Dağıdıcı müxalifətin paylaşımlarından elə anlaşılar ki, sanki dünya dağılıb, həyat sönüb, ətraf zülmətə qərq olub, insanlar da mövcudluqlarını itiriblər İnsan öz əxlaqı, ədəbi, mərifəti ilə seçilir, tanınır və hörmət sahibi olur. Vay o hala ki, sadalanan bu keyfiyyətlərdən insan uzaq olsun. O halda həmin insan nəinki yaxınları, ümumilikdə cəmiyyət üçün arzuolunmaz şəxsə çevrilir və daim ittiham olunur. Bunu anlayan həmin şəxs cəmiyyətə qarşı dirəniş göstərir və hər məqamda bəduğur ifadələr, şeytani fikirlər və qarğışlar söyləyir. Çalışır ki, bununla özünə qarşı olan mənfi münasibətə cavab versin. Baxmayaraq ki, qeyri-insanı rəftarı, münasibəti…
Daha çoxDay: April 30, 2025
Hərbi qulluqçularımız beynəlxalq təlimdə iştirak edir
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən “NATO-Georgia 2025” kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirak edir. SİA xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimin keçirilməsində əsas diqqət çoxmillətli bölmələrin böhranlara cavab əməliyyatının, eləcə də quruda və kiber məkanlarda kiçikmiqyaslı birgə əməliyyatların planlaşdırılması və təşkili üzrə hazırlığının artırılmasına yönəldilib. NATO-ya üzv və tərəfdaş olan 17 ölkənin iştirakı ilə keçirilən beynəlxalq taktiki təlim mayın 8-dək davam edəcək.
Daha çoxAmerikanı sarsıdan 100 gün
ABŞ Konqresi Trampa qarşı impiçment elan edib Demokrat konqresmen Şri Tanedar ABŞ prezidenti Donald Trampa qarşı 7 impiçment maddəsi təqdim edib. Miçiqanlı konqresmen Şri Tanedar ABŞ Konqresinin Nümayəndələr Palatasına prezident Donald Trampa qarşı impiçment maddələri təqdim edib. Bu barədə o, X sosial şəbəkəsində məlumat verib: “Mən prezident Trampa qarşı impiçment maddələri təqdim etmişəm. Tramp Konstitusiyaya, Konqresə və məhkəmələrə məhəl qoymayanda o, Amerika üçün mübarizə aparmır. O, onu məhv edir və demokratiyamızı təhlükə altına qoyur”. Konqresmen qeyd edib ki, o, Trampı müxtəlif ciddi qanun pozuntularında ittiham edərək, 7 impiçment maddəsi qaldırıb.…
Daha çoxABŞ-da istehlakçı inamı rekord həddə çatıb
…Mart ayında ABŞ-da iş yerlərinin sayı sentyabr ayından bəri ən aşağı səviyyəyə düşüb. SİA-nın məlumatına görə, bu barədə Bloomberg agentliyi yazıb. Müvafiq rəqəm fevralda 7,48 milyondan 7,19 milyona düşüb və bununla da sonuncu dəfə 2020-ci ildə müşahidə olunan səviyyəyə yaxınlaşıb. Bu vəziyyət işçi qüvvəsinə tələbin zəiflədiyini göstərir. İşəgötürənlər ABŞ prezidenti Donald Trampın yaratdığı iqtisadi vəziyyət aydınlaşana qədər xərcləmə planlarını təxirə salırlar. Sonuncu, öz növbəsində, bir çox iqtisadçıların fikrincə, artımı yavaşladacaq və tənəzzül ehtimalını artıracaq geniş tarifləri tətbiq etməyə davam edir. Bundan əlavə, agentlik ABŞ-da istehlakçı inamının aprel ayında təxminən beş…
Daha çoxAzərbaycan-İran əlaqələri böyük önəm kəsb edir
Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi hər zaman önəmli yer tutur. Milli maraqlara əsaslanaraq tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipi ilə əlaqələrin qurulması dövlətimiz üçün prioritetdir. Ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, imzalanan sənədlərin böyük rolu var. Bu baxımdan İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə əsaslanır. İqtisadi, ticari, elmi, mədəni əlaqələr tarix boyu Azərbaycan və İran xalqlarını birləşdirib. Qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində…
Daha çoxMoskvada çoxmərtəbəli binada yanğın videoya çəkilib
…Hadisə şahidləri Moskvanın cənubunda çoxmərtəbəli binada baş verən yanğını videoya çəkiblər. SİA-nın məlumatına görə, müvafiq kadrları “Ehtiyatlı ol, Moskva” Telegram kanalı yayıb. Fövqəladə hadisə Borisovski proezd 16 ünvanında baş verib. Bir mənzil yanıb. Görüntülərdə evin pəncərəsindən qara tüstünün çıxması görünür. “Moskva Agentliyi” Telegram kanalının məlumatına görə, yanğın binanın 17-ci mərtəbəsində baş verib. Ev sahibi təkbaşına evdən çıxa bilib və hazırda həkimlər tərəfindən müayinə olunur. Yanğının səbəbi məlum deyil. Həmin gün Moskva vilayətində neft bazasında partlayış baş verib; iki nəfər yaralanıb. Zərərçəkənlərdən birinin vəziyyətinin ağır olduğu məlum olub; hər ikisi rayon…
Daha çoxƏdliyyə Nazirliyinə qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün ərizə qəbulunun vaxtı uzadılıb
Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı elan olunan növbəti müsabiqədə iştirak üçün ərizə qəbulunun vaxtı çoxsaylı müraciətlər nəzərə alınaraq, iyunun 1-i saat 23:59-dək uzadılıb. SİA xəbər verir ki, namizədlər qeyd olunan tarixədək ərizələrini Nazirliyin rəsmi saytında“Qulluğa qəbul” bölməsində “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elektron müraciət” adlı hissəyə və ya linkə daxil olmaqla təqdim edə bilərlər. Müsabiqə üzrə test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd imtahana buraxılış vərəqəsini bu barədə elan verildikdən sonra Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir. Test…
Daha çoxBritaniyanın enerji sistemində baş vermiş nasazlıqlar araşdırılır
Britaniyanın elektrik şəbəkəsinə nəzarət edən qurumu bazar günü ölkənin enerji sistemində baş vermiş izah olunmayan nasazlıqları araşdırır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, həmin nasazlıqlar İspaniya və Portuqaliyanın genişmiqyaslı enerji kəsintiləri ilə üzləşməsindən bir neçə saat əvvəl baş verib. Milli Enerji Sistem Operatorunun (NESO) idarəetmə otağında çalışan əməkdaşlar bazar günü səhər tezdən və axşam saatlarında elektrik tezliyində gözlənilməz dəyişikliklər müşahidə ediblər. Elektrik sisteminin tezliyinin müəyyən hədlər daxilində saxlanılması işıqların sönməməsi üçün olduqca vacib sayılır. İlk nasazlıq gecə saat 2 radələrində Linkolnşirdə yerləşən “Keadby 2” qazla işləyən elektrik stansiyasının fəaliyyətini…
Daha çox