AMB kredit zəmanəti və subsidiya mexanizmlərini taksanomiya ilə uzlaşdırmaq istəyir


Azərbaycan Mərkəzi Bankı (AMB) kredit zəmanəti və subsidiya mexanizmlərinin taksanomiya meyarları ilə uzlaşdırılması üçün təkliflər hazırlayır. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.

Onun sözlərinə görə, AMB-nin qəbul etdiyi taksanomiyada Dayanıqlı əkinçilik, Dayanıqlı heyvandarlıq, Dayanıqlı tekstil emalı və istehsalı, Dayanıqlı balıqçılıq və akvakulturaların inkişafına yönəlmiş təşəbbüslər nəzərdə tutulub, onları müəyyən edən meyarlar qeyd edilib.

“Kənd təsərrüfatında innovativ metodların tətbiqi, bərpa olunan enerji mənbələrindən istifadə diqqət mərkəzindədir. Eyni zamanda kredit zəmanəti və subsidiya mexanizmləri ilə taksanomiyada nəzərdə tutulan meyarların bir növ uzlaşdırılması əsas məqsədimizdir. Bununla bağlı təkliflər hazırlayırıq, yaxın zamanda aidiyyəti qurumlarla bölüşəcəyik. Əsas prioritetlərimizdən biri də taksanomiya ilə bağlı maliyyə sektorunu, xüsusən bankları məlumatlandırmaqdır”, – deyə sədr müavini əlavə edib.

Əlaqəli Xəbərlər