…Dünyanın hər yerindən əcnəbiləri birləşdirən “InterNations” internet saytı 2024-cü ildə əcnəbilərin məskunlaşmaq və dostluq etmək üçün hansı ölkələrin daha asan olduğunu öyrənməklə bağlı sorğu keçirib.
SİA-nın məlumatına görə, araşdırma dörd sahədə aparılıb: köçürmə asanlığı, mədəniyyət və qonaqpərvərlik, yerli əhalinin mehribanlığı və dostluq…
…Respondentlər Latın Amerikası, Cənub-Şərqi Asiya və İslam dünyasını ən qonaqpərvər ölkələr kimi tanıyıblar.
Deməli, İndoneziya yuxarıda göstərilən dörd sahədə üzrə dördüncü, yerli əhalinin dostluğu üzrə ikinci yeri tutub. Maraqlıdır ki, siyahıya Kosta Rika və Meksika başçılıq edir. Yerli qonaqpərvərlik reytinqində Oman 8-ci, Misir isə 10-cu yerdə qərarlaşıb.
…Yenə deməli, əcnəbilərə ümumi münasibətdə ilk 10 ölkəyə aşağıdakılar daxildir: Braziliya,Kolumbiya, Tayland, Panama, Filippin və Vyetnam…
Ziyarətçilər üçün ən xoşagəlməz münasibət Almaniya, İsveç, Finlandiya və Norveç kimi Avropa ölkələrində qeydə alınıb.
…Və Müsəlman ölkələri arasında Türkiyə və Küveyt əcnəbilər üçün ən əlverişsiz ölkələr kimi tanınıb.
Yeri gəlmişkən, sorğu 53 ölkədən 5,6 milyon əcnəbini birləşdirən “InterNations” veb-saytı tərəfindən aparılıb.
Əli Babayev