Bakının yollarında tıxac müşahidə edilir

Bakının bir çox yollarında tıxac müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi…

Daha çox

Yunanıstanda tətil səbəbindən dəmir yolu və bərə xidmətləri dayandırılıb

Ümumyunanıstan Dəniz Federasiyasının təşkil etdiyi tətil səbəbindən bərə xidmətləri iflic olub. SİA “AP” agentliyinə istinadla xəbər verir ki, aprelin əvvəlindən Yunanıstanda ölkənin ən böyük həmkarlar ittifaqı qiymət artımına qarşı mübarizə çərçivəsində əmək haqlarının artırılması tələbi ilə tətilə başlayıb. Həmkarlar ittifaqları hökumətdən beynəlxalq kreditorların on il əvvəl ortaya atdığı qənaət tədbirlərinə son qoymağı tələb edirlər. “Biz işdən çıxarılan bütün işçilərlə müqavilələrin bərpası, “boz” iş sxemlərinin ləğvi və bütün kateqoriyalardan olan dəniz nəqliyyatı işçiləri üçün kollektiv əmək müqavilələrinin imzalanması üçün mübarizəmizi davam etdiririk”, – deyə federasiyanın bəyanatında bildirilir. Bundan əlavə, etirazçılar iş…

Daha çox

İsrail Suriyanı hücumlarla hədələdi

Suriyanın yeni hakimiyyət orqanları ölkədəki druz icmasına qarşı hücumların qarşısını ala bilməsə, İsrail buna cavab verəcək. SİA xəbər verir ki, bu bəyanatla İsrailin müdafiə naziri İsrael Katz çıxış edib. “Əgər druzlara qarşı hücumlar bərpa olunarsa və Suriya rejimi onlara qarşı mübarizə apara bilməsə, ölkəmiz qətiyyətli güclü addımlar atacaq. İsrail druzları qorumağa sadiqdir və vəziyyəti diqqətlə izləyir”, – nazir qeyd edib. Nazir həmçinin deyib ki, aprelin 30-da Suriyada druz icmasına edilən hücumlardan sonra o, baş nazir Benyamin Netanyahu ilə birlikdə IDF-yə ekstremist qruplara qarşı qabaqlayıcı zərbələr endirməyi tapşırıb. Suriya hökumətinə də…

Daha çox

İrandan ABŞ-la danışıqların təxirə salınmasına reaksiya

Omanlı və amerikalı tərəfdaşlarla birgə qərara gəldik ki, dördüncü danışıqlar raundunu logistika və texniki səbəblərə görə təxirə salaq. SİA xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı X hesabında yazıb. “İranın mövqeyində heç bir dəyişiklik yoxdur, biz problemi danışıqlar yolu ilə həll etməkdə qətiyyətliyik”, – Arakçı qeyd edib.

Daha çox

Bu gün 23 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdə, axşam isə bəzi şimal və qərb rayonlarında arabir yağış…

Daha çox

Trampın Putinə münasibətini kimin dəyişdiyi məlum olub..?

ABŞ prezidentinə Kreml rəhbərinin ona qarşı hörmətsizlik etdiyi çatdırılıb..? …İddialara görə, Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makronun aylarla davam edən sakit diplomatik səylərindən sonra ABŞ prezidenti Donald Trampın Vladimir Putinlə bağlı ritorikasını bir qədər dəyişib..? SİA-nın Qərb mənbələrindən əldə etdiyi məlumata görə, həm Starmer, həm də Makron Trampı Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq etməməyə və qəzəbinin bir hissəsini Putinə yönəltməyə çağırıblar. Yenə də iddialara görə, bunun üçün Putinin Amerika prezidentini axmaq kimi göstərməsi arqumentindən istifadə ediblər..? …ABŞ prezidentinin Putini ictimai…

Daha çox

Seysmik aktivliyin artacağı barədə xəbərdarlıq…

Türkiyədə zəlzələni proqnozlaşdıran alim yeni proqnoz verib… …SSGEOS (Günəş Sistemi Həndəsə Araşdırması) üçün çalışan hollandiyalı tədqiqatçı Frank Huberbits dünyanın müxtəlif bölgələrində güclü zəlzələlərin baş vermə ehtimalı ilə bağlı yeni açıqlaması ilə diqqət çəkib. SİA-nın məlumatına görə, 2023-cü ilin fevralında Türkiyə və Suriyada baş verəcək dağıdıcı zəlzələni dəqiq proqnozlaşdırdığı üçün şöhrət qazanan Huberbits yaxın gələcəkdə seysmik aktivliyin artacağı barədə xəbərdarlıq edir. Onun proqnozlarına görə, ən həssas bölgələr Türkiyənin şərqi, Yunanıstan, Yaxın Şərq, Alyaska və ABŞ-ın qərb sahilləri, xüsusən də Cənubi Kaliforniyadır. Rezonanslı proqnozlara baxmayaraq, Huberbits mümkün…

Daha çox

Pxenyan Kreml səngərlərinə yol çəkir…

Şimali Koreya Rusiyaya ilk avtomobil körpüsünün tikintisinə başlayıb… …Deməli, SİA-nın məlumatına görə, Britaniyanın BBC xəbər agentliyi ölkənin şimal-şərqində Tumen çayı üzərindən körpünün tikintisinin çərşənbə günü başladığını bildirib. …Şimali Koreyanın dövlət mediası xəbər verir ki, Şimali Koreya Rusiyaya ilk avtomobil körpüsünün tikintisini ikitərəfli münasibətlərin inkişafında “əhəmiyyətli” addım adlandırıb. O, iki ölkə arasında mövcud olan yeganə quru əlaqənin, Dostluq körpüsü kimi tanınan sovet dövründən qalan dəmir yolu körpüsünün yanında yerləşəcək. …Rusiyanın “Kommersant” qəzetinin məlumatına görə, tikintinin 2026-cı ilin ortalarında başa çatdırılması planlaşdırılır. Körpünün tikintisi Şimali Koreyanın Ukraynaya…

Daha çox

Ağ Evə qayıdan Trampa qarşı ən güclü tənqidi çıxış…

Demokrat ilk dəfə olaraq ABŞ prezidentinin siyasətini şərh edib… …Artıq qeyd edildiyi kimi, ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris prezident Donald Trampı kəskin tənqid edib. SİA-nın məlumatına görə, bu, onun uduzduğu 2024-cü il seçkilərindən sonra ilk dəfədir ki, baş verir. Qeyd edək ki, bu barədə The Guardian xəbər verir. Deməli, demokrat San-Fransiskoda demokrat qadınları siyasi karyera qurmağa və namizədliyini irəli sürməyə təşviq edən Emerge America təşkilatının yaranmasının 20-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxış edib. Harris çıxışı zamanı Trampın vəzifədə olduğu ilk 100 gününü kəskin tənqid…

Daha çox

72 senator Rusiyaya qarşı “sarsıdıcı” sanksiyaları dəstəkləyir..?

…ABŞ senatoru Lindsi Qrem (Rusiya Federasiyasındakı terrorçular və ekstremistlər siyahısına daxil edilib-A.B.) ABŞ Senatındakı 72 həmkarının Rusiyaya qarşı yeni “sarsıdıcı” sanksiyaların tətbiqi məsələsində dəstəyini bildirib. Qrem qanun layihəsini təqdim etmək üçün Nümayəndələr Palatasında kifayət qədər dəstəyin olduğunu söyləyib. … SİA-nın məlumatına görə, Bloomberg xəbər verir ki, o, prezident Vladimir Putinin münaqişəyə son qoymaq üçün danışıqlara başlamadığı təqdirdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini 72 həmkarının dəstəyinə malikdir. Layihəyə əsasən, Rusiyadan neft, neft məhsulları, qaz və ya uran alan ölkələrdən idxala 500 faizlik gömrük rüsumunun tətbiqi nəzərdə tutulur.…

Daha çox