“Terror hadisəsini müəyyən etmək, zərərsizləşdirmək o qədər asan məsələ deyil”


“Terror hadisəsi elə bir haldır ki, onu son ana qədər müəyyən etmək, onu zərərsizləşdirmək o qədər asan məsələ deyil. Yəni desək ki, çox rahatdır, biz bu baş verən terrorun qarşısını ala bilərdik, bu biraz çətin bir məsələdir. Xüsusəndə ADNA terror hadisəsi 16 il bundan öncə baş verib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, texnologiya biz bilirik ki, hər gün birazda inkişaf edir. Artıq indi ki, dövrdə bunu müəyyən etmək daha rahatdır: “Düşünürəm ki, terroru törədən şəxsdən də, insanların şübhə etməməsi, yəni onun əvvəllərdə onun qaranlıq keçmişinin olmamasıyla bağlı məlumatıda paylaşılmadı. Yəni bu dediklərim əsas verir ki, həmin şəxsi müəyyənləşdirmək və o terrorçunu həmin dövrdə, həmin anda zərərsizləşdirmək çox çətin bir məsələ idi. Yəni heç kimin gözləmədiyi bir hal baş verdi. Artıq bu hadisə 16 il öncə baş veribdir. Bu terrorda da, dünyasını dəyişənlərə allah rəhmət eləsin. Lakin artıq qarşıya baxmaq lazımdır. Mən düşünürəm ki, artıq Azərbaycan təhlükəsizlik orqanları, istər Daxili İşlər Nazirliyi olsun, istər Dövlət Təhlükəsizliyi Xidməti olsun, istər Xarici Kəşfiyyat Xidməti olsun, hamısı demək olar ki, çox ayıq-sayıq formada fəaliyyət göstərir. Desək ki, o dövrdən indiki dövrümüzə qədər olan zaman kəsiyində Azərbaycanda terrora cəhdlə bağlı hal və ya hərəkət olmuyub, bu yalan olar. Çox olubdur, hətda deyərdim ki, dəfələrlə bu halnan bağlı addımlar atılıbdır, lakin Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyəti, zəhməti sayəsində bu terror aktlarının, buna cəhdin qarşısı alınıbdır. Mən bir məqamıda qeyd edərdim ki, bununla bağlıda hər gün xüsusi xidmət orqanlarımız ayıq və sayıq şəkildə işləyirlər. Bu isə əslində çox sevindirici bir haldır ki, bizim dövlət təhlükəsizliyimizin təmin olunması etibarlı əllərdədir. İstər polis orqanları təmsil edən polis nəfərləri olsun, istər dövlət təhlükəsizliyində çalışan şəxslər olsun, onların bütün fəaliyyətinin bu istiqamətə yönəldilməsi bizə onu deməyə əsas verir ki, yaxın gələcəkdə, ola biləcək terror hadisəsinin qarşısının alınması üçün bizim dövlətimizin təhlükəsizliyini təmin edəcək qurumlar və qruplar mütəşəkkil formada fəaliyyət göstərirlər və bundan sonra da, fəaliyyətlərini bu cür davam etdirəcəklər. Bu baxımdan düşünürəm ki, məsələ çox önəmlidir və xüsusilə də, son dövrlər cənab Prezidentin bu sahədə, onun rəhbərliyi ilə həyata keçirdilən islahatlar, bu sahənin gücləndirilməsi, dövlətimizin təhlükəsizlik təminatını daha da, möhkəmləndirir. Biz onsuzda 30 ildir ki, erməni terrorundan əziyyət çəkən dövlətik, xalq və millətik və onun qarşısını alınması üçün də, bütün addımları atırıq. Bu baxımdan düşünürəm ki, ADNA-da baş verən terror hadisəsi çox ağır bir faciə idi, amma artıq bu hadisə baş veribdir. Düşünürəm ki, qarşıdakı dövrdə təhlükəsizlik orqanlarımız bu məsələnin qarşısının alınması üçün ciddi əməli addımlar atacaqlar”.

Əlaqəli Xəbərlər