Diaspor Gənclərinin VI Yay Düşərgəsi Xankəndidə keçiriləcək

Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Diaspor Gənclərinin Vl Yay Düşərgəsi Xankəndi şəhərində təşkil ediləcək. Komitədən SİA-ya verilən məlumata görə, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Sərəncama uyğun olaraq builki düşərgənin şüarı “Konstitusiya və Suverenlik ili”dir. Bildirilib ki, düşərgə 2025-ci il 3–9 avqust tarixlərində baş tutacaq. Dünyanın müxtəlif ölkələrində yaşayan 100-dən çox azərbaycanlı gəncin, o cümlədən Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndələrinin düşərgədə iştirakı nəzərdə tutulur. Diaspor Gənclərinin VI Yay Düşərgəsində iştirak edən gənclər Xankəndinin, eləcə də Qarabağın tarixi,…

Daha çox

Dünyada ən çox zəlzələ olan ölkələr hansılardır?

Yerdəki zəlzələlər Yer qabığının və mantiyanın hərəkəti nəticəsində baş verən təbii fəlakətlərdir. Bu hərəkətlər yer qabığındakı boşqablar arasında çatlar və yerdəyişmələr nəticəsində baş verir. Dünyanın müxtəlif bölgələrində zəlzələlər baş verir və hər bölgədə zəlzələlərin intensivliyi və tezliyi fərqlidir. Bunun səbəbi plitələrin quruluşu, hərəkət sürəti və yer qabığında yerləşməsidir. Bəs, dünyanın hansı ölkələrində zəlzələlər daha çox olur? SİA mövzu ilə bağlı araşdırma aparıb. Dünya ölkələri tarix boyu zəlzələlərin təsirlərini azaltmaq üçün müxtəlif tədbirlər görüblər. Bu tədbirlərə zəlzələyə davamlı tikililərin tikintisi, zəlzələyə davamlılığın və fəlakətlərin idarə olunması strategiyalarının müəyyən edilməsi, fəlakət zonalarında…

Daha çox

Azərbaycanda növbəti torpaq hərracı elan edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mayın 27-də növbəti dəfə torpaq hərracı keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərraclar ƏMDX-nın Sabirabad, Yevlax, Goranboy, Bərdə, Ağdam, Ağcabədi, Cəlilabad, Yardımlı, Ağsu və Qax ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 22 torpaq sahəsi çıxarılacaq. Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Daha çox

Azərbaycan hər zaman Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib

Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib. SİA xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Bakıda Əfqanıstanla bağlı tədbirdə deyib. O bildirilib ki, Azərbaycan bu istiqamətdə səylərini heç bir vaxt əsirgəməyib: “Əfqanıstana transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı apardığı mübarizədə dünya ölkələrinin hərtərəfli dəstək verməsi zəruridir”.

Daha çox

AMB rəsmisi IMF-in icraçı direktorunun müavini ilə təşkil olunmuş görüşə qatılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən Yaz Toplantıları çərçivəsində Fondun icraçı direktorunun müavini Bo Li ilə təşkil olunan görüşdə iştirak edib. SİA AMB-yə istinadən xəbər verir ki, görüşdə Mərkəzi Asiya və Qafqaz regionu ölkələrinin üzləşdiyi iqtisadi risklər və çağırışlar, eləcə də makroiqtisadi və maliyyə sabitliyinin qorunması üçün zəruri siyasət və islahatlara dair məsələlər müzakirə olunub. Ə.Məmmədyarov tədbirdə çıxışı zamanı ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, iqtisadi artımın davamlılığının təmin olunması istiqamətində həyata…

Daha çox

Qlobal Cənub QHT Platformasının Təsis Forumunun ikinci günü başlayıb

Qlobal Cənub QHT Platformasının Təsis Forumunun ikinci günündə D-8 ölkələrini təmsil edən qeyri-hökumət təşkilatlarının Bakı görüşü keçirilir. SİA xəbər verir ki, görüşdə Qlobal Cənubu təmsil edən qeyri-hökumət qurumlarının rəhbərləri və nümayəndələri iştirak edir. Qeyd edək ki, aprelin 28-də Bakıda təsis edilən Qlobal Cənub QHT Platforması dünya əhalisinin təqribən 80%-nin yaşadığı 116 ölkədən olan nüfuzlu QHT rəhbərlərini və vətəndaş cəmiyyəti təmsilçilərini özündə birləşdirir. Konfrans Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini – dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur.

Daha çox

Əfqanıstanda vəziyyətin gərgin qalmasında pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısı alınmalıdır

Əfqanıstanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısının alınmalıdır. SİA xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Bakıda Əfqanıstanla bağlı tədbirdə deyib. Xidmət rəisi qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd Əfqanıstanla bağlı məsələdə vahid mövqe ortaya qoyulmasıdır: “Əfqanıstanın beynəlxalq münasibətlər sistemində öz yerini tutması, bu ölkədə əmin-amanlığın təmin edilməsi vacibdir. Bütün bunlar üçün region ölkələrinin və digər dövlətlər koordinasiyalı fəaliyyət və birgə səy göstərəcəklər”.

Daha çox

“Ulduz göydə olur, yerdə ulduz görməmişəm”

Müğənni Ofeliya Şabanovanın SİA-ya müsahibəsini təqdim edirik: – Azərbaycan estradasının müasir səviyyəsi sizi qane edirmi? – Belə düşünürəm ki, mən haqqı deyən insanam. Sənətçi kimi danışmayacağam, bunu tamam kənara qoyuram. Mən bir Azərbaycan vətəndaşı kimi danışacağam. Mənə elə gəlir ki, yavaş-yavaş düzəlir. Artıq diqqət edirlər. Çünki biz çox gözəl ölkədə yaşayırıq, çox gözəl qanunlarımız var. Yəqin ki, hamımız səhnədə görəcəyik. Çox pis vəziyyətdədir. Bayağı mahnı yox, bayağı sözlər var. Sözləri elə hala gətirib çıxarırlar ki, onu efirə gətirmək olmaz. Mən bunun əleyhinəyəm. Sonra deyəcəklər ki, siz də toylarda bu mahnıları…

Daha çox

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

Aprelin 28-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,4 manat civarında dəyişib. SİA xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. “Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb”, – deyə məlumatda qeyd olunub. Xatırladaq ki, aprelin 22-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,8-28,2 manat, o cümlədən…

Daha çox