“Azərbaycan mətbuatının 150 illiyi ilə bağlı ölkə Prezidenti İlham Əliyev cənablarının imzaladığı sərəncamın xüsusi tarixi əhəmiyyəti var”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Qulu Məhərrəmli deyib. Onun sözlərinə görə, bu, birinci növbədə Azərbaycan ictimai şüurunda, Azərbaycan istiqlal məfkurəsində, bizim tariximizdə, cəmiyyət olaraq formalaşmağımızda, özümüzü dərkimizdə, milli şüurun inkişafında Azərbaycan mətbuatının tarixi rolunu birmənalı şəkildə qeyd edir: “İkincisi, bu sərəncamda Azərbaycan mətbuatının əsas inkişaf tendensiyaları göstərilir. Mətbuatın müxtəlif dövrlərdən cəmiyyətdə, xalq arasında oynadığı rolu əks etdirir. Çox önəmli olan məsələlərdən biri Azərbaycan mətbuat tarixində xüsusi yeri olan mətbu orqanların və tarixi…
Daha çoxDay: May 2, 2025
Tramp Harvarda vergi verəcəyini vəd edib
ABŞ prezidenti Donald Tramp Harvard Universitetinin vergidən azad statusundan məhrum ediləcəyini vəd edib. SİA-nın məlumatına görə, CNN xəbər verir ki, bu barədə Amerika lideri Truth Social sosial şəbəkəsindəki səhifəsində yazıb. …Biz Harvardın vergidən azad statusundan məhrum edəcəyik. Onlar buna layiqdirlər! Tramp söz verdi. Əli Babayev
Daha çoxməlumatlı istifadəçilər” panel sessiyası baş tutur
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” II Forum çərçivəsində “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” mövzusunda panel sessiya baş tutur. SİA xəbər verir ki, Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidovanın moderatorluq etdiyi sessiyada Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin məsul şəxsləri tərəfindən texnoloji təkamülün media mühitinə kompleks təsiri, media mühitində etibarlı informasiyanın qorunması, sosial medianın məlumat mənbəyi kimi aktuallaşması, eyni zamanda, kiberhücum riskləri və rəqəmsal alətlərdən istifadə edərək müxtəlif…
Daha çoxBankların aqrar sektora verdiyi kreditlər 1,8 milyard manatı üstələyib
Bu il aprelin 1-nə Azərbaycan banklarının kənd təsərrüfatına verdiyi kreditlərin ümumi məbləği 1,8 milyard manatı üstələyib. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. Onun sözlərinə görə, bu kreditlərin 80 %-i bankların öz vəsaitləri, 20 %-i isə xüsusi məqsədli dövlət fondlarının vəsaitləri hesabına verilib.
Daha çoxKiberhücumlarla bağlı Rusiyaya qarşı etiraz bəyanatının verilməsi təklif olunub
Kiberhücumlarla bağlı Azərbaycanın ictimai təşkilatlarına Rusiyaya qarşı etiraz bəyanatı verilməsinə çağırış edilib. SİA xəbər verir ki, bu barədə Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli parlamentdə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirdiyi ictimai müzakirədə çıxışı zamanı danışıb. O qeyd edib ki, Azərbaycanın bəzi media orqanlarına edilən kiberhücumlar Rusiyadan qaynaqlanıb: “Vətən müharibəsi və antiterror əməliyyatları zamanı bu ölkədə bir sıra Azərbaycan saytları blok olunmuşdu. Həmin saytlar əsasən rusca məlumat yayan media orqanları idi. Ona görə də hesab edirəm…
Daha çox“Bank kartlarından oğurluğun qarşısının alınması hər bir şəxsin özündən asılıdır”
“Bank kartlarından vəsaitin oğurlanması kimi halların qarşısının alınması, birinci növbədə, hər bir şəxsin özündən asılıdır. Bunu dünya praktikası da təsdiq edir”. SİA xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” adlı paneldə deyib. O bildirib ki, son zamanlarda bank kartları ilə bağlı informasiya və təhlükəsizlik məsələləri gündəmdədir: “Heç bir vətəndaş öz şəxsi məlumatlarını başqalarına ötürməməlidir. Bu istiqamətdə biz təbliğat və maarifləndirmə işlərini artırmışıq. Xaricdən…
Daha çoxAqrar sığorta müqavilələrinin sayı 9 % artıb
2024-cü ildə Azərbaycanda aqrar sığorta müqavilərinin sayı 2023-cü illə müqayisədə 9 %, aqrar sığorta predmetlərinin sayı isə 5 % çox olub. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. “Bu sahədə davamlı inkişaf müşahidə edilir”, – deyə o qeyd edib.
Daha çoxMərdəkandakı Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb
Azərbaycan Prezidenti İlham Əliyev Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işləri üçün vəsaitin ayrılması haqqında Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, ziyarətgahın təmir-bərpa işlərinə sərəncama əsasən Prezidentinin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 550 min manat ayrılacaq.
Daha çoxməlumatlı istifadəçilər” panel sessiyası baş tutub
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” II Forum çərçivəsində “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” mövzusunda panel sessiya baş tutub. SİA xəbər verir ki, Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidovanın moderatorluq etdiyi sessiyada Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin məsul şəxsləri tərəfindən texnoloji təkamülün media mühitinə kompleks təsiri, media mühitində etibarlı informasiyanın qorunması, sosial medianın məlumat mənbəyi kimi aktuallaşması, eyni zamanda, kiberhücum riskləri və rəqəmsal alətlərdən istifadə edərək müxtəlif…
Daha çoxAMB aqrar sektorun kreditləşməsini təşviq edəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) aqrar sektorun kreditləşməsini təşviq etmək üçün dəstəkverici tədbirlər görməyi nəzərdə tutur. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. “AMB öz çərçivəsinə ilk dəfə kənd təsərrüfatı kreditləri gətirib. Bu zaman kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin kreditləşməsi, məhz Kənd Təsərrüfatı Nazirliyinin Elekron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş şəxslərə kredit verilməsi önəm kəsb edir. Bu seqmentin kreditlərə əlçatanlığının artırılması, bankları bu sahənin kreditləşməsinə təşviq etmək üçün öz çərçivəmizdə həm ehtiyatlar baxımından, həm…
Daha çox