Bakı və İstanbul metroları arasında əməkdaşlıq imkanları müzakirə olunub

AZCON Holdinqin tərkibində fəaliyyət göstərən “Bakı Metropoliteni” QSC-də “Metro İstanbul”un nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, görüşün əsas məqsədi iki metropoliten arasında davamlı əməkdaşlığın gücləndirilməsi, innovativ texnologiyalar və rəqəmsal həllər sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi olub. Müzakirələr zamanı data əsaslı qərarvermə yanaşmaları(data-driven decision making), data analitikası, eləcə də real vaxt məlumatlarının işlənməsi imkanları xüsusi diqqət mərkəzində olub. Rəqəmsal texnologiyaların nəqliyyat sistemlərində tətbiqi, sərnişin axınının yönləndirilməsi və dispetçer idarəetməsində innovativ həllər kimi sahələr üzrə fikir mübadiləsi aparılıb. Tərəflər İstanbul metrosunun son illərdəki…

Daha çox

XTQ-nin yaradılmasının 26-cı ildönümü qeyd olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 26-cı ildönümü münasibətilə “N” hərbi hissəsində keçirilən mərasimdə iştirak edib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov xüsusi təyinatlılarla görüşüb. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində atılan mühüm addımlardan danışıb. 44 günlük Vətən müharibəsində, eləcə də digər əməliyyatlarda xüsusi təyinatlıların göstərdiyi qəhrəmanlıq nümunələrini qeyd edən nazir onların fəaliyyətinin Azərbaycan…

Daha çox

Azərbaycanda investisiya alətlərinin çeşidinin genişləndirilməsi müzakirə edilib

Azərbaycan Mərkəzi Bankında (AMB) investisiya alətlərinin çeşidinin genişləndirilməsi müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun sədr müavini Əli Əhmədov “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi, “Bakı Fond Birjası” QSC, Milli Depozit Mərkəzi və investisiya şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb. Görüşdə bu ilin I rübü üzrə kapital bazarlarında əldə olunan nəticələr və investisiya şirkətlərinin fəaliyyəti geniş müzakirə olunub. Həmçinin qarşıdakı dövrdə bazar infrastrukturunun inkişaf etdirilməsi, bazara olan etimadın artırılması və investisiya alətlərinin çeşidinin genişləndirilməsi kimi strateji hədəflər üzrə fikir mübadiləsi aparılıb.

Daha çox

Ceyhun Bayramov Küveytin vəliəhd şahzadəsini məlumatlandırıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfəri çərçivəsində bu ölkənin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb. Bu barədə SİA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan-Küveyt ikitərəfli və çoxtərəfli əməkdaşlığının müxtəlif aspektləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib. İki ölkə arasında mövcud siyasi dialoqun səviyyəsindən məmnunluq ifadə edilib, ali və yüksək səviyyəli səfər və təmasların daha da artırılmasının əhəmiyyəti vurğulanıb. Xarici İşlər Nazirlikləri arasında baş tutan siyasi məsləhətləşmələrin əməkdaşlıq üçün potensial sahələrin müəyyən olunması baxımından faydalı olduğu diqqətə çatdırılıb. Regional və…

Daha çox

Tər qoxusuna SON

Yay aylarında isti havaların təsiri ilə daha çox tərlədiyimiz üçün tər qoxusu daha güclü hiss olunur. Fiziki fəallıq, ağır işlər və yüksək temperatur kimi amillər tər ifrazını artırır və bu da tər qoxusuna səbəb olur. Lakin bu narahatedici haldan qurtulmaq üçün bəzi təbii üsullardan istifadə edə bilərsiniz. Tər qoxusu həm gigiyena, həm də sosial münasibətlər baxımından ciddi bir narahatlıq yaradır. Dezodorant bu problemi tamamilə aradan qaldırmaqda kifayət etmədiyi üçün təbii vasitələrə üstünlük vermək daha faydalıdır. Tər qoxusundan xilas olmaq üçün istifadə edilə biləcək effektiv təbii üsullar aşağıdakılardır: Limon suyu Limonun…

Daha çox

Mayın 1-i və 2-də hava necə olacaq?

“Mayın 1-i və 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək”. Bu sözləri SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, havanın maksimal temperaturu 15-20 dərəcə isti olacaq: “Bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı və şimşək çaxması ehtimal olunur. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 18-23, dağlıq ərazilərdə isə 5-10 dərəcə isti təşkil edəcək”. Müəllif: Günel Fərzəliyeva

Daha çox

“Azərbaycan Aİ-nin enerji təchizatında mühüm rol oynayır”

“Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib. Görüş zamanı Kaya Kallas “Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır” kimi fikirlər səsləndirib”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib. Hakan Aktürk Azərbaycan xarici siyasətinin son zamanlar yüksək səviyyədə olduğunu və onu yaxından izlədiyini bildirib: “Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycanın xarici işlər naziri Ceyhun…

Daha çox

Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb

2019-cu ildən etibarən ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına dəstək olan Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabatlarını təqdim edib. SİA xəbər verir ki, “Cəmiyyət”, “Ətraf mühit” və “Heyvanların mühafizəsi” istiqamətlərində fəaliyyət göstərən fond donorlar tərəfindən maliyyələşir. Ötən 3 ay ərzində fonda 2753 donor tərəfindən 54737 manat ianə edilib. Toplanan vəsaitlər hesabına bir çox vacib və marqlı layihə həyata keçirilib. Fon cari ilin ilk rübündə sosial həssas qrupdan olan 25 ailəyə himayə yardımları göstərib. Xalqımızın yardımlaşma ənənəsini davam etdirmək məqsədi ilə “Novruz payı” və “Ramazan payı” aksiyaları baş tutub. Aksiya…

Daha çox

Ceyhun Bayramov Küveytin vəliəhd şahzadəsini Azərbaycanın sülh səyləri barədə məlumatlandırıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfəri çərçivəsində bu ölkənin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb. Bu barədə SİA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan-Küveyt ikitərəfli və çoxtərəfli əməkdaşlığının müxtəlif aspektləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib. İki ölkə arasında mövcud siyasi dialoqun səviyyəsindən məmnunluq ifadə edilib, ali və yüksək səviyyəli səfər və təmasların daha da artırılmasının əhəmiyyəti vurğulanıb. Xarici İşlər Nazirlikləri arasında baş tutan siyasi məsləhətləşmələrin əməkdaşlıq üçün potensial sahələrin müəyyən olunması baxımından faydalı olduğu diqqətə çatdırılıb. Regional və…

Daha çox