Sabah Bakının iki rayonunda qaz olmayacaq

Sabah Bakının Nizami və Sabunçu rayonlarının bəzi küçələrin qaz təchizatında fasilə yaranacaq. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Nizami rayonu, E.Süleymanov küçəsində qaz sızmasının aradan qaldırılması, Sabunçu rayonunda orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış cihazın demontaj olunması məqsədi ilə mayın 2-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Təmir-quraşdırma işləri aparılan müddətdə Nizami rayonu üzrə M.Şərifli, E.Süleymanov, R.Rüstəmov, Naxçıvanski küçələrinin, Sabunçu rayonu üzrə isə Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Daha çox

Azərbaycan və Şimali Makedoniya arasında ilk siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Şimali Makedoniyanın Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Şimali Makedoniya tərəfindən isə xarici işlər və xarici ticarət nazirinin müavini Zoran Dimitrovski rəhbərlik edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər və xarici ticarət nazirinin müavini Zoran Dimitrovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan və Şimali Makedoniya arasında mövcud ikitərəfli və çoxtərəfli gündəlikdə duran münasibətlər, habelə regional və qlobal inkişaflar…

Daha çox

Zelenski 76 rusiyalıya qarşı sanksiya tətbiq edib…

Ukrayna prezidenti Vladimir Zelenski “Rosatom” dövlət nüvə enerji korporasiyasının baş direktoru Aleksey Lixaçev də daxil olmaqla 76 nəfərə qarşı sanksiya tətbiq edib. SİA-nın məlumatına görə, müvafiq sərəncamlar dövlət başçısının saytında yerləşdirilib. Həmin şəxslərin siyahısına Zelenskinin ofisinin keçmiş müşaviri Aleksiy Aretoviç (Rosfinmonitorinqin terrorçu və ekstremistləri siyahısına daxildir), jurnalist Anastasiya Kaşevarova və Bratsk şəhərinin keçmiş meri Sergey Serebrennikov da daxildir. Onların hamısı Ukraynanın dövlət mükafatlarından məhrum ediləcək və aktivləri bloklanacaq. Novatek, Arctic LNG 1 və Yamal LNG də daxil olmaqla bir çox Rusiya şirkəti də sanksiyalara məruz qalıb. Aprelin ortalarında Zelenski bir…

Daha çox

Boşandıqdan sonra iki tərəfdə psixoloji cəhətdən hansı çətinliyi çəkir?

“Çox təəssüflər olsun ki, boşanan insanlar bir müddət psixoloji gərginlik yaşayırlar. Elə psixoloji gərginliyin içərisində də, bəzən səhv addımlar atır və səhv qərarlar verirlər. O səhv qərarlar nədən ibarət olur. Bəzən bu məqamda belə müəyyən boşluqlara düşürlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib. Onun sözlərinə görə, bir xanımın həyatında bir bəyin olması, bir bəyində həyatında bir xanımın olmasının boşluğunu yaşadığı anda, ani verəcəyi bir qərardan növbəti evliliyə doğru addım atırlar: “Çox təəssüflər olsun ki, bəzən də buevliliklər heç uğurlu alınmadığına görə, yenidən boşanmaya doğru üz tuturlar. Hətda bəzən…

Daha çox

İlham Əliyevin regionlara səfərləri regionlara inkişaf və müasirlik gətirir

“Prezident İlham Əliyevin regionlara səfərləri regionlara inkişaf və müasirlik gətirir. Dövlət başçısının bütün səfərləri yeni müəsisələrin təməl qoyulması və ya da açılışı mərasimləri ilə yadda qalır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Onun sözlərinə görə, Cənab Prezidentin Qusar rayonuna səfəri çərçivəsində İsmixanlı MMC-nin istehsal sahəsinin açılşının etməsi rayonun iqtisadi inkişafına yeni bir impuls verəcəkdir. Belə ki, İsmixanlı soyusducu anbar kompleksinin 8,7 min ton tutumu olmaqla 270 daimi və 400 mövsümü iş yerləri yaradır. Bu da Qusar rayonunda məşğulluqla bağlı problemlərinin həll olunmasına böyük töhfədir. Həm də…

Daha çox

AQTA sədri Oğuzda vətəndaşları qəbul edəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Oğuz Olimpiya İdman Kompleksində mayın 15-i saat 10:00-da Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Bu barədə SİA-ya agentlikdən məlumat verilib. Bildirilib ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq mayın 14-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.

Daha çox

Məhkəmə “Apple”ın 502 milyon dollar təzminat ödəməsinə qərar verib

Böyük Britaniyanın Apellyasiya Məhkəməsi ABŞ-ın Texas ştatında yerləşən “Optis Cellular Technology” şirkətinin “Apple”a qarşı patent mübahisəsində qələbəsini tanıyaraq, texnologiya nəhəngini 502 milyon dollar birdəfəlik təzminat ödəməyə məcbur edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Optis” 2019-cu ildə “Apple”a qarşı London məhkəməsində iddia qaldıraraq “iPhone” və “iPad” kimi cihazlarda istifadə olunan 4G texnologiyası ilə bağlı bəzi patentlərin hüquqlarını pozduğunu bildirmişdi. Şirkət bu patentlərin texnoloji standartlar üçün vacib olduğunu vurğulayaraq onların istifadəsi üçün daha yüksək məbləğdə kompensasiya tələb etmişdi. Əvvəlki məhkəmə qərarında “Apple”a daha aşağı məbləğ müəyyən olunsa da “Optis” bu…

Daha çox

Oturaq işdə çalışanların gün ərzində nə qədər piyada gəzməsi məqsədəuyğundur?

Uzun müddət masa arxasında oturmaq sağlamlığınıza ciddi təsir göstərə bilər. Bir çoxumuz üçün normaya çevrilmiş oturaq həyat tərzi ürək-damar xəstəliklərinin, piylənmənin və diabetin inkişaf riskini artırır, həmçinin görmə, oynaqlar və onurğa sütununa mənfi təsir göstərir. Oturaq həyat tərzi bu gün qaçılmaz bir haldır. Son dövrlər oturaq həyat tərzinin yaratdığı piylənmə problemi pandemiya halını alıb. Oturaq iş niyə təhlükəlidir? Oturaq işdə çalışanların gün ərzində nə qədər piyada gəzməsi məqsədəuyğundur? Müsbət və mənfi tərəfləri hansılardır. SİA mövzu ilə bağlı şəhər sakinlərinin və ekspertlərin fikirlərini öyrənib. Şəhər sakini Cavad İsmayılov: “Mən həm oturaq,…

Daha çox

Qiymətləndiricilər Palatası Mediasiya Şurası ilə əməkdaşlıq edəcək

Qiymətləndiricilər Palatası və Mediasiya Şurasının rəhbərləri əməkdaşlığa dair razılıq əldə ediblər. SİA Palataya istinadən xəbər verir ki, bu gün Azərbaycan Qiymətləndiricilər Palatasının Ofisində Palata Rəhbərliyi ilə Mediasiya Şurasının rəhbərliyi arasında görüş keçirilib. Görüşdə hər iki təşkilatı sədrlər Nüsrət İbrahimov və Nadir Adilov təmsil ediblər. Görüş zamanı hər iki qurum arasında birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri və formaları müzakirə olunub. Mediasiya Şurasının sədri Nadir Adilov iki qurum arasındakı əməkdaşlığın əmlakla bağlı mediasiya prosesinə ciddi töhfə verə biləcəyini diqqətə çatdırıb. N.Adilov qeyd edib ki, bu qurumlar arasındakı əməkdaşlıq ikitərəfli…

Daha çox

Səbinə Əliyeva “Amnesty International” təşkilatının baş katibinə etiraz məktubu ünvanlayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatının baş katibi Aqnes Kallamarda açıq etiraz məktubu ünvanlayıb. SİA xəbər verir ki, məktubda sözügedən təşkilatın rəsmi internet səhifəsində yayımladığı 2024-cü il üzrə dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair hesabatında ölkəmizə dair həqiqəti əks etdirməyən, birtərəfli, qərəzli məlumatların yer almasının həmin təşkilatın insan hüquqları sahəsində obyektivlik və ədalət prinsiplərindən uzaq olduğunu bir daha sübut etdiyi qeyd olunub. Eyni zamanda, hesabatda deyilənlərin əksi olaraq, ölkəmizdə ötən il keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)…

Daha çox