“İnternet oyunlarının uşaqlar üzərində həm müsbət, həm də mənfi təsirləri mövcuddur. Müsbət tərəfdən yanaşsaq, bəzi oyunlar uşaqlarda məntiqi və strateji düşünmə bacarığını inkişaf etdirə, diqqəti cəmləmə qabiliyyətini artıra və hətta komanda ilə işləmə vərdişi qazandıra bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib. Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Lakin bu müsbət təsirlər yalnız oyunlara vaxt məhdudiyyəti qoyulduqda və yaşa uyğun məzmun seçildikdə mümkündür. Təəssüf ki, bir çox halda uşaqlar uzun müddət nəzarətsiz şəkildə internet oyunlarına vaxt ayırırlar. Bu isə bir sıra psixoloji və davranış problemlərinə yol açır. Belə…
Daha çoxDay: May 2, 2025
Azərbaycanda “Sosial-iqtisadi inkişafın maliyyələşdirilməsi” sənədi hazırlanıb
Azərbaycan Mərkəzi Bankı, İqtisadiyyat Nazirliyi və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi birlikdə kənd təsərrüfatı bizneslərinin maliyyə əlçatanlığının artırılması məqsədilə “Sosial-iqtisadi inkişafın maliyyələşdirilməsi” sənədi hazırlayıb. SİA xəbər verir ki, bunu Assosiasiyanın icraçı direktoru Yunus Abdulov Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. Onun sözlərinə görə, layihədəki banklar və digər maliyyə institutları vasitəsilə aqrar sektora kredit məhsullarının genişləndirilməsi təşəbbüsü əsasında ABA nəzdində xüsusi işçi qrupu yaradılıb. “İşçi qrupunun fəaliyyəti çərçivəsində 2024-cü ilin oktyabrında Türkiyəyə səfər təşkil olunub, orada kənd təsərrüfatı kreditləşməsi, eyni zaman da sığorta mexanizmi ilə bağlı təcrübə öyrənilib, təkliflər paketi…
Daha çoxAilə başçısının itirilməsinə görə zərərin əvəzinin ödənilməsi üzrə qərar qəbul olunub
Ali Məhkəmə ailə başçısının itirilməsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələr üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. SİA-nın məlumatına görə, qərar Ali Məhkəmənin Mülki kollegiyasında baxılan iş əsasında qəbul olunub. Belə ki, iddiaçının əri baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölüb, cavabdeh hüquqi şəxsin əməkdaşı hadisədə təqsirli bilinərək məhkum edilib. Mərhumun himayəsində iddiaçı ilə nikahından doğulmuş yetkinlik yaşına çatmamış övladları olub. İddiaçıda ikinci dərəcə ilkin əlillik təyinatı aparılıb. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısının itirilməsi nəticəsində vurulmuş 141 min manat məbləğində pulun…
Daha çoxAzərbaycan və Qazaxıstan yeni Konvensiya layihəsi üzrə danışıqları başa çatdırıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Qazaxıstanın Maliyyə Nazirliyi arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni Konvensiya layihəsi üzrə danışıqlar başa çatıb. SİA bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, Azərbaycan tərəfdən danışıqlarda qurumun Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin, Qazaxıstan tərəfdən isə Maliyyə Nazirliyinin Vergi və Gömrük qanunvericiliyi departamenti və Dövlət Gəlirləri Komitəsinin nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı qeyd olunub ki, ölkələr arasında yeni Konvensiya üzrə danışıqlar hər iki ölkə üçün böyük önəm…
Daha çoxElnur Məmmədov Nepal XİN başçısı ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Nepala səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Arzu Rana Deuba ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Nepal Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, görüş zamanı Nepal-Azərbaycan münasibətləri, həmçinin qarşıdan gələn “Sagarmatha Sambaad” forumunda iştirak da daxil olmaqla, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Daha çoxÇinə məhsul ixracı üçün qida təhlükəsizliyini idarəetmə sistemləri hazırlanıb
Azərbaycan məhsullarının Çinə ixracı ilə bağlı qarşı tərəfə qida təhlükəsizliyini idarəetmə sistemləri haqqında hesabat göndərilib. SİA xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. “Çox böyük istehlak bazarı olan Çinə bizim sahibkarların, o cümlədən aqro biznes sahəsində fəaliyyət göstərən sahibkarların çıxışını təmin etmək üçün artıq bir sıra görüşlər keçirilib, protokollar imzalanıb. Qida təhlükəsizliyini idarəetmə sistemlərinin hazırlanması haqqında Azərbaycandan Çinə çox böyük hesabat göndərilib və bu hesabat qəbul olunub. Ümid edirik ki, yaxın vaxtlarda bu biznes sahəsini də öz…
Daha çoxQəlblərdə əbədi yaşayacaq LİDER TƏHLİL
Qəlblərdə əbədi yaşayacaq LİDER TƏHLİL
Daha çoxSabah leysan yağacaq, güclü külək əsəcək
Bakıda və Abşeron yarımadasında mayın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, mayın 3-dən 4-nə keçən gecə isə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı…
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
Mayın 1-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,21% – 40,752.96 bəndədək, S&P 500 indeksi 0,63% – 5,604.14 bəndədək, Nasdaq indeksi isə 1.52% – 17,710.74 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 1-də FTSE 100 indeksi 0,02% – 8,496.80 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.15% artaraq 1.1307 dollar təşkil edib.
Daha çox“Azərbaycan öz mövqeyini bu gün daha da möhkəmləndirir”
“Ulu Öndər Heydər Əliyev, müasir Azərbaycan dövlətçiliyinin memarı və ölkənin inkişafında mühüm rol oynayan tarixi şəxsiyyətdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib. O bildirib ki, onun siyasi fəaliyyəti, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi və iqtisadi inkişafı istiqamətində atdığı addımlar Azərbaycan tarixində silinməz izlər buraxıb: “Heydər Əliyev 1969-cu ildə Azərbaycan SSR-in rəhbəri oldu və ölkənin sosial-iqtisadi inkişafına böyük töhfələr verdi. Onun rəhbərliyi altında Azərbaycan sənaye, kənd təsərrüfatı və təhsil sahələrində mühüm irəliləyişlər əldə etdi. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev, ölkədə sabitliyi təmin edərək, Azərbaycanın müstəqilliyini qorumaq…
Daha çox