Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,64% azalaraq 3 312,3 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 1,73% azalaraq 32,99 ABŞ dollarına bərabər olub.
Daha çoxDay: April 30, 2025
Ukraynanın Dneprpetrovsk vilayətinin bəzi kəndlərində əhali təxliyə edilir
Dnepropetrovsk vilayətində 7 kənddən məcburi təxliyə elan edilib. Onlar Donetsk vilayəti ilə inzibati sərhədin yaxınlığında yerləşirlər. SİA xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak Telegram səhifəsində məlumat verib. Lisak qeyd edib ki, artıq bu yaşayış məntəqələrindən 400 uşaq təxliyə olunub. Orada daha 26 uşaq qalıb. Onların bəziləri artıq evlərini itirmiş və yeni həyat qurmağa başlayan köçkünlərdir. Administrasiya rəhbəri əlavə edib ki, təxliyəyə könülülər kömək edəcək. Eyni zamanda, insanların köçürülməsi üçün artıq variantlar var. İnsanlar harada yaşamaq istədiklərini özləri seçəcək, bütün sosial müavinətləri alacaqlar. Bu təxliyə…
Daha çoxBakının yağışlı yollarında tıxac müşahidə edilir
Bakının bir çox yollarında tıxac müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Babək prospekti, mərkəz istiqamətində; 3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 8. 28 May küçəsi, Puşkin küçəsi…
Daha çoxHindistanda hoteldə baş verən yanğında 14 nəfər ölüb
Hindistanın Qərbi Benqal ştatının paytaxtı Kəlküttə şəhərində hoteldə baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, 13 nəfər xəsarət alıb. SİA Hindistan mediasına istinadla xəbər verir ki, hadisə aprelin 29-da axşam saatlarına baş verib. Ölənlər arasında xilas olmaq üçün yuxarı mərtəbələrdən tullananlar da var. Yanğınsöndürənlər bir neçə nəfəri, o cümlədən terrasa sığınanları xilas edə biliblər. Hadisə yerində 14 meyit aşkarlanıb, axtarış işləri davam edir. İlkin ehtimala görə yanğın mətbəxdə qaz sızmasından meydana gəlib. Qeyd edək ki, Hindistanda tikililərdə yanğın və digər texnogen fəlakətlər tez-tez baş verir. Mütəxəssislər bunun əsas səbəbini…
Daha çoxAğdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. SİA xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə 35 ailə – 158 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli…
Daha çoxBu gün 21° isti olacaq
Bakıda və Abşeron yarımadasında aprelin 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi normadan 769 mm civə sütunundan 763 mm civə sütuna enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz ayrı-ayrı yerlərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.…
Daha çoxXarkov və Dneprə dron hücumu olub
Aprelin 29-u axşam saatlarında Ukraynanın Xarkov və Dnepr şəhərləri Rusiya Silahlı Qüvvələri tərəfindən “Şahed” tipli kamikadze dronları ilə kütləvi hücuma məruz qalıb. SİA UNIAN-a istinadən xəbər verir ki, hadisə nəticəsində Xarkovda 38 nəfər yaralanıb. Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyası dron hücumlarından sonra şəhərdə bir neçə yanğının baş verdiyini, çoxsaylı fərdi yaşayış evlərinin zərər gördüyünü açıqlayıb. İlkin məlumatlara görə, hücum nəticəsində bir nəfər həlak olub.
Daha çoxAlmaniyada ifrat sağçı AfD-nin reytinqi artmaqdadır
Almaniyada “Forsa” institutunun sonuncu ictimai rəy sorğusunun nəticələri ifrat sağçı Almaniya üçün Alternativ partiyasının (AfD) reytinqinin yüksəlişinin davam etdiyini göstərib. SİA xəbər verir ki, sorğuya əsasən AfD 26 faiz səslə ilk dəfə Xristian Demokratlar İttifaqı (CDU) və Xristian Sosialistlər İttifaqı (CSU) blokunu geridə qoyub. Hazırda CDU/CSU birliyi 24 faiz göstərici ilə ikinci sıradadır. Bu nəticə CDU-nun sədri Fridrix Mertsin gələcək kanslerlik ambisiyalarına ciddi zərbə kimi qiymətləndirilir. Partiya yeni kabinet üzvlərini təqdim etməsinə və ictimaiyyətdən dəstək gözləməsinə baxmayaraq, AfD-nin sabit reytinqi və son həftələrdə artan dəstəyi onun planlarına kölgə salır. Sosial…
Daha çoxABŞ iki ölkəni yeni sanksiyalarla vurdu
ABŞ Maliyyə Nazirliyi İran ballistik raketləri üçün yanacaq komponentlərinin tədarükünə kömək etdiklərinə görə Çin və İranda bir neçə fiziki və hüquqi şəxsi sanksiya siyahısına daxil edib. SİA xəbər verir ki, bu barədə qurumun mətbuat açıqlamasında deyilir. “Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran və Çində altı qurum və altı şəxsə qarşı İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) maraqları naminə ballistik raket yanacağı komponentlərinin əldə edilməsi şəbəkəsindəki rollarına görə sanksiyalar tətbiq edib”, – Maliyyə Nazirliyi açıqlayıb. Sanksiyalar xüsusilə İranda yerləşən “Saman Tejarat Barman Trading Company” (STB) şirkətinə qarşı…
Daha çoxBolqarıstan portalı Prezident İlham Əliyevin iranIı həmkarı ilə görüşündən yazıb
Bolqarıstanın milli xəbər agentliyi “BTA” AZƏRTAC-a istinadən Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşünü geniş işıqlandırıb. Bildirilib ki, görüş zamanı hökumətlərarası komissiyanın fəaliyyəti müzakirə olunub və xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq məsələlərinə toxunulub. Araz çayı üzərində su elektrik stansiyalarının inşası və Ağbənd-Kəlalə magistralı üzərində körpü layihəsinin tamamlanması kimi mühüm məsələlər diqqət mərkəzində olub. SİA xəbər verir ki, qeyd olunub ki, prezidentlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar. Hər iki tərəf regional problemlərin region ölkələri tərəfindən həll olunmasının vacibliyini qeyd edərək, bu kontekstdə “3+3” regional…
Daha çox