“Prezident İlham Əliyevin regionlara səfərləri regionlara inkişaf və müasirlik gətirir. Dövlət başçısının bütün səfərləri yeni müəsisələrin təməl qoyulması və ya da açılışı mərasimləri ilə yadda qalır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, Cənab Prezidentin Qusar rayonuna səfəri çərçivəsində İsmixanlı MMC-nin istehsal sahəsinin açılşının etməsi rayonun iqtisadi inkişafına yeni bir impuls verəcəkdir. Belə ki, İsmixanlı soyusducu anbar kompleksinin 8,7 min ton tutumu olmaqla 270 daimi və 400 mövsümü iş yerləri yaradır. Bu da Qusar rayonunda məşğulluqla bağlı problemlərinin həll olunmasına böyük töhfədir. Həm də istehsal olunan məhsullar daxili tələbatı ödəməklə yanaşı xarici bazarlara ixrac olunacaqdır”.
Millət vəkili qeyd edir ki, dövlət başççımız Sumqyıt Sənaye Parkında Kartaş MMC və Az-Tex-İmport MMC-nin müəsisələrinin açılışını etdi: “Ümumiyyətlə Sumqayıt Kimya Sənaye Parkı 6 mindən çox iş yeri yaratamışdır. O cümlədən istehsal olunan mallar 70 dən çox ölkəyə ixrac olunur. Açılışı olmuş yeni müəsisələr daxili tələbatın ödənilməsinə, ixracın şaxələndirilməsinə və məşğulluq məslələrin həll olunmasına töhfə verəcəkdir. Azərbaycan iqtisadiyyatının qeyri-nefrt sektoru müasir əsaslarıla yenidən qurulur. Bu həm beynəlxalq standartlı məhsulların iistehsal olunmasına, həm də ölkə iqtisadiyyatının möhkəmlənməsinə xidmət edir”.
Həmçinin məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynovda fikirlərini bildirib. O qeyd edir ki, Cənab Prezident İlham Əliyev Sumqayıt sənaye parkında olmuş, orada avtomobil zavodunun açılışında iştirak etmişdir: “Həmin avtomobil zavodu ildə 100 ədəd avtomobil istehsal olunacaq. Eyni zamanda 300 ədədə qədər kuza istehsal olunacaq.
Bununla yanaşı orada 150-ə yaxın iş yeri müəyyənləşdirilir. Ümumən məlumdur ki, ölkə iqtisadiyyatı getdikcə daha da genişlənir. Xüsusilə yükdaşıma sahəsinə təlabat daha da artır. Bu mənada həmin avtomobil zavodunun işə salınması gələcəkdə yükdaşımaların miqyasının genişlənməsində öz faydasını verəcək. Digər tərəfdən məlumdur ki, bu il məşğulluğun qəbul olunması öz töhfəsini verir və ümumilikdə həmin sənaye parkındakı rezidentlərə vergi güzəştləri, digər dövlət tərəfindən təşviq edici addımlar atılır. Bu isə ölkə iqtisadiyyatının, xüsusilə sənaye sektorunun inkişafına öz müsbət təsirlərini göstərəcək”