Azərbaycan Prezidenti İlham Əliyev Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işləri üçün vəsaitin ayrılması haqqında Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, ziyarətgahın təmir-bərpa işlərinə sərəncama əsasən Prezidentinin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 550 min manat ayrılacaq.