ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Valts istefa verəcək. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, onun müavini Aleks Vonq da onunla birlikdə vəzifədən gedəcək. İstefanın ABŞ-ın Yəmənə hücumu ilə bağlı planın “Siqnal” sosial şəbəkəsində “Atlantic” jurnalının baş redaktoru Ceffri Qoldberqin də daxil edildiyi qrupda açıqlanması ilə bağlı olduğu bildirilir. Milli təhlükəsizlik üzrə müşavir hadisədən dərhal sonra məsuliyyəti öz üzərinə götürüb. İstefa hələlik rəsmi şəkildə elan olunmayıb.
Daha çoxDay: May 1, 2025
İtaliyalı parlamentarilər Ağdam, Şuşa və Xankəndiyə səfər edib
İtaliya Parlamentinin İtaliya-Azərbaycan üzrə dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam, Şuşa və Xankəndiyə səfər edib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, italiyalı parlamentarilər əvvəlcə Ağdam şəhərindəki İmarət kompleksi ilə tanış olublar. Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. İşğal dövründə digər tarixi-mədəni və dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu…
Daha çoxFüzuli istiqamətində aviabiletlərin alışında yenilik edilib
Bu gündən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən Bakı–Füzuli–Bakı marşrutu üzrə həyata keçirilən uçuşlara aviabilet alışı qaydalarında dəyişikliklər qüvvəyə minir. SİA-nın məlumatına görə, AZAL-dan bildirilib ki, yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları bu istiqamətdə aviabiletləri AZAL-ın rəsmi internet saytından və ya mobil tətbiqindən xüsusi icazə təqdim etmədən birbaşa əldə edə bilərlər. Bu imkan həm bir istiqamətdə, həm də gediş-dönüş uçuşlarına şamil olunur. Səfər üçün tələb olunan zəruri icazələr sistem tərəfindən avtomatik şəkildə təqdim olunur. Bu səbəbdən “Yolumuz Qarabağa” portalı vasitəsilə əlavə müraciət göndərilməsinə ehtiyac qalmır. Sözügedən dəyişikliklər Azərbaycan vətəndaşları üçün…
Daha çoxDövlət qulluqçularının aylıq vəzifə maaşları artırılıb
Dövlət qulluqçularının aylıq vəzifə maaşları artırılıb. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Sərəncama dəyişiklik edilmsi barədə Fərman imzalayıb. Fərmanla Milli Məclisi sədrinin müşaviri, Milli Məclis sədrinin köməkçisi, Baş nazirin köməkçisi, Baş nazirin müşavirinin aylıq vəzifə maaşı 2 425 manat müəyyən edilib. Qeyd edək ki, bundan əvvəl yuxarıda sadalanan şəxslərin aylıq vəzifə maaşları 2 410 manat müəyyən edilmişdi.
Daha çoxYaz mövsümünün dəb geyimi BƏLLİ OLDU
“2025-ci ilin yaz dəbindən danışarkən bu mövsümün trendlərində ön planda olan rənglərə toxunmaq istərdim. Yaz kolleksiyalarında boz, karamel, bordo və zeytun tonları ən çox diqqət çəkən rənglər sırasındadır. Bu rənglər yalnız fərdi şəkildə deyil, eyni zamanda bir-biri ilə uyğunlaşdırılmış kombinasiyalı geyimlərdə də geniş istifadə olunacaq”. Bunu SİA-ya açıqlamasında modelyer Şəlalə Maqsudova deyib. Onun sözlərinə görə, bu mövsüm bədənə oturan modellərdən daha çox boş və rahat kəsimli geyimlər üstünlük təşkil edəcək: “Xüsusilə boş ətəklər, trapez və midi trapez ətəklər trenddədir. Eyni tendensiya şalvarlara da aiddir – daha rahat və geniş kəsimli…
Daha çoxKamran Əliyev yenidən Baş prokuror vəzifəsinə təyin edilib
Kamran Bayram oğlu Əliyev Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatdığından Milli Məclis bugünkü plenar iclasında onun yenidən həmin vəzifəyə təyinatına razılıq verib.
Daha çoxRusiya hərbçiləri Kursk meşələrində ukraynalı döyüşçüləri axtarırlar…
…Rusiya Silahlı Qüvvələrinin bölmələri Kursk vilayətinin meşələrində 200-ə yaxın ukraynalı əsgəri axtarır. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb. …Hərbçilər on gündən artıqdır ki, meşələrdə heç bir əlaqə və ya tərk etmək imkanı olmadan oturublar. İlkin hesablamalara görə, sərhəd yaxınlığında Quevo və Oleşnya da daxil olmaqla 200-ə yaxın düşmən yerləşə bilər. Bunu ruslar iddia edirlər. Rusiya qoşunları gecə-gündüz kəşfiyyat aparır və Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin yerini, hərəkətlərini izləyirlər?.. Mash-ın məlumatına görə, 60-a yaxın ukraynalı diversant Guevo qəsəbəsi yaxınlığında sursat və təchizat olmadan yoxa…
Daha çox“Azərbaycanda arxiv mədəniyyəti indi formalaşmağa başlayıb”
“Azərbaycanda arxiv mədəniyyəti indi formalaşmağa başlayıb. Amma indiyə qədər demək olar ki, xronologiya, salnamə, arxiv mədəniyyəti, tarixi yazıya almaq mədəniyyəti demək olar ki, olmayıb”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, M.F.Axundovdan başlayaraq biz Avropa tipli arxivşünaslıq, tarixşünaslıq məsələlərinə başladıq: “Axundov da həmişə tənqid edirdi ki, “biz 17 imperiya yaratsaq da, indiyə qədər onlar haqqında çox az kitab yazmışıq” yaxud bizim yaratmış olduğumuz imperiyalar, keçdiyimiz…
Daha çox“İnvestisiyaların böyük bir həcmi bu sahəyə yönəlib”
“Azərbaycanın enerji sektoru əsasən neft və qaz sektrou üzərində qurulduğuna görə demək olar ki, investisiyaların böyük bir həcmi bu sahəyə yönəlib. 2010-2020-ci illər arasında orta hesabla ölkəyə yatırılan 90 milyard manata qədər investisiyanın 85%-i neft və qaz sektrouna yönəlib. Bizim ölkənin inkişafına uyğun olaraq xarici investisiyalar, həmçinin donor təşkilatları prinsip əsası ilə bu sektora yönəlib”. Bu sözləri SİA-ya açıqlamasında enerji məsələləri üzrə ekspert Sadiq Həsənov deyib. Onun sözlərinə görə, 1994-cü ildə Azərbaycan və dünyanın tanınmış transmilli şirkətləri, həmçinin dövlətləri arasında 7,4 milyard dollar həcmində investisiya üçün “Əsrin müqaviləsi” imzalanıb: “Ümumi…
Daha çoxAvropaya təhlükələr vəd edən YENİDƏN SİLAHLANMA
Avropa ölkələrinin hərbi baxımdan yenidən “güc” toplamaq, hansısa potensiala sahib olmaq, ən azından özünü müdafiə etmək adı altında silahlanmaq niyyətləri barədə artıq bir müddətdir ki, çox eşidirik. “Od olmasa tüstü çıxmaz” zərb məsəlində də deyildiyi kimi, əgər avropalıların hərbi güc, silahlanma istəyi olmasaydı, bu barədə heç bir spekulyasiyalara da rast gəlinməzdi. Rast gəliriksə, deməli, belə bir istək var və nədən irəli gəldiyi, nəyə görə olduğu, nələrə, xüsusən də hansı təhlükələrə səbəb olacağı barədə suallar da meydana çıxır. Belə məlum olur ki, həqiqətən də yenidən silahlanma Avropa üçün təhlükələr vəd edir……
Daha çox