İspaniyada fövqəladə vəziyyət elan edildi

İspaniyanın Daxili İşlər Nazirliyi elektrik enerjisinin kəsilməsi fonunda ölkədə fövqəladə vəziyyət elan edib. SİA xəbər verir ki, fövqəladə vəziyyət müraciət edən ərazilərdə tətbiq ediləcək. Qeyd edək ki, İspaniyada hökm sürən tarixi elektrik probleminin ardınca Madrid rəhbəri İzabel Diaz Ayuso 3-cü dərəcəli fövqəladə vəziyyət elan edilməsi və ordunun ayıq-sayıqlığı məqsədilə Baş Nazir Pedro Sançesə çağırış etmişdi.

Daha çox

Cinayətkar ermənilərin məhkəməsi davam edir…

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 28-də davam etdirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal…

Daha çox

Hindistan Fransadan 7,3 milyard dollarlıq hərbi təyyarə aldı

Hindistan və Fransa arasında 7,3 milyard dollarlıq müqavilə imzalanıb. SİA xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, müqaviləyə əsasən, Hindistan Fransadan 26 ədəd “Rafale Marine” təyyarəsi alıb. Hindistanla Pakistan arasında gərginliyin artması fonunda Yeni Dehlinin silahlanması narahatlıq doğurur. Xatırladaq ki, bundan əvvəl Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif Hindistanla 2-3 gün ərzində müharibənin başlaya biləcəyini açıqlayıb.

Daha çox

İran Prezidenti Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Bibiheybət məscidini ziyarət edib. SİA xəbər verir ki, ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qarşıladılar. İran Prezidentinə Bibiheybət məscidi haqqında məlumat verilərək bildirilib ki, Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsi olan bu məscid XIII əsrdə Mahmud ibn Səd tərəfindən yeddinci imam Musa əl-Kazımın qızı Həkimə xanımın məzarı üzərində tikilib. Məhəmməd (s) peyğəmbərin nəslindən olduğuna görə Həkimə xanımın məzarı yerləşən bu məkan məscid tikilməzdən əvvəl də müqəddəs sayılırdı. Məscidin…

Daha çox

İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 28-də başa çatıb. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İran Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər yola saldılar.

Daha çox

Rusiya Avropa ilə sərhəddə qüvvələr toplayır..?

Kreml Belarusda müharibə üçün lazım olan infrastrukturu modernləşdirir… …Kreml əsgər qəbulunu genişləndirir, silah istehsalını artırır və Avropa ilə sərhədində dəmiryol xətlərini yeniləyir. Hazırda bütün diqqət Ukraynadakı müharibəyə yönəldilsə də, bəzi Avropa ölkələri Rusiyanın Avropa ilə sərhədlərinin digər hissələrində hərbi fəaliyyətindən getdikcə daha çox narahat olurlar. SİA-nın məlumatına görə, “The Wall Street Journal” yazır ki, Finlandiya ilə sərhəd yaxınlığında, Petrozavodsk şəhərində rus hərbi mühəndisləri Kremlin yaxın bir neçə il ərzində on minlərlə hərbçiyə nəzarət etmək üçün yeni hərbi qərargah yaradıb, ordu bazalarını genişləndirirlər. …Qərb hərbi və…

Daha çox

Azərbaycan-Çin münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın yeni istiqamətləri

2025-ci il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin nüfuzlu CGTN telekanalına verdiyi geniş müsahibə ölkələrimiz arasında mövcud strateji tərəfdaşlığın əsas istiqamətlərini bir daha aydın şəkildə ortaya qoydu. Bu müsahibə təkcə diplomatik bəyanatlarla məhdudlaşmadı, həm də Azərbaycan-Çin münasibətlərinin çoxvektorlu xarakterini – siyasi, iqtisadi, nəqliyyat, enerji, təhsil və çoxtərəfli əməkdaşlıq sahələrindəki kompleks dinamikasını əhatə edən ciddi mesajlar ehtiva etdi. Cənab Prezidentin irəli sürdüyü fikirlər Azərbaycanın regional və qlobal miqyasda artan geosiyasi çəkisini, eyni zamanda, ölkənin “Bir kəmər, bir yol” təşəbbüsündə və Qlobal Cənubun siyasi arxitekturasında oynadığı rolu dəyərləndirmək baxımından mühüm…

Daha çox

Fransada artan anti-İslam ritorikasının nəticəsi..?

Ölkədəki müsəlmanlar məscid qətliamına etiraz ediblər …Fransa hüquq-mühafizə orqanları cümə günü səhər məsciddə Əbu Bəkr adlı müsəlmanı öldürən silahlı şəxsin axtarışlarını davam etdirir. SİA-nın məlumatına görə, hücum edən şəxs təxminən 50 bıçaq zərbəsi vurub və onun şəxsiyyətini müəyyənləşdirməyə kömək edən müşahidə kameralarını gördükdən sonra qaçıb. …Le Parisien-in məlumatına görə, Malidən olan 24 yaşlı qurban könüllü olaraq məscidi cümə namazı üçün təmizləyib və hazırlamaqla tanınıb. Müşahidə kameraları Əbu Bəkrin namaz zalına girməzdən əvvəl hücum edən şəxslə danışdığı görüntülənib. Əbu Bəkr namaz qılmağa başlayanda silahlı şəxs bıçağı…

Daha çox

Permdə məscid tikintisinə qarşı çıxanlar və…

Məhkəmə Pyazinanın hərəkətlərində nifrət və ya düşmənçilik çağırışları əlamətləri aşkar etməyib..? …SİA-nın məlumatına görə, Ura.ru portalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, Perm məhkəməsi şəhərdə məscid tikintisinə etiraz olaraq niqablı qar adamları ilə qalmaqallı aksiya keçirən fəal Anna Pyanzinaya qarşı cinayət işini bağlayıb. Bildirilir ki, aparılan linqvistik ekspertiza Pyazinanın hərəkətlərində nifrət və ya düşmənçilik çağırışları əlamətləri aşkar etməyib..? Qeyd edək ki, sözügedən hadisə fevralın əvvəlində müsəlman məbədinin tikintisinin planlaşdırıldığı Verxnyaya Kurya mikrorayonunda baş verib. Belə ki, yeni məscid tikintisinin əleyhdarları tamaşa təşkil ediblər: qardan…

Daha çox

İdeal partnyorun keyfiyyətləri adlandırılıb…

İnsanlar görünüşün əhəmiyyətini çox qiymətləndirirlər… …Psixoloqlar 43 ölkədə 10 000-dən çox insan arasında sorğu keçirib və ideal həyat yoldaşının keyfiyyətlərinin qlobal reytinqini tərtib ediblər. SİA-nın məlumatına görə, həqiqi üstünlüklər insanların elan etdiyindən fərqli olub. Deməli, deyildiyi kimi, psixoloqlar insanların ideal partnyorlarını necə gördüklərini öyrənmək üçün genişmiqyaslı araşdırma aparıblar. …“Hitech” yazır ki, Kaliforniya Universitetindən professor Pol İstvikin rəhbərlik etdiyi layihədə 43 ölkədən 10 mindən çox insan iştirak edib. İştirakçılardan ideal partnyorda qiymətləndirdikləri xüsusiyyətlərin adını çəkmələri, sonra isə eyni meyarlardan istifadə edərək hazırkı və ya potensial partnyorlarını…

Daha çox