“Azərbaycanın dövlət başçısı İlham Əliyev cənablarının Çin Xalq Respublikasına səfəri siyasi bir hadisə kimi diqqəti cəlb edir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Onun sözlərinə görə, hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Çin dünyanın ən böyük dövlətlərindən biri və birincisidir: “Bu dövlətə Azərbaycanın dövlət başçısı tərəfindən rəsmi səfər, bu səfərin böyük coşqu ilə qarşılanması və təkcə Çinin dövlət başçısı yox, ümumiyyətlə, Çinin Azərbaycan dövlət başçısına olan səmimi münasibəti göstərdi ki, Azərbaycan və Çin ərazi və əhali baxımından sayına görə müxtəlif olsalar da, Azərbaycan da dünyanın…
Daha çoxDay: May 2, 2025
Dağıstanda inzibati bina yanır…
Dağıstanda inzibati bina yanır…
Daha çox13-cü Karyera Sərgisində rekord sayda şirkət iştirak edir
Bu il ADA Universitetində təşkil olunan 13-cü Karyera Sərgisində iştirak edən şirkətlərin sayı rekord həddə çatıb. SİA xəbər verir ki, bunu ADA Universitetinin Karyera Xidmətləri ofisinin meneceri Təranə Aslanova jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda sərgidə 152 şirkət və dövlət qurumları təmsil olunur: “ADA universitetində bu il 13-cü dəfə keçirilən Karyera Sərgisinin təşkili artıq ənənə halını alınıb. Sərgidə həm məzunlar, həm də tələbələr iştirak edir. Hazırda təmsil olunan şirkətlər müxtəlif sənaye sahələri üzrə təqdimatlar edirlər. Bunlara bank, maliyyə, istehsalat və sair aiddir”. T.Aslanova onu da qeyd edib ki, sərgi…
Daha çoxƏlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirilib
Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edənlər məzunlara Vətənə və hərbi anda sadiq olmağı, hərbçi şərəfini daim uca tutmağı tövsiyə edib, gələcək xidmətlərində uğurlar arzulayıblar. Məzunlar kurs müddətində qazandıqları bilikləri və praktiki vərdişləri xidmətdə uğurla tətbiq edəcəklərinə, qarşıya…
Daha çox…Və indi də Norveçdəki neft emalı zavodu yanır…
…Norveçin Monqstad şəhərində neft emalı zavodunda yanğın baş verib. SİA xəbər verir ki, bu barədə NRK teleradio şirkəti yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb. Jurnalistlərin sözlərinə görə, hadisə yerində təcili yardım xidmətləri işləyir, obyekt də təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat yoxdur. Daha sonra NRK polisə istinadən aydınlaşdırıb ki, yanğın artıq söndürülmək üzrədir, yəni artıq onun yayılma riski yoxdur. Aprelin ortalarında Komsomolsk-na-Amurda neft emalı zavodunda güclü yanğın baş verib. Yanğın 300 kvadratmetr ərazini əhatə edib. Mart ayında Tuapse neft emalı zavodunda dron hücumundan sonra yanğın başlamışdı. Təxminən 20 min ton…
Daha çox“Ramiz Əskər – Türk Dünyasına Xidmət Ödülü” təqdim edildi
Bu gün – mayın 1-də Bakıdakı “Word Business” mərkəzində “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) təsis etdiyi “RAMİZ ƏSKƏR-TÜRK DÜNYASINA XİDMƏT ÖDÜLÜ”nün qaliblərinin mükafatlandırılması və CASCFEN-in türk dünyasına yönəlik fəaliyyətinə dəstək verən media orqanlarına Təşəkkür Bəlgəsinin təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə media, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ədəbiyyat-tarix sahəsində fərqlənənlər mükafatlandırılıb. “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir İsmayılov şəhidlərin ruhuna bir dəqiqəlik sükut və dövlət himninin səsləndirilməsindən sonra tədbiri açıq elan edib. Tədbir zamanı mərhum professor Ramiz…
Daha çoxPərviz Şahbazov Britaniyada Azərbaycanın “yaşıl enerji” potensialını müzakirə edib
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Böyük Britaniyadakı “Richborough” enerji parkına səfər edib və Azərbaycanda “yaşıl enerji” potensialını müzakirə edib. SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Britaniya şirkəti “Pacificgreen” tərəfindən təşkil edilmiş “Richborough” enerji parkına səfər zamanı Pərviz Şahbazov Böyük Britaniya-Belçika şəbəkələrarası bağlantı, həmçinin Mərakeş – Böyük Britaniya elektrik stansiyasının tikintisi üzrə “XLinks” layihəsi (Xlinks Morocco-UK Power Project) ilə tanış olub. Bununla yanaşı, Azərbaycanın “yaşıl enerji” potensialı və bu istiqamətdə mümkün gələcək əməkdaşlıq öyrənilib”, – paylaşımda bildirilib.
Daha çoxUkrayna meydanda tək qaldı
ABŞ yeraltı sərvətlərə, Rusiya ərazilərə sahibləndi Uzun mübahisələrdən sonra Ukrayna ABŞ-la nadir torpaq metalları haqqında müqavilə imzalayıb. ABŞ indi ölkənin bütün mineral ehtiyatlarına prioritet çıxışa malikdir. Müqavilənin şərtləri ilə tanış olanlar buna bir qiymət veriblər: “Ukrayna hər şeyini itirdi, Avropa aldandı”. Sazişin şərtlərinə görə, ABŞ Ukraynanın mineral ehtiyatlarına, xüsusilə yüksək texnologiyalarda istifadə olunan nadir torpaq metallarına prioritet çıxış əldə edəcək, həmçinin onlardan əldə edilən gəlirləri bölüşdürmək üçün xüsusi rekonstruksiya və investisiya fondu yaradacaq. ABŞ və Ukrayna nəhayət təbii sərvətlərə dair saziş imzaladılar. Çərşənbə günü ABŞ-ın maliyyə naziri Skott Bessent və…
Daha çoxAvtomobili girov qoyaraq kredit götürməyin hansı riskləri var?
“Girov anlayışı müəyyən mənada əşyanın tərəflər qarşısında öhdəliklərini ifadə edir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin Sədri Fariz Əkbərov deyib. Fariz Əkbərov sözlərinə belə davam edib: “Belə ki, hüquqi yönümdən avtomobil girov qoyulduqda həm girov qoyan şəxs, həm də girovu saxlayan şəxs girovla bağlı hər hansı məsələdə iki tərəfli məsuliyyət daşıyır. Avtomobili girov qoyaraq kredit götürməyin bir neçə riski var. – Avtomobilin itirilməsi riski: Kredit öhdəliklərinizi vaxtında yerinə yetirməsəniz (ödəmələrdə gecikmə və ya tam ödəməmək), bank və ya kredit təşkilatı avtomobilinizi müsadirə edə bilər. – Avtomobilin…
Daha çoxAMB “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədini açıqlayıb
Azərbaycan Mərkəzi Bankı (AMB) “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədini açıqlayıb. SİA AMB-yə istinadən xəbər verir ki, sənəd özünüməşğul şəxslərin və mikro, kiçik və orta biznes subyektlərinin maliyyələşməsi, həmçinin bütövlükdə iqtisadi artımın dəstəklənməsində mikromaliyyə sektorunun rolunun artırılması istiqamətində nəzərdə tutulan təşəbbüsləri müəyyən edir. Strateji çərçivə sənədi mikromaliyyənin hüquqi və tənzimləyici bazasının gücləndirilməsi, mikrokredit anlayışının qanunvericiliyə gətirilməsi, bank olmayan kredit təşkilatlarının institusional inkişafı və maliyyələşmə mənbələrinin diversifikasiyası, həmçinin risklərin bölüşdürülməsi mexanizmlərinin gücləndirilməsi üzrə prioritetləri əhatə edir. Sənəddə özünüməşğul əhali və ailə kəndli təsərrüfatlarının identifikasiyası sisteminin təkmilləşdiriməsi üzrə öncəliklər də əks olunur.…
Daha çox