Azərbaycan “Hotelstars” İttifaqında tamhüquqlu üzv statusunu əldə edib

“Hotelstars” İttifaqının (HSU) Norveçin Oslo şəhərində keçirilən 9-cu Baş Assambleyasında Azərbaycanın tamhüquqlu üzv statusu yekdilliklə təsdiqlənib. SİA bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. Cənubi Qafqaz regionu üzrə ilk dəfə olaraq Azərbaycan tamhüquqlu üzvlük statusu alaraq İttifaqın idarəedici strukturlarında təmsil olunmaq imkanı əldə edib. Assambleyada çıxış edən Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədrinin müavini Rəşad Əliyev son illərdə ölkəmizdə hotelçilik sahəsində beynəlxalq keyfiyyət standartlarının yüksəldilməsinin təşviq olunduğunu, hotellərin ulduz kateqoriyalarını müəyyən edən sertifikatlaşma orqanı tərəfindən indiyədək 263 hotelə müxtəlif ulduz dərəcələrinin verildiyini qeyd edib. O, bu il Azərbaycanın regionları…

Daha çox

16 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Azərbaycanda 16 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib. Bu barədə SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Gəncə, Bakı-Bərdə, Bakı-Oğuz, Sumqayıt-Qusar, Sumqayıt-Mingəçevir, Sumqayıt-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Gəncə-Masallı, Sabirabad-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Quba-Xaçmaz və Mingəçevir-Xaldan (Yevlax) şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib. “Bakı-Gəncə” marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC; “Bakı-Bərdə” marşrutu üzrə hüquqi şəxs “BakuBus” MMC; “Bakı-Oğuz” marşrutu…

Daha çox

Siyasi partiyaların işğaldan azad olunmuş ərazilərə növbəti birgə səfəri həyata keçirilir

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin növbəti birgə səfəri bu dəfə 29 aprel tarixində Laçın şəhərinə təşkil olundu. SİA xəbər verir ki, siyasilər arasında sağlam əməkdaşlıq mühitinin formalaşması, habelə konstruktiv münasibətlərin bərqərar olunmasına xidmət edən bu cür layihələr bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət siyasətində demokratik prinsip və dəyərlərə, habelə siyasətdə şəffaf münasibətlərə üstünlük verməsinin təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə siyasi münasibətlər müstəvisində təşviq olunan sağlam siyasi…

Daha çox

Yuxunun insan həyatında əsas rolu NƏDİR?

“Yuxu insan həyatının əvəzolunmaz bir hissəsidir. O, sadəcə fiziki istirahət deyil, həm də beyində emosional, psixoloji və kognitiv balansın bərpası üçün əsas şərtdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib. O bildirib ki, yuxu zamanı beyin gün ərzində toplanmış informasiyanı emal edir, yaddaşı möhkəmləndirir, emosional təcrübələri nizama salır: “Buna görə də yuxu insanın həm psixoloji sağlamlığında, həm də gündəlik həyat keyfiyyətində mühüm rol oynayır. Mütəxəssislərin tövsiyəsinə görə, böyüklər gündə orta hesabla 7–9 saat arası yatmalıdır. Bu müddət beyində yetərli bərpa proseslərinin baş verməsi üçün optimal hesab olunur. 6…

Daha çox

AMB sədrinin I müavini ABŞ-nin maliyyə sektorunun nümayəndələri ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-yə səfəri çərçivəsində bu ölkənin “J.P. Morgan Chase” Bankının İdarə Heyətinin sədrinin müavini Daniel Zelikov, eləcə də “Citi Group” şirkətinin Avropa, Yaxın Şərq və Şimali Afrika regionu üzrə ictimai sektorunun rəhbəri və idarəedici direktoru Georgiy Yordanovla görüş keçirib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, görüşlərdə Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyi üzrə cari vəziyyət, qurumlar arasında tərəfdaşlıq imkanları, həmçinin hər iki ölkənin maliyyə institutları arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Yaz Toplantıları çərçivəsində Azərbaycan nümayəndə…

Daha çox

“Özünü sevən insan isə qarşısındakını olduğu kimi qəbul edə bilir”

“Gündəlik həyatda çox eşitdiyimiz bir ifadə var: “Əvvəlcə özünü sev”. Bəs bu ifadənin psixoloji mənası nədir? Həqiqətənmi, başqalarını sevə bilmək üçün əvvəlcə özümüzü sevməliyik? Özünü sevmək eqoistlikdirmi, yoxsa sağlam psixologiyanın təməlidirmi? Özünü sevmək eqoistlik deyil. Eqoistlik – yalnız öz istəklərini ön planda tutmaq, başqalarının hiss və hüquqlarını nəzərə almamaqdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib. Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Özünü sevmək isə bunun tam əksidir – insanın öz dəyərini bilməsi, hisslərini və ehtiyaclarını tanıması, özünə şəfqətlə yanaşmasıdır. Bu, daxili bütövlüyü təmin edir. Özünü sevən insan daha…

Daha çox

Artilleriya bölmələri ilə döyüş atışları keçirilib

Quru Qoşunlarının artilleriya bölmələrində praktiki döyüş atışları keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, real döyüş şəraitinə uyğun keçirilən döyüş atışlarında şərti düşmənin planlı və plandankənar hədəflərinin aşkar edilməsi və sərrast atəşlə məhv edilməsinə nail olunub. Praktiki məşğələlərin keçirilməsində əsas diqqət hərbi qulluqçuların praktiki bacarıqlarının artırılması, komandirlərin idarəetmə vərdişlərinin və qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə yönəldilib.

Daha çox

Səhralaşmanın qarşısını almaq üçün nə etməli?

“Səhralaşma torpaqların məhsuldarlığını itirməsi və yararsız hala gəlməsi ilə nəticələnən proseslər nəzərdə tutulur. Bu proseslər əsasən meşələrin qırılması, qeyri-düzgün suvarma, otlaq yerlərinin həddən artıq istismarı və iqlim dəyişikliyi ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq, Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar deyib. Onun sözlərinə görə, səhralaşmanın inkişafı və ya urbanizasiya (şəhər əhalisinın say artımı) yeni torpaq sahələrində böyük tikintilər, bayaqdan əkin sahələri və ya təbii yaşıllıq əraziləri olan torpaqların öz yerini binalara, asfalt və ya beton örtüklərə verməsi hesabına başa gəlir: “Bununla da torpaqlar məhsuldarlığını itirir və yararsız hala gəlir. Bu…

Daha çox