“Əmək insanın zinətidir, insanın xarakterini formalaşdıran əsas amillərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib. Onun sözlərinə görə, zəhməti sevən insan təbiətə, insanlara pislik etməz, zəhmətin nə oldğunu bilən insan bu dünya üçün lütfdür, bəxşişdir: “Əmək bizi tərbiyə edir, desək, yanılmarıq. Zəhmətkeş insanın mənəviyyatı, əxlaqı zəhmətinə bərabər olur, o əməyin nə olduğunu bildiyi üçün xarakterinə də əmək yoğrulur. Bu dünya əməyi ilə həyatını qazanan insanların sayəsində öyrənib əzmin, iradənin, qətiyyətin, məsuliyyətin nə olduğunu. Biz zəhmətin sayəsində öyrənirik problemlərin həllini. Bu günün yaranması tarixi, əhəmiyyəti, insanlara ötürdüyü mesaj əhəmiyyətlidir.…
Daha çoxDay: April 30, 2025
AMB “Finoko” BOKT-a icrası məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı (AMB) “Finoko” ASC bank olmayan kredit təşkilatına (BOKT) icrası məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, BOKT bu ilin I rübü üzrə prudensial tələblərə dair hesabatları “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 24.2-ci maddəsinin tələblərini pozaraq təqdim etməyib. Odur ki, qanunun 25.1.5-ci maddəsinin tələbləri rəhbər tutularaq hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.
Daha çoxAMB “Sevinc Kredit İttifaqı”na icrası məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı (AMB) “Sevinc Kredit ittifaqı” MMC-yə icrası məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, kredit ittifaqı bu ilin I rübü üzrə hesabatları “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələblərini pozaraq gecikmə ilə təqdim edb. Odur ki, “Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutularaq hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.
Daha çoxGeosiyasi reallıqlar fonunda strateji əməkdaşlıq
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası xarici siyasətində balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan yanaşma ilə regionda mühüm aktora çevrilmişdir. Bu strategiyanın təməlini qoyan Ulu Öndər Heydər Əliyev dövlətimizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasına, region ölkələri ilə mehriban qonşuluq prinsiplərinə əsaslanan münasibətlərin qurulmasına nail olmuşdur. Onun əsasını qoyduğu xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın regionda sabitlik, əməkdaşlıq və inkişaf naminə fəaliyyət göstərən nüfuzlu dövlətə çevrilməsini təmin edir. Dövlətimizin xarici siyasətində qonşu ölkələrlə münasibətlər, xüsusilə İran İslam Respublikası ilə əlaqələr mühüm yer…
Daha çoxİkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib
1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımlar ödənilib. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Prezidentin müvafiq Sərəncamına uyğun olaraq, nazirlik İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarının hər birinə 2 500 manat birdəfəlik maddi yardım ödənilib. İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə…
Daha çoxDövlət satınalmalarının vahid internet portalına yeni funksiya əlavə edilib
Dövlət satınalmalarının vahid internet portalında (www.etender.gov.az) yeni funksiya istifadəyə verilib. SİA bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, satınalma proseslərinin şəffaf, vahid standartlara uyğun və tam rəqəmsal şəkildə aparılmasının təmin edilməsi məqsədilə “Elektron şərtlər toplusu” funksionallığı portala əlavə edilib. Yeni funksiya satınalan təşkilatların nümayəndələrinə şərtlər toplusunu sistemdən kənarda deyil, birbaşa portal vasitəsilə formalaşdırmağa imkan verir. Sözügedən yenilik satınalma metodundan və predmetin növündən asılı olaraq, satınalan təşkilatlar tərəfindən yaradılan şərtlər toplularının qanunvericiliyin tələblərinə uyğun olmasına və nəticədə, texniki səhvlərin minimum səviyyəyə endirilməsinə…
Daha çox“Bir görüntüyə əsaslanıb qərar vermək doğru olmaz”
“Azərbaycan-İran münasibətləri hələ də arzu edilən səviyyədə deyil, özəlliklə Azərbaycan Respublikası qonşu İranla normal, dinc münasibətlərdən yanadır. Uzun illərdir ki, Azərbaycan dövləti bunun belə olması üçün çalışır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, İranda hakimiyyət başında olan şəxslər, əsasən dini rəhbərlik bu münasibətlərin normallaşmasına yetərincə töhfə verməyib, həmçinin verməməklə də qalmıyıb, əlavə gərginlərə səbəb olacaq addımlar atıb: “Təbiidir ki, belə bir şəraitdə münasibətlərin çoxda yaxşı olması haqqında danışa bilməzdik. Amma Pezeşkianın prezident seçilməsi və onun Azərbaycan Respublikasına fərqli münasibət bəsləməsi əlaqələrin normallaşmasına ümidləri artırır.…
Daha çoxMayda havanın orta aylıq temperaturu bəzi yerlərdə yüksək olacaq
May ayının havası açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, may ayında ölkə ərazisində havanın temperaturu tədricən artır. Son illərdə may ayında hava şəraiti ötən illərlə müqayisədə daha çox dəyişkən keçir. May ayında ilin fəslinə uyğun olaraq isti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində temperatur və təzyiq fərqləri yaranır. Bu ilin may ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əksər rayonlarda iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.…
Daha çoxAzərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 26 il ötür
Aprelin 30-u ölkəmizin müdafiə qüvvələri sırasında özünəməxsus yeri olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılması günüdür. SİA xəbər verir ki, 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri yaradıldı. Xüsusi Təyinatlı Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal iştirak ediblər. Ümummilli Lider Heydər Əliyev tərəfindən vahid komandanlıq altında birləşdirilən Azərbaycan Ordusunun həmin bölmələri Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıqla formalaşdırılıb. Xüsusi Təyinatlı Qüvvələrin üzvü seçilmək hüququ hər adama nəsib olmur.…
Daha çoxKapital Bank əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak ediblər
Kapital Bank əməkdaşları Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin iştirakı ilə həyata keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak ediblər. SİA xəbər verir ki, onlarla maliyyə institutunun əməkdaşlarını bir araya gətirən layihə Bakı şəhəri Müşfiqabad qəsəbəsində yerləşən ərazidə həyata keçirilib. Aksiya zamanı ərazinin iqlim şəraitinə uyğun ümumilikdə 625 ədəd Eldar şamı və zeytun ağacları əkilib. Qeyd edək ki, aksiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində…
Daha çox