Ukrayna Prezidenti Volodimir Zelenski 76 nəfərə qarşı sanksiya tətbiq edildiyini göstərən fərman imzalayıb. SİA xəbər verir ki, bu barədə Zelenskinin ofisinin saytında dərc edilmiş fərmanın mətnində deyilir. “Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mayın 1-də “Şəxsi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında” qərarı qüvvəyə minsin”, – fərmanda bildirilir. Barəsində sanksiya tətbiq edilən şəxslərin siyahısına Zelenskinin ofisinin keçmiş müşaviri Aleksey Arestoviç, “Rosatom” dövlət nüvə enerji korporasiyasının baş direktoru Aleksey Lixaçev, Ukraynanın keçmiş Baş naziri Nikolay Azarovun oğlu Aleksey Azarov, rusiyalı siyasətçi, Bratsk şəhərinin keçmiş meri Sergey Serebrennikov da salınıb.…
Daha çoxDay: May 2, 2025
ABŞ bu ölkəyə 131 qanunsuz miqrantı deportasiya etdi
Amerika Birləşmiş Ştatları hökuməti ölkə ərazisində qanunsuz yolla yaşayan, Mərkəzi Asiya regionundan olan 131 miqrantı Özbəkistana deportasiya edib. SİA xəbər verir ki, bu barədə ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb. Məlumata görə, onların arasında Qazaxıstan, Qırğızıstan və Özbəkistan vətəndaşları yer alır. Özbəkistan öz vətəndaşlarının deportasiyasını tam olaraq maliyyələşdirib. Qeyd olunur ki, bu, ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinliyini vurğulayır və Amerika ittifaqları üçün standartlar müəyyən edir.
Daha çoxABŞ-nin Ukraynadakı yeni səfiri o oldu
ABŞ Ukraynaya yeni səfir təyin edib. SİA “strana.ua” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus bildirib. Məlumata görə, bu posta Culi Devis gətirilib. “Prezident Donald Tramp və dövlət katibi Marko Rubio onun Kiyevdə işləməsinə qərar veriblər”, deyə Bryus deyib. Xatırladaq ki, aprelin 10-da ABŞ-nin Ukraynadakı səfiri Bridjit Brink Prezident Donald Trampın administrasiyası ilə siyasi fikir ayrılıqlarına görə vəzifəsini tərk edib.
Daha çox“Həmişə dostumuz, qardaşımız Pakistanın yanındayıq”
“Son günlər dünyanın siyasi gündəliyinə Hindistanla Pakistan arasında hərbi gərginliyin artması məsələsi çox ciddi yer alıb”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, Azərbaycan üçün önəmli olan odur ki, tərəflərdən biri Pakistan Azərbaycanın dostu, qardaşı, strateji müttəfiqidir: “Pakistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Azərbaycanla qardaşlıq münasibətlərini önə çəkən ölkə olub. Bu gün Pakistanın qarşılaşdığı məsələ Azərbaycan ictimaiyyətini narahat etməyə bilməz. Görünən odur ki, Hindistanda baş verən terror hadisəsi iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Ancaq maraqlı tərəfi isə ondan…
Daha çoxAzərbaycan XİN Hindistanla Pakistan arasındakı gərginliyə dair bəyanat yayıb
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Hindistanla Pakistan arasındakı gərginliyə dair bəyanat yayıb. SİA bəyanatı təqdim edir: “Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlikdən narahatıq. Biz təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırırıq. Belə qeyri-sabit vəziyyətdə birtərəfli hərəkətlərdən çəkinmək vacibdir. Bundan əlavə, hazırkı vəziyyəti həll etmək üçün açıq və şəffaf beynəlxalq araşdırma aparılacağına ümid edirik. Münaqişənin həlli üçün yolun beynəlxalq hüququn norma və prinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğuna inanırıq. Regional sabitlikdə ortaq və qarşılıqlı marağı qəbul edərək,…
Daha çoxUkraynalılar da, ruslar da “Bizim istədiyimiz budur” deyirlər…
Rusiya və Ukrayna öz sülh təkliflərini irəli sürüblər. ABŞ Rusiya-Ukrayna müharibəsinin uzunmüddətli həllini tapmaq niyyətindədir. SİA-nın məlumatına görə, vitse-prezident J.D.Vens bunu Fox News-da yeni prezident administrasiyasının ilk 100 gününün nəticələrini müzakirə edərkən deyib. …Nümayiş üçün ilk addım hər bir tərəfin öz sülh planlarını irəli sürməsidir və baş verən də budur, -deyə Vance bildirib. …Ukraynalılar “Bizim istədiyimiz budur” deyirlər. Elə ruslar “Bizim istədiyimiz budur” deyirlər və indi diplomatiyanın işi hər hansı bir şəkildə iki tərəfi bir araya gətirməyə çalışmaqdır. Biz qarşıdakı 100 gün ərzində bu insanları bir araya…
Daha çox“Çin Azərbaycanın müxtəlif sahələrində sərmaye qoymaq fikirindədir”
“Çin dünyanın iqtisadi güc mərkəzidir. Çin BMT-nin təhlükəsizlik şurasının daimi üzvüdür. Həmçinin Çin dünya siyasətində müstəqildir, heç bir hərbi blokalara qoşulmur. Belə bir dövlətlə Azərbaycanın ikitərəfli münasibətlərinin yaxşı olması, Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından maraqlarına uyğundur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib. Onun sözlərinə görə, Azərbaycan balanslaşdırılmış siyasət yerinə yetirir: “Azərbaycan çoxşaxəli öz iqtisadi və siyasi maraqlarını bütün qütb tərəfdarları ilə balanslaşdırır. O cümlədən Çin dövləti ilə Azərbaycanın münasibətlrinin yaxşı olması hər iki dövlətin, xüsusilə Azərbaycanın maraq dairəsindədir. Eyni zamanda Azərbaycanın Çinlə müttəfiqliyinin yaranması…
Daha çoxDanimarka müharibə vəziyyətində donanmasını sığortalamaq qərarına gəlib
Danimarka həm üçüncü ölkələrdə, həm də Danimarkanın özünün iştirakı ilə hərbi münaqişə təhlükəsi səbəbindən ticarət donanmasını sığortalamaq qərarına gəlib. SİA-nın məlumatına görə, Ritzau xəbər verir ki, müvafiq qanun layihəsini ölkə hökuməti təqdim edib. …Bu, lazımi təftişin aparılması ilə bağlıdır. “Bizim Danimarka ticarət donanmasının müharibə vəziyyətində fəaliyyətini davam etdirə bilməsi çox vacibdir. Qanun layihəsində ticarət donanmasına dəyən potensial zərərin ödənilməsi üçün ölkə büdcəsindən Danimarka Müharibə Sığortası İnstitutuna 6 milyard kron (1 milyard ABŞ dollarından az) məbləğində kredit ayrılması təklif edilir. Eyni zamanda, qurum sülh dövründə heç bir xərc çəkməyəcək. Bunu Danimarkanın…
Daha çoxSumqayıtda ağacəkmə aksiyası keçirilib
Sumqayıt şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt Bulvarı ərazisində ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, aksiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər. Aksiya çərçivəsində 150-yə yaxın ağac əkilib. Aksiyada Asan Xidmət könüllüləri də iştirak ediblər. Şəhərin ekoloji mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və gələcək nəsillər üçün sağlam mühitin formalaşdırılmasına töhfə verən bu təşəbbüs Sumqayıtda ekoloji layihələrin davamlı şəkildə həyata keçirilməsi və şəhərin inkişaf strategiyasının vacib istiqamətlərindən biridir. Bu çərçivədə şəhərdə yaşıllaşdırma tədbirləri mütəmadi olaraq keçirilir, müxtəlif ağac növlərinin əkilməsi…
Daha çoxVals və onun müavininin niyə işdən çıxarılması məlum olub…
…ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və onun müavini Aleks Vonq yaxın vaxtlarda vəzifələrindən gedəcəklər. SİA-nın məlumatına görə, CBS News bunu mənbələrə istinadən xəbər verir. Müşavir və onun müavininin yaxın 24 saat ərzində işdən çıxarılması gözlənilir. CBS News qeyd edir ki, məmurların gedişi Tramp administrasiyası tərəfindən “Siqnal” messencerində yazışmaların sızması ilə bağlı qalmaqala görə xarici təzyiqlərə – media və siyasi opponentlərə güzəştə getmək əvəzinə, yenidən təşkilatlanma kimi təqdim olunacaq. Aprel ayında CBS News, mənbələrə istinadla bildirmişdi ki, Vals telefon nömrəsinin qarışması səbəbindən Milli Təhlükəsizlik Şurasının sözçüsü…
Daha çox