Maqnit qasırğaları insanların sağlamlıq vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. SİA xəbər verir ki, meteoroloqların fikrincə, may ayında Günəşdə çox sayda maqnit qasırğaları olacaq və onların təsiri Yerdə də hiss olunacaq. Onların sözlərinə görə, maqnit qasırğaları ayın əvvəlində, ortasında və sonunda müxtəlif intensivlikdə olacaq. Beləliklə, 2025-ci ilin mayında maqnit qasırğaları hansı tarixlərdə gözlənilir? 5-7 mayda güclü, 2, 18-20, 28 mayda orta intensivlikdə, 10 və 21 may tarixlərində isə zəif maqnit qasırğası müşahidə ediləcək. Maqnit qasırğaları – Günəş küləyinin kəskin zərbələrinə və təzyiqinə maqnitosferin verdiyi reaksiyadır. Yerin maqnit qalxanı Günəşin partlayışlar…
Daha çoxDay: May 1, 2025
Husilər ABŞ-ın F-18 təyyarəsini vurduqlarını iddia etdilər
Ənsar Allah (Husi) hərəkatının üsyançılarının Qırmızı dənizdə ABŞ-ın “Harri Truman” təyyarədaşıyan gəmisinə hücumu nəticəsində Amerikanın F-18 qırıcısı vurulub. SİA xəbər verir ki, bu barədə Husilərin nümayəndəsi Yəhya Sariaya istinadən “Al Masirah” telekanalı məlumat yayıb. “Harry Truman” təyyarədaşıyan gəmisinə qarşı əməliyyat nəticəsində F-18 qırıcısı vurulub və ölkəmizə qarşı hava hücumunun qarşısı alınıb”, – Saria jurnalistlərə bildirib.
Daha çoxRusiya və Ukrayna arasındakı müharibə nəhayət bitməlidir
“Türkiyə Rusiya və Ukrayna arasında atəşkəs müddətinin və çərçivələrinin genişlənəcəyinə ümid edir. Müvəqqəti atəşkəs uzunmüddətli sülhə yol aça bilər”. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyaya səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbəti zamanı bildirib. Türkiyə lideri xatırladıb ki, Ankara müharibə başlayandan Rusiya və Ukrayna arasında ədalətli və uzunmüddətli sülhün tərəfdarı olub. “Biz heç vaxt uzunmüddətli sülhlə bağlı ümidimizi itirməmişik. Ən şiddətli döyüşlər zamanı belə Ankara tərəfləri eyni masa arxasında toplamaqla sülh dialoqunun yenilənməsini təklif edib”, – deyə siyasətçi qeyd edib. Eyni zamanda o, xəbərdarlıq…
Daha çoxMisirdə güclü qum fırtınası baş verib
Misirdə güclü qum fırtınası baş verib. SİA xəbər verir ki, fırtına səmanı narıncıya çevirib. Qum fırtınası xüsusilə ölkənin şimal-qərbində şiddətini artırıb. Nəticədə Es-Sallum şəhəri demək olar ki, qaranlığa qərq olub. Yerli hakimiyyət sakinlərə lazım olmadıqca küçəyə çıxmamaq barədə çağırış edib.
Daha çoxMaskdan vida nitqi
Maskdan vida nitqi
Daha çoxRusiya Yanukoviçi necə hakimiyyətə qaytarmaq istəyirdi..?
Moskva işğaldan əvvəl siyasi əməliyyat hazırlayırdı..? …Rusiya keçmiş prezident Viktor Yanukoviçin hakimiyyətə qayıtması üçün siyasi əməliyyat hazırlayırdı. İdeya rejimin “qanuni” bərpası illüziyasını yaratmaq idi. SİA-nın məlumatına görə, bu barədə general-mayor İlya Pavlenko bu barədə RBC-Ukraynaya müsahibəsində danışıb. Rusiya hərbi müdaxiləyə hazırlaşmaqla yanaşı, həm də siyasi ssenarini – Viktor Yanukoviçin hakimiyyətə qayıdışını həyata keçirirdi. Onun sözlərinə görə, Yanukoviç Belarusda olub və Kiyevdə onun legitim prezident kimi tanınması ilə bağlı məhkəmə prosesi başlayıb. …Məhkəmə bu məsələyə baxmağa başladı və müşavirəyə getdi. Bu o demək idi ki, hakim hər an…
Daha çoxABŞ Şimali Koreyanı Ukraynadakı müharibəni uzatmaqda ittiham edib…
Dövlət Departamenti təfərrüatları açıqlayıb… …ABŞ Dövlət Departamenti rəsmi olaraq bəyan edib ki, Şimali Koreya Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etməklə döyüşlərin uzanmasına kömək edir. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə aprelin 29-da Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus bildirib. …Hər şey olduqca sadədir. Şimali Koreya faydalı deyil. Onlar kömək etmir. Bu qırğına töhfə verən başqa ölkələr də var və onların hərəkətləri bunun davam etməsinə şərait yaradır. Üçüncü ölkələr, məsələn, Şimali Koreya Rusiya-Ukrayna müharibəsini davam etdirib və buna görə məsuliyyət daşımalıdır. Bunu deyən…
Daha çoxBalıq ovuna qadağa qüvvəyə mindi
Balıqların kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minib SİA xəbər verir ki, sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq. Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində…
Daha çoxRəsmi Kiyev təbii ehtiyatların işlənməsinə dair ABŞ-la bağlayacaq sazişin şərtlərini açıqladı
Ukrayna hökuməti təbii ehtiyatlar üzrə gələcək Saziş çərçivəsində ABŞ-la İnvestisiyaların Bərpası Fondunun yaradılması haqqında sazişin imzalanması üçün zəruri olan qərarlar qəbul edib. SİA xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal mətbuata açıqlamasında bildirib. Qeyd olunur ki, bu Fond 50/50 prinsipi əsasında yaradılır. Ukrayna dövləti də təbii sərvətlərə tam nəzarəti özündə saxlayır. Üstəlik, saziş ölkənin Avropaya inteqrasiya hərəkatını yavaşlatmamalıdır. Ukrayna hökumətinin başçısı bu sazişin əsasında duran beş əsas prinsipi sadalayıb: Bərabərlik: İnvestisiya fondu 50/50 əsasında yaradılır və hər iki tərəf bərabər səs hüququna malikdir. Nəzarətin saxlanması: Ukrayna yerin…
Daha çoxVaşinqtonda ABŞ və Ukrayna arasında minerallara dair saziş imzalanıb
ABŞ və Ukrayna arasında minerallara dair saziş imzalanıb. SİA-nın məlumatına görə, həftələrdir üzərində danışıqlar gedən bu saziş ABŞ-a Ukraynanın nadir minerallarına və təbii sərvətlərinə çıxış imkanı verəcək. Aprelin 30-u ABŞ Xəzinədarlıq Departamentində imzalanan saziş çərçivəsində həm də ABŞ – Ukrayna İnvestisiyaların Bərpası Fondunun yaradılmasına dair razılığa gəlinib. Sazişi imzalayan Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko deyib ki, fond ölkəyə qlobal sərmayələrin cəlb edilməsinə yol açacaq. ABŞ xəzinədarlıq katibi Skot Bessent isə bildirib ki, Tramp administrasiyası uzunmüddətli perspektivdə azad, suveren və firavan Ukrayna naminə sülh prosesinə sadiqdir.
Daha çox