Azərbaycan Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olub. SİA xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına kompleksin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, cəmiyyət tərəfindən Qusarda 330, Ağsuda isə 30 hektar ərazidə ən son texnologiyalar əsasında intensiv bağlar salınıb. Hazırda burada 230 hektar sahədə alma, 35 hektarda armud, 26 hektarda şaftalı, 21 hektarda nektarin, 18 hektarda isə gilas ağacları əkilib. Bu cür bağların salınması kənd təsərrüfatı təyinatlı torpaqlardan maksimum səmərəli istifadəyə və yüksək məhsuldarlıq əldə…
Daha çoxDay: April 30, 2025
“Vətəndaşları saxta vədlərlə aldatma halları hər keçən gün artmaqdadır”
“İnternetdə, daha konkret olaraq isə sosial mediada vətəndaşları saxta vədlərlə aldatma halları hər keçən gün artmaqdadır. Təhlükəli linklərin geniş şəkildə istifadə edilməsi, qeyri-qanuni məzmunların (content) paylaşılması durmadan çoxalmaqdadır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) Tədqiqat və İnkişaf şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Təbriz Raufoğlu deyib. Onun sözlərinə görə, belə hallar, yəni vətəndaşları saxta vədlərlə və etibarlarından sui-istifadə edərək aldatmaq, daha konkret onların əmlakını mənimsəmək Azərbaycan Respublikası Cinayət qanunvericiliyi ilə konkret məsuliyyətə səbəb olmaqdadır. Belə ki Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (Dələduzluq) tərkibinin yarandığı açıqdır. Bu mənada,…
Daha çoxBank BTB-də yeni rəqəmsal imkan!
Bank “BTB”, müştərilərin bank əməliyyatlarını daha rahat və operativ həyata keçirə bilmələri üçün rəqəmsal imkanlarını gündən-günə genişləndirməkdədir. SİA xəbər verir ki, artıq Bank “BTB”-nin bütün filiallarında müştərilər fiziki şəxsiyyət vəsiqəsi təqdim etmədən, “mygov” platforması vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqələrindən istifadə edərək bank xidmətlərindən yararlana biləcəklər. Bu yenilik müştərilər üçün vaxta qənaət və əlavə rahatlıq baxımından yeni bir imkan kimi qiymətləndirilir. Bunun üçün sadəcə “mygov” platformasında şəxsiyyət vəsiqəsinə aid 8 simvoldan ibarət unikal kodu bank əməkdaşına təqdim etmək kifayətdir. Onu da nəzərə çatdıraq ki, Bank “BTB” bu xidməti İnnovasiya və Rəqəmsal İnkişaf…
Daha çoxCeyhun Bayramov Küveytdə Əl-Salam Saray Muzeyini ziyarət edib
Xarici işlər naziri Ceyhun Bayramov Küveytə səfəri çərçivəsində Əl-Salam Saray Muzeyini ziyarət edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib. “Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveytin tarixi və mədəni inkişafı haqqında hərtərəfli məlumat verən, milli irsin görkəmli simvolu olan Əl-Salam Saray Muzeyini ziyarət edib”, – məlumatda qeyd edilib.
Daha çoxMay ayında toy şənliyi niyə keçirmək olmaz?
Nə üçün may ayında toy şənliyi keçirmək olmaz? Hər xalqın özünəməxsus adət-ənənələri var; bu adət-ənənələrin bəzilərinin etimologiyası bəllidir, bəzilərinin isə yaranma səbəbi unudulub. Təbiətdə ilin bütün fəsilləri, bütün ayları gözəldir. Qışın öz cazibəsi var, yazın öz ləzzəti. Soyuq qış fəslindən çıxmış insanlar yazı sonsuz sevinclə qarşılayırlar. Yaz gələr-gəlməz toy-düyünlər başlayar, aprel ayının sonuna kimi bu büsat davam edər. Elə ki, may ayı gəldi, hamı toy etməyə qorxar. Təəccüblüdür. Necə olur ki, bu ayda toy-düyün sədası eşidilmir. Lakin may ayında doğulanlar, ad günü keçirənlər, ailə quranlar da az deyil. Kimi “may…
Daha çoxNazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib
Nazirlər Kabineti ölkə Prezidentinin “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında” 19 mart 2025-ci il tarixli sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb. Sərəncama əsasən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Strategiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.1-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini 2026-cı il iyulun 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməli, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya…
Daha çoxİlham Mirzəliyev Lerikdə vətəndaşları qəbul edəcək
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev Lerik rayonunda vətəndaşları qəbul edəcək. SİA səhmdar cəmiyyətə istinadən xəbər verir ki, mayın 16-da saat 10:00-da İ. Mirzəliyev Lerik, Lənkəran və Astara sakinləri üçün vətəndaş qəbulu keçirəcək. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək. Qəbul Lerik Dövlət Aqrar İnkişaf Mərkəzində keçiriləcək.
Daha çoxAzərbaycanda növbəti avtomobil hərracı elan edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 11-də növbəti dəfə avtomobil hərracı keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 12 nəqliyyat vasitəsi çıxarılacaq. Bunlar, Ağdam Rayon İcra Hakimiyyətinə məxsus “Nissan Teana”, “Cehvrolet Niva” və “Toyota Land-Cruiser Prado” markalı minik avtomobilləri, Səhiyyə Nazirliyinin 1 saylı Bakı Tibb Kollecinə məxsus “VAZ 21074” markalı minik avtomobili, Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna məxsus “Chevrolet Niva LC” markalı minik avtomobili, Dövlət Gömrük…
Daha çoxAQTA ilə İran arasında baytarlıq nəzarəti tədbirləri üzrə işçi qrupları yaradılacaq
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İranın Baytarlıq Təşkilatı arasında “Transsərhəd heyvan xəstəlikləri ilə mübarizə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb. Bu barədə SİA-ya AQTA-dan məlumat verilib. Bildirilib ki, sənədi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq imzalayıblar. Memoranduma əsasən, AQTA və İranın Baytarlıq Təşkilatı dövlət sərhədlərinə bitişik ərazilərdə transsərhəd heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üzrə birgə fəaliyyət göstərəcək. Bununla yanaşı regionda yoluxucu heyvan xəstəliklərinin törətdiyi epizootoloji gərginliyin artması fonunda hər iki dövlətin əhalisinin və ətraf mühitinin bioloji təhlükəsizliyinin təmin edilməsi…
Daha çoxAMB institusional risk qiymətləndirilməsinə dair Metodoloji Rəhbərliyi təsdiq edib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Maliyyə institutlarında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional risk qiymətləndirilməsinin aparılmasına dair Metodoloji Rəhbərliy”i təsdiq edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, sənədin əsas məqsədi maliyyə institutlarına cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun aliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional risklərin qiymətləndirilməsi prosesində istiqamət vermək, bu sahədə metodoloji biliklərin gücləndirilməsinə dəstəkolmaqdır. Bu metodoloji yanaşma yerli qanunvericilik tələbləri nəzərə alınmaqla beynəlxalq təcrübəyə əsaslanır, risk qiymətləndirilməsinin…
Daha çox