Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin növbəti birgə səfəri bu dəfə 29 aprel tarixində Laçın şəhərinə təşkil olunub. SİA mövzu ilə bağlı səfərdə iştitak edən nümayəndələrin fikirlərini öyrənib. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə: “Azərbaycan Respublikası Prezidentinin Siyasi partiyalar və qanunverici orqanlarla əlaqələr şöbəsinin müdiri, hörmətli Ədalət müəllimin və rəhbərlik etdiyi şöbənin əməkdaşlarının bilavasitə təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərimizə növbəti səfər baş tutdu. Bu dəfəki səfər Laçın rayonuna…
Daha çox