ADA Universitetində təşkil olunan 13-cü Karyera Sərgisində rekord sayda şirkət iştirak edir


Bu il ADA Universitetində təşkil olunan 13-cü Karyera Sərgisində iştirak edən şirkətlərin sayı rekord həddə çatıb. SİA xəbər verir ki, bunu ADA Universitetinin Karyera Xidmətləri ofisinin meneceri Təranə Aslanova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda sərgidə 152 şirkət və dövlət qurumları təmsil olunur:

“ADA universitetində bu il 13-cü dəfə keçirilən Karyera Sərgisinin təşkili artıq ənənə halını alınıb. Sərgidə həm məzunlar, həm də tələbələr iştirak edir. Hazırda təmsil olunan şirkətlər müxtəlif sənaye sahələri üzrə təqdimatlar edirlər. Bunlara bank, maliyyə, istehsalat və sair aiddir”.

T.Aslanova onu da qeyd edib ki, sərgi tələbə və məzunlara birbaşa şirkət nümayəndələri ilə əlaqə qurnağa imkan yaradır:

“Onlar şirkət nümayəndələrinə öz CV-lərini təqdim edirlər. Şirkət nümayəndələri də daxildə olan təcrübə proqramları, eləcə də iş imkanları barədə tələbə və məzunları məlumatlandırırlar”.

Əlaqəli Xəbərlər