləsi üçün bir məkandır”.
Daha çoxLondonun mərkəzində velosiped sürənlərin sayı 50 faizdən çox artıb
Londonun mərkəzində velosiped sürən insanların sayı iki il ərzində 50 faizdən çox artıb. Bu, yeni velosiped yolları və stansiyasız velosiped kirayəsi sayəsində baş verib. Maliyyə rayonunda havanın keyfiyyəti də xeyli yaxşılaşıb. SİA xəbər verir ki, rəsmi məlumatlara görə, 2022-ci ildəki 89 min nəfər ilə müqayisədə 2024-cü ilin oktyabr ayında şəhərin əsas maliyyə rayonu olan Londonun tarixi mərkəzi – Kvadrat Mili boyunca hər gün 139 min insan velosiped sürüb. “Reuters” agentliyinə görə, küçələrdə gün ərzində velosipedlər təxminən iki dəfə avtomobillərdən çoxdur. Velosiped idmanının populyarlığının artması 2022-ci ildən avtonəqliyyat vasitələrinin hərəkətində 5…
Daha çox“Bizim universitetlərimiz biri-biri ilə təcrübələri bölüşə bilərlər”
Bizim universitetlərimiz bir-biri ilə əlaqədə ola, təcrübələrini, elm, mədəniyyət, texnologiya sahələrində təcrübələrini bölüşə bilərlər. SİA xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib. “Bizim iş adamlarımız, sənətkarlarımız istehsal etdikləri məhsulları, bacarıqlarını və regionun ehtiyacı olan malları bir-birinə ötürə bilərlər. Bizim regionumuzda mövcud olan bazar bütün dünyanın ehtiyaclarını ödəyə bilər. Bu bazar Azərbaycan üçündür, bu bazar İran üçündür, bu bazar Pakistan və Əfqanıstan üçündür”, – deyə Prezident Pezeşkian əlavə edib.
Daha çox“İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər”
Biz sülh, təhlükəsizlik və rifah dolu bir region yarada bilərik. SİA xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib. Prezident İlham Əliyevə bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını bildirdiklərini deyən Prezident Məsud Pezeşkian qeyd edib: “İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər. Biz elə bir coğrafi mövqedə yerləşirik ki, bu kommunikasiyanı yarada bilərik”.
Daha çoxMüsəlman qəbiristanlığında vandalizm aktı törədilib…
…Xabarovskda naməlum şəxslər şəhər qəbiristanlığının ənənəvi olaraq müsəlmanların – ilk növbədə tatarların və başqırdların dəfn edildiyi 13-cü sektorda vandalizm aktı törədiblər SİA-nın məlumatına görə, bu barədə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi bildirib. Hücum edənlər Quran ayələri olan stendi dağıdıb və üzərində “Müsəlman sektoru 13” yazısı olan darvazasını söküblər. Qəbiristanlığın bu hissəsindən 20-ci əsrin ortalarından Xabarovsk müsəlman icması istifadə edir və indiyədək belə hadisələr qeydə alınmayıb. Bundan əvvəl Xabarovskda daha bir səs-küylü insidentlə bağlı xəbərlər yayılmışdı və bu, müftiliyin narahatlığına səbəb olmuşdu. Belə ki, yerli məscidə basqın zamanı cümə namazı pozulmuşdu……
Daha çoxTÜRKPA komissiyasının iclasında model qanun layihələri müzakirə edilib
Aprelin 28-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının “TÜRKPA-ya üzv dövlətlərdə ombudsman təsisatları” mövzusuna həsr olunmuş videokonfrans formatında 12-ci iclası keçirilib. SİA xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasda Azərbaycan nümayəndə heyətini Milli Məclisin deputatı, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü Cavanşir Feyziyev təmsil edib. O, çıxışında TÜRKPA-ya üzv ölkələrdə ombudsman təsisatlarının dövlətlə vətəndaş arasında körpü rolunu oynayaraq hüququn və ədalətin təmininə xidmət etdiyini bildirib, Azərbaycanda ombudsman təsisatının fəaliyyəti barədə danışıb. Sonra komissiya iclasının əsas mövzusuna dair…
Daha çoxƏrdoğandan Hindistan və Pakistana çağırış
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistan və Pakistana çağırış edib. SİA xəbər verir ki, o, Türkiyənin tərəflər arasındakı gərginliyin aradan qalxmasını arzu etdiyini bildirib. O, həmçinin söyləyib ki, rəsmi Ankara nə öz bölgəsində, nə də digər ərazilərdə yeni toqquşmalarda maraqlıdır.
Daha çoxAzərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi. Prezident İlham Əliyevin bəyanatı -Hörmətli cənab Prezident. Hörmətli qonaqlar, xanımlar və cənablar. Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz Azərbaycan-İran dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək. Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək…
Daha çox