Bu gün Milli Məclisin plenar iclası keçirilir. SİA xəbər verir ki, iclasın gündəliyinə 13 məsələ daxil edilib. Həmin məsələlər bunlardır: 1. Azərbaycan Respublikası Milli Məclisinin Qərarı haqqında. 2. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”,…
Daha çoxDay: May 1, 2025
Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır
“Azercell Telekom” MMC bu il də qadınların liderlik, innovasiya və texnologiya sahəsindəki rolunu təşviq edən “SHE Congress”in rəsmi tərəfdaşı və rəqəmsal transformasiya üzrə dəstəkçisi qismində çıxış edir. May ayının 22-də Heydər Əliyev Mərkəzində “Bu Gündən Kənar – Gələcəyə Qalanı Yaratmaq” (“Beyond Now – Creating What Lives On”) şüarı altında keçiriləcək tədbir yüzlərlə qadın lideri, sahibkar və peşəkarı bir araya gətirəcək. Konqres iştirakçılara təcrübə mübadiləsi aparmaq, ünsiyyət qurmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və müxtəlif təşkilatların rəhbərləri ilə tanış olmaq imkanı verəcək. Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində qadınlara dəstək, onların cəmiyyətdəki rolunun…
Daha çoxKamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə baxılacaq
Milli Məclisin növbəti plenar iclası başlayıb. SİA xəbər verir ki, toplantı Sahibə Qafarovanın sədrliyi ilə keçirilir. İclasın gündəliyində yer alan ilk məsələ Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə Milli Məclisin Qərarına baxılmasıdır. Gündəlikdə bir neçə qanun layihələrinin ikinci və üçüncü oxunuşlarda müzakirəsi də yer alıb.
Daha çoxAldadıcı bank reklamları nə zamana kimi davam edəcək?
“Azərbaycanda bank faizləri bir çox ölkələrdən olduqca yüksəkdir. Yəni fantastik rəqəmlərlə faizlər olur. Bu faizlər 30,35 və hətta 40 faizə qədər gəlib çıxır. Düzdür reklamlarda görürsən ki, 11 faiz, 13 faiz, 14 faiz göstərilir. Amma vətəndaş banka yaxınlaşdıqdan sonra fərqli qiymət, fərqli faizlərlə rastlaşır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib. Onun sözlərinə görə, burada məsələ ondan ibarətdir ki, hər bir şəxsin özünə görə ödəmə qabiliyyətindən asılı olaraq, orada bank tərəfindən risklər hesablanır, kredit alan şəxslərin kredit tarixçəsi, ödəmə qabiliyyəti, maaşı və yeni qanunlara əsasən sosial şəbəkələrdə olan aktivliikdə…
Daha çoxMilli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib. SİA xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə edilib. Qeyd edilib ki, Azərbaycan Konstitusiyasına əsasən, Prezidentin təqdimatı ilə Milli Məclis Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir. Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub. Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatır.
Daha çoxTürkiyəli iş adamları Bakı Tekstil Fabrikində olublar
Türkiyənin Trabzon şəhərindən olan Trabzon Ticarət və Sənaye Odasının (Trabzon TTSO) nümayəndə heyəti – türk iş adamları Azərbaycana səfərləri çərçivəsində Bakı Tekstil Fabrikində olublar. SİA xəbər verir ki, qonaqları fabrikin kommersiya rəhbəri Elçin Babayev qarşılayaraq, onlara müəssisənin fəaliyyət istiqamətləri və istehsalat sahələri barədə geniş məlumat təqdim edib. Bildirilib ki, 2010-cu ildən fəaliyyət göstərən Bakı Tekstil Fabriki artıq 15 ildir ki, işçi geyimləri, məktəbli formaları, promo geyimlər, corab və iç geyimləri kimi tekstil məhsullarının istehsalı ilə məşğuldur. Səfər çərçivəsində Trabzon TTSO-nun rəhbəri Erkut Çelebi və nümayəndə heyəti fabrikin istehsal prosesi ilə…
Daha çoxBu il Sumqayıt Kimya Sənaye Parkında daha bir neçə müəssisə fəaliyyətə başlayacaq
Bu il Sumqayıt Kimya Sənaye Parkında daha bir neçə müəssisə fəaliyyətə başlayacaq. SİA xəbər verir ki, bunu Sumqayıt Kimya Sənaye Parkına təşkil olunan mediatur çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) sədrinin müavini Emil Hacıyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu il Sumqayıt Kimya Sənaye Parkında daha bir neçə müəssisənin fəaliyyətə başlaması planlaşdırılır: “Məlum olduğu kimi, aprelin 30-da dövlət başçısının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında iki müəssisənin açılış mərasimi keçirildi. Belə ki, tikinti kimyəvilərin və “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı müəssisələri…
Daha çox“İslahatlar Azərbaycan prokurorluğu qarşısında yeni və mühüm vəzifələr qoyur”
Mənə östərilən yenidən etimadla bağlı Ali Baş Komandan, Prezident İlham Əliyevə özüm və porokurorluq orqanları əməkdaşları adından dərin təşəkkürümü bildirirəm. SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş Prokuror Kamran Əliyev deyib. Kamran Əliyev namizədliyini dəstəklədiyi üçün deputatlara təşəkkür edib: “Respublikamızın bugünkü uğurlarının əsasını Ümummilli Heydər Əliyevin uzaqgörən siyasəti təşkil etməkdədir. Məhz onun yaratdığı strategiyanın Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi sayəsində 30 ildən çox müddətdə işğal altında olan ərazilər azad edildi, bütün ərazilərdə suverenliyimiz bərpa edildi. Azad edilmiş ərazilərdə uğurlu bərpa işlərinə başlanıb, artıq Qarabağ…
Daha çoxSabaha olan hava proqnozu AÇIQLANDI
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdə, axşam isə bəzi şimal və qərb rayonlarında arabir yağış…
Daha çoxAzərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları apreldə cüzi artıb
Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 62,5 milyon ABŞ dolları təşkil edib. SİA quruma istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,3 % çoxdur. AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 0,9 % artıb, son 1 ildə isə 5,1 % azalıb.
Daha çox