Azərbaycan Mərkəzi Bankı (AMB) “PAŞA Bank” ASC-yə icrası məcburi sərəncam verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, Bankın martın sonuna AMB-yə təqdim etdiyi hesabatda “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”nın 4.8-ci bəndinin tələbi ilə müəyyən edilmiş, müddəti 5 il və artıq olan istehlak kreditləri üzrə kredit tələblərinin maksimum məcmu miqdarı normativini pozduğu üzə çıxıb. Odur ki, “Banklar haqqında” qanununun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq, “PAŞA Bank”a müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması…
Daha çoxDay: April 29, 2025
ICESCO rəhbərliyi məlumatlandırılıb
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik Qərbi Azərbaycan İcmasının rəhbərliyi ilə görüşüb. SİA xəbər verir ki, görüşdə İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli, Müşahidə Şurasının sədri Misir Mərdanov və qurumun rəhbərliyində təmsil olunan digər şəxslər iştirak ediblər. Görüşdə mədəni irsin qorunması, təhsil və elmi araşdırmalar vasitəsilə İslam irsi üzrə həqiqətlərin üzə çıxarılması və mədəniyyətlərarası dialoq məsələləri üzrə fikir mübadiləsi aparılıb. İcma nümayəndələri azərbaycanlıların indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qalması nəticəsində onların əsas hüquqlarının, o cümlədən mədəni və təhsil hüquqlarının pozulması, oradakı…
Daha çoxBallıcada 15 ailəyə mənzillərin açarları verildi
Aprelin 29-da Respublikanın müxtəlif şəhər və rayonlarından yola salınan növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xocalının Ballıca kəndinə köçən 15 ailədən ibarət 68 nəfərə mənzillərin açarları təqdim olunub. Öz doğma evinə qayıdan keçmiş məcburi köçkünlər qarşısında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli bildirib ki, bərpa edilən evlərdə məskunlaşan ailələrin məşğulluq məsələləri də diqqətdə saxlanır. Dövlət orqanları və özəl sektor tərəfindən…
Daha çoxADY lokomotiv parkını gücləndirir
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Çinin “CRRC Ziyang Co., Ltd” şirkətindən 7 ədəd yeni lokomotiv və ehtiyat hissələri əldə edəcək. ADY-dən SİA-ya verilən məlumata görə, lokomotivlərin və ehtiyat hissələrinin alınması ilə bağlı bütün texniki və kommersiya məsələləri razılaşdırılıb. Sazişin ümumi dəyəri 26 milyon ABŞ dolları təşkil edir. Qabaqcıl texnologiyalarla, innovativ dartı sistemləri ilə təchiz olunmuş və yüksək texniki göstəricilərə malik müasir AC50 tipli magistral dizel lokomotivi yüksək dartı gücü, daha böyük yanacaq tutumu və etibarlılığı ilə seçilir. AC50 modeli Beynəlxalq…
Daha çoxAzərbaycan-İran əlaqələri: dost və qardaş münasibətləri
Sevindirici haldır ki, müstəqil Azərbaycan artıq dünya birliyində öz layiqli yeri olan, sayılıb-seçilən, mövqeyini gündən-günə möhkəmləndirən ölkələr sırasındadır. Dünya Azərbaycan reallıqlarını qəbul edir. Burada ikitərəfli və çoxtərəfli münasibətlər ən vacib şərtlərdəndir. Bu münasibətlərdən biri də Azərbaycan-İran əlaqələridir. Azərbaycan ilə İran arasında münasibətlər dərin tarixi köklərə malikdir və bu bağlar orta əsrlərə qədər uzanır. Hər iki xalqın dili, ədəbiyyatı, adət-ənənələri və mətbəxi arasında oxşarlıqlar mövcuddur. Bu mədəni yaxınlıq ikitərəfli diplomatik əlaqələrin inkişafında mühüm rol oynamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 28-də Azərbaycana…
Daha çoxİki ölkə arasında hava əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hava əlaqələrinin inkişaf perspektivləri geniş şəkildə müzakirə edilib. SİA bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə istinadən xəbər verir. Müzakirələr AZAL-ın prezidenti Samir Rzayev ilə Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli arasında görüşdə aparılıb. Görüş zamanı sərnişin axınının artırılması və aviasiya sahəsində tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi vacibliyi vurğulanıb. Həmçinin qarşılıqlı əlaqələrin gücləndirilməsinin ölkələr arasında turizm və iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərəcəyi bildirilib. Bu kontekstdə qeyd olunub ki, ötən il Azərbaycana Səudiyyə Ərəbistanı Krallığından 94 300 turist səfər…
Daha çox“Hər birimiz üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməliyik
“Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncamı milli mətbuatımıza, onun ölkəmizin ictimai-siyasi fikir tarixində, dövlətçilik tarixində oynadığı rola verilən qiymət kimi dəyərləndirirəm”. Bu sözləri SİA-ya açıqlamasında “Redaktor.az” saytının baş redaktoru Aqil Aslan deyib. O bildirib ki, heç də təsadüfi deyil ki, həmin sərəncamda 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin ana dilimizdə nəşr etdirdiyi “Əkinçi” qəzetindən 2020-ci il Vətən müharibəsindəki Zəfərimizə, daha sonra antiterror əməliyyatına, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə qədər milli mətbuatımızın nümayiş etdirdiyi yol xüsusi vurğulanıb: “Hesab edirəm ki, bütün…
Daha çoxAzərbaycan “Hotelstars” İttifaqında tamhüquqlu üzv statusunu əldə edib
“Hotelstars” İttifaqının (HSU) Norveçin Oslo şəhərində keçirilən 9-cu Baş Assambleyasında Azərbaycanın tamhüquqlu üzv statusu yekdilliklə təsdiqlənib. SİA bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. Cənubi Qafqaz regionu üzrə ilk dəfə olaraq Azərbaycan tamhüquqlu üzvlük statusu alaraq İttifaqın idarəedici strukturlarında təmsil olunmaq imkanı əldə edib. Assambleyada çıxış edən Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədrinin müavini Rəşad Əliyev son illərdə ölkəmizdə hotelçilik sahəsində beynəlxalq keyfiyyət standartlarının yüksəldilməsinin təşviq olunduğunu, hotellərin ulduz kateqoriyalarını müəyyən edən sertifikatlaşma orqanı tərəfindən indiyədək 263 hotelə müxtəlif ulduz dərəcələrinin verildiyini qeyd edib. O, bu il Azərbaycanın regionları…
Daha çoxYol problemlərinin sonu necə olacaq? – EKSPERT AÇIQLADI
Yol problemlərinin sonu necə olacaq? – EKSPERT AÇIQLADI
Daha çox16 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib
Azərbaycanda 16 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib. Bu barədə SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Gəncə, Bakı-Bərdə, Bakı-Oğuz, Sumqayıt-Qusar, Sumqayıt-Mingəçevir, Sumqayıt-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Gəncə-Masallı, Sabirabad-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Quba-Xaçmaz və Mingəçevir-Xaldan (Yevlax) şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib. “Bakı-Gəncə” marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC; “Bakı-Bərdə” marşrutu üzrə hüquqi şəxs “BakuBus” MMC; “Bakı-Oğuz” marşrutu…
Daha çox