…Artıq qeyd edildiyi kimi, ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris prezident Donald Trampı kəskin tənqid edib.
SİA-nın məlumatına görə, bu, onun uduzduğu 2024-cü il seçkilərindən sonra ilk dəfədir ki, baş verir.
Qeyd edək ki, bu barədə The Guardian xəbər verir.
Deməli, demokrat San-Fransiskoda demokrat qadınları siyasi karyera qurmağa və namizədliyini irəli sürməyə təşviq edən Emerge America təşkilatının yaranmasının 20-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxış edib.
Harris çıxışı zamanı Trampın vəzifədə olduğu ilk 100 gününü kəskin tənqid edib.
KİV-in məlumatına görə, Harrisin bu çıxışı Tramp Ağ Evə qayıtdıqdan sonra ən güclü çıxış olub.
Əslində, bu,..iddialara görə, Harrisin siyasi arenaya qayıdışını göstərir?
Qeyd edilməlidir ki, seçkidə uduzduqdan sonra o, uzun müddət idi ki, susurdu.
…Deməli, Kamala Harris çıxışı zamanı bildirib ki, ölkə “bir prezident tərəfindən Amerikanın ən yüksək ideallarından tamamilə imtina etməsinin” şahidi olur.
O, Trampa və onun siyasətlərinə müqavimət göstərən liderləri və qurumları – Konqres üzvlərindən tutmuş, demokratın dediyinə görə, “onları kənarlaşdıranların qarşısında qanunun aliliyini qoruyan” hakimlərə, “qeyri-konstitusiya tələblərinə” boyun əyməyən universitetləri və gündəlik amerikalıları tərifləyib.
Siyasətçi həmçinin Trampı öz hakimiyyətini gücləndirmək üçün qəsdən qorxutmaqda və xaos yaymaqda ittiham edib.
…Və yeri gəlmişkən, ABŞ prezidenti Donald Tramp keçmiş vitse-prezident Kamala Harrisin əri Duqlas Emhoffu Vaşinqtondakı ABŞ Holokost Memorial Muzeyinin idarə heyətindən uzaqlaşdırıb.
Ağ Ev rəsmisi Tramp administrasiyasının muzeyin idarə heyətinin bir neçə üzvünü işdən çıxardığını təsdiqləyib.
…O, hazırda yeni potensial namizədlərlə müsahibə aparır.
Əli Babayev