“Həmin yardımın verilməsi çox gözəl bir hadisədir”

“9 may Qələbə Günü ilə bağlı sərəncamda əsas mesaj İkinci Dünya Müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardımının verilməsindən daha çox cənab Prezident İlham Əliyevə və dövlətin onlara göstərilən diqqəti və qayğısı üzərindən verilən mesajla bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzininin Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli deyib. Onun sözlərinə görə, 70-80 il məsələsi üzərindən baxanda artıq dünya dəyişir və yenidən revanşizm baş qaldırır: “Yenidən müxtəlif formatlı qisasçı qlobal-siyasi və regional-siyasi proseslər baş qaldırıb. Bu mənada yenidən faşizm və yeni dalğasına qarşı keçmiş tarixi xatırlatmaq və yada salmağa ehtiyac…

Daha çox

Parisdə 1 May nümayişində toqquşma baş verib…

Sosialist Partiyasının stendi dağıdılıb… Parisdə 1 May – Beynəlxalq Əmək Günü ilə bağlı keçirilən nümayişdə qarşıdurma yaranıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bir qrup qara geyimli və maskalı şəxslər (Black bloc) Sosialist Partiyasının plakatlarını hədəfə alıblar. “Bu gün 1 May nümayişində sosialistlər Parisin “Bulvar de l’Hopital” prospektində bayram stendində idilər. Qara geyimli və maskalı şəxslər bizi təhqir etdilər, sonra isə bizə hücum etdilər: bayraqlarımızı və plakatlarımızı cırdılar, təpiklədilər, yumruqladılar, fişənglər atdılar”, – deyə Sosialist Partiyasının sözçüsü Kloe Ridel qeyd edib. Bir nəfərin yerdə sürüklənərək döyüldüyü,…

Daha çox

“Aviasiya haqqında” qanunun icrası ilə əlaqədar qanuna dəyişiklik layihəsi müzakirə olunub

Milli Məclis mülki aviasiya sahəsində dövlət rüsumu tutulan xidmət və hüquqi hərəkətlərin siyahısının genişləndirilməsini təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında “Aviasiya haqqında” qanunun icrası ilə əlaqədar “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub. Sənədə əsasən, pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi üçün 15 manat, aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat rüsum nəzərdə tutulub. Qanun layihəsində həmçinin qeyd edilib ki, pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi üçün 10 manat, pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi üçün 10…

Daha çox

Sankt-Peterburqda müəllim çatışmazlığı var…

İl ərzində şəhərdə müəllimlərə tələbat demək olar ki, 20 faiz artıb… …Deməli, rusların şimal paytaxtı dedikləri Sankt-Peterburqda müəllim çatışmazlığı var. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə hh.ru Mərkəzinin mətbuat xidmətinin rəhbəri, Şimal-Qərb Mariya Buzunova məlumat verib. Onun sözlərinə görə, bütövlükdə şəhərin əmək bazarında müəllim çatışmazlığı son bir ildə 19 faiz artıb. Bu ilin birinci rübünün nəticələrinə görə, Sankt-Peterburq işəgötürənləri 2,7 mindən çox müəllim axtarırdılar. Eyni zamanda, şəhərdəki müəllimlər artıq 60 min rubldan çox maaş alacağı planlaşdırılır. Belə ki, bir il ərzində orta…

Daha çox

Konstitusiya Məhkəməsi indiyə qədər 591 qərar, 172 qərardad qəbul edib

Konstitusiya Məhkəməsi indiyə qədər 591 qərar, 172 qərardad qəbul edib. SİA xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Bakı Dövlət Universitetində “Konstitusiya – dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O bildirib ki, məhkəmə 1998-ci ildən fəaliyyət göstərir: “Məhkəmənin ali səlahiyyəti ədalət mühakiməsini həyata keçirmək və konstitusiyanın aliliyini əsas tutmaqdır”. Sədr əlavə edib ki, innovasiyalar hər sahədə olduğu kimi, məhkəmə-hüquq sahəsində də qaçılmazdır. O bildirib ki, Azərbaycan Konstitusiyasına 1995-ci ildən bəri 3 dəfə dəyişiklik edilib: “Bunlar insan hüquqlarının genişlənməsi, dövlət…

Daha çox

Bu ərazilər məhsul yetişdirmək üçün istifadə edilə bilər…

Alimlər Çernobıldakı qəzadan təsirlənən torpaqların təhlükəsizliyini təsdiqləyiblər …Beynəlxalq alimlər qrupu Ukraynanın şimalında Çernobıl AES-də baş vermiş qəzadan sonra tərk edilmiş kənd təsərrüfatı torpaqlarının yararlılığını qiymətləndirmək üçün protokol təqdim edib. SİA-nın məlumatına görə, tədqiqat Journal of Environmental Radioactivity (J Environ Radioact) jurnalında dərc olunub. Söhbət icbari köçürmə zonası adlanan ərazilərdən gedir ki, burada nəinki yaşamaq, hətta əkinçiliklə məşğul olmaq rəsmən qadağandır. …Və mütəxəssislər göstəriblər ki, bu ərazilərdən bəziləri nə işçilərin, nə də istehlakçıların sağlamlığına təhlükə yaratmadan məhsul yetişdirmək üçün istifadə edilə bilər. Protokol torpağın radionuklidlərlə, ilk…

Daha çox

“Xalqa layiqli xidmət” mövzusunda tədbir keçirilib

Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü münasibətilə YAP Sabunçu Rayon Təşkilatı və “Balakhani Operating Company LTD”nin birgə təşkilatçılığı ilə “Xalqa layiqli xidmət” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev bütün həyatını doğma Azərbaycanı qurub abad etməyə həsr edib. Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətlərinin, bəlkə də, ən əvəzolunmazı, onun çətin dönəmdə insanlarda ruh yüksəkliyi yaratması, dövlətə inamı bərpa etməsi idi. Bir çox müstəsna cəhətləri ilə yanaşı Heydər Əliyevi cəsarətli və müdrik…

Daha çox

Sönmüş vulkan həyat əlamətləri göstərir…

…Boliviyanın cənub-qərbində 250.000 ildən artıqdır fəaliyyətsiz olduğu düşünülən Uturuncu vulkanında daxili aktivlik əlamətləri müşahidə edilir. SİA xəbər verir ki, beynəlxalq geofiziklər qrupunun araşdırması “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub. Deyilənlərə görə,Uturunkunun sonuncu püskürməsi dörddə bir milyon il əvvəl baş verib, lakin bu ərazidə son onilliklərdə az seysmik aktivlik və qaz emissiyaları müşahidə olunub. Vulkanın ətrafındakı səth tədricən deformasiyaya uğrayaraq, aşağı kənarları və qaldırılmış mərkəzi ilə xarakterik bir forma əmələ gətirir. 1700-dən çox zəlzələdən əldə edilən məlumatların təhlili tədqiqatçılara vulkanın daxili strukturunu yenidən qurmağa imkan verib. MRT…

Daha çox

Hazırda ölkə üzrə 16,000-dən çox istismar müddəti bitmiş bina mövcuddur

“Müxtəlif mənbələrin məlumatına görə, hazırda ölkə üzrə 16,000-dən çox istismar müddəti bitmiş bina mövcuddur. Son rəqəmlər artıq 16 min həddini keçib. Bu siyahıya sovet dövründə inşa olunmuş çoxmənzilli yaşayış binaları, eyni zamanda şəhər mərkəzində yerləşən bəzi açıq, köhnə binalar da daxildir”. Bu sözləri SİA-ya açıqlamasında əmlak üzrə ekspert Elnur Azadov deyib. Onun sözlərinə görə, mart ayında yaranmış vəziyyətlə əlaqədar olaraq Baş Nazirin sədrliyi ilə iclas keçirilmişdir: “Fövqəladə Hallar Nazirliyi həmin siyahıdan 197 binanı xüsusi olaraq seçərək qeydiyyata alıb. Bu binalarda yaşamaq artıq vətəndaşlar üçün təhlükəli hesab olunur və onların qısa…

Daha çox