İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 18-də növbəti dəfə avtomobil hərracı keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 19 nəqliyyat vasitəsi çıxarılacaq. Bunlar, “Azərizolit” MMC-yə məxsus “Toyota Land-Cruiser Prado” və “KİA Sportage” markalı minik avtomobilləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə məxsus “QAZ 3302-18” markalı yük avtomobili, “UAZ 31519” markalı minik avtomobili və “MTZ 80” markalı təkərli traktor, Xarici İşlər Nazirliyinə məxsus “BMW 528I” markalı…
Daha çoxDay: May 2, 2025
“Müdaxilənin yolverilməz olduğu diqqətdən kənarda qalmamalıdır”
Fikir və söz azadlığından istifadə edilərkən, digər şəxslərin şərəf və ləyaqəti, şəxsi həyat toxunulmazlığına qanunsuz müdaxilənin yolverilməz olduğu diqqətdən kənarda qalmamalıdır. SİA xəbər verir ki, bunu Ali Məhkəmə Kollegiyasının sədri Sənan Hacıyev mayın 2-də Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forumda deyib. O bildirib ki, cinayət işləri üzrə məlumatların yayımlanması zamanı təqsiləndirilən şəxslərin təqsirsizlik prezumpsiyasının qorunmalı olduğu, habelə hər hansı iş üzrə yanlış ictimai fikrin formalaşdırılmasının hakimə əsassız təzyiqlə nəticələnərək, onun daxili inamına uyğun qanuni qərar qəbul etməsinə mane olacağı nəzərə alınmalıdır.
Daha çox“Antiterror əməliyyatı şəhidlərinin təbliği” layihəsinə start verildi
“Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Antiterror əməliyyatı şəhidlərinin təbliği” layihəsinə start verib. Layihə barəsində məlumat verən “Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Rövşən Ağamalıyev bildirib ki, məqsəd antiterror şəhid ailələrinə diqqət və qayğının artırılmasından ibarətdir. Layihə rəhbərinin sözlərinə görə, layihə çərçivəsində Bakı və Sumqayıtda olan 21 antitteror şəhid ailəsi ilə təşkilat arasında münasibət formalaşacaq. Layihə çərçivəsində 21 antiterror şəhid ailəsinə şəhidlərin şəkilləri əks olunan ramkalar hədiyyə ediləcək. R.Ağamalıyev həmçinin onu da bildirib ki, Bakı…
Daha çoxAMB aqrar sığorta sistemi üzrə təkmilləşdirmə işləri aparmağı planlaşdırır
Azərbaycan Mərkəzi Bankı (AMB) aqrar sığorta sistemi üzrə təkmilləşdirmə işləri aparmağı planlaşdırır. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. Onun sözlərinə görə, bu işlər aqrar sığorta məhsulları üzrə çeşidin artırılmasını, risklərin idarə edilməsində innovativ metodların tətbiqini, bu sahəyə etimadın yüksəldilməsini ehtiva edəcək. “Bizi narahat edən fiziki təhdidlərdir. Ölkəmizin yerləşdiyi mövqeyə görə təhdidlər təkcə temperaturun artması deyil, həm də yağıntılardakı dəyişikliklərdir. Bu da, özünü şoranlaşma və yaxud müxtəlif sığorta hadisələrinin, o cümlədən daşqın baş verməsi formasında göstərir. Bunlar,…
Daha çoxHeydər Əliyev və Həmkarlar İttifaqları
1969-cu ilin 14 iyulu Azərbaycanın tarixində unudulmaz günlərdən biridir. Həmin gün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi seçilmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk günlərindən cəmiyyətdə ədalətin təmin olunması istiqamətində gələcək fəaliyyətinin konturları açıq şəkildə görünürdü. Ulu öndərin Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il tarixli plenumundakı dərin məzmunlu tənqidi çıxışı çox böyük rezonans doğurmuşdur. Plenumdakı çıxışında Heydər Əliyev həmin dövrdəki mövcud problemləri, xüsusilə dövlət idarəçiliyi sistemindəki bürokratiya və korrupsiya hallarının yolverilməz olduğunu bildirərək demişdir: “Biz ayrı-ayrı vəzifəli şəxslərin davranışında özünü büruzə verən nalayiq hallara,…
Daha çoxAMB kredit zəmanəti və subsidiya mexanizmlərini taksanomiya ilə uzlaşdırmaq istəyir
Azərbaycan Mərkəzi Bankı (AMB) kredit zəmanəti və subsidiya mexanizmlərinin taksanomiya meyarları ilə uzlaşdırılması üçün təkliflər hazırlayır. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. Onun sözlərinə görə, AMB-nin qəbul etdiyi taksanomiyada Dayanıqlı əkinçilik, Dayanıqlı heyvandarlıq, Dayanıqlı tekstil emalı və istehsalı, Dayanıqlı balıqçılıq və akvakulturaların inkişafına yönəlmiş təşəbbüslər nəzərdə tutulub, onları müəyyən edən meyarlar qeyd edilib. “Kənd təsərrüfatında innovativ metodların tətbiqi, bərpa olunan enerji mənbələrindən istifadə diqqət mərkəzindədir. Eyni zamanda kredit zəmanəti və subsidiya mexanizmləri ilə taksanomiyada nəzərdə tutulan…
Daha çox“İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılışı olub
2 may tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimi baş tutub. SİA xəbər verir ki, Forumda açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, artıq ikinci ildir ki, ölkəmizin media gündəminin aktual əhəmiyyət kəsb edən ictimai məzmunlu məsələlərinin müzakirəsini hədəfləyən Forum dövlət-media dialoqunu formalaşdıran səmərəli platforma kimi fəaliyyət göstərməkdədir. O diqqətə çatdırıb ki, media və kommunikasiya fəaliyyətinin müasir formada təşkil edilməsinin nəticəsidir ki, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa…
Daha çoxZərərli vərdişlərə qarşı mübarizənin artırılması
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Zərərli vərdişlərə qarşı mübarizənin artırılması” adlı layihənin icrasına start verib. SİA xəbər verir ki, İctimai Birlikdən verilən məlumata görə, layihənin məqsədini qlobal transformasiya dövrünü yaşayan dünyada təhlükəli amillərdən biri olan narkomaniya ilə mübarizə çərçivəsində uşaqları, yeniyetmələri, gəncləri maarifləndirmək, onlar üçün sağlam həyatı təbliğ etmək, tədbirlər, idman yarışları təşkil etməkdir. Layihə çərçivəsində gənclər üçün 3 maarifləndirici təlim keçiriləcək, daha sonra gənclərin sağlam həyat tərzinə maraqlarının artırılması məqsədilə rəsm müsabiqəsi, atıcılıq və…
Daha çoxAzərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub
Azərbaycana məxsus şirkətlərin qiymətli kağızlarının Böyük Britaniyanın Lond Fond Birjasında (London Stock Exchange – LSE) ticarətə buraxılması müzakirə olunub. SİA bu barədə “Bakı Fond Birjası” QSC-yə (BFB) istinadən xəbər verir. Məlumata görə, Birjanın nümayəndə heyəti Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası çərçivəsində Londona işgüzar səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankı və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri ilə birgə LSE-də görüşdə iştirak ediblər. Görüşdə Azərbaycan şirkətlərinin LSE-də dual listinqə və xarici kapitala çıxışları imkanının araşdırılması, xarici investorların Azərbaycanın kapital bazarları ilə…
Daha çoxHərbi məlumatların paylaşılması ilə bağlı müəyyən məhdudiyyətlər aşılır
Bəzən sosial mediada hərbi məlumatların paylaşılması ilə bağlı müəyyən məhdudiyyətlər aşılır. SİA xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Konstitusiya və Suverenlik İlində media gündəmi” adlı panel sessiyada deyib. Onun sözlərinə görə, sözügedən istiqamətdə maarifləndirici işlər aparılır: “Əlbəttə, bu kimi halların qarşısının alınması istiqamətində maarifləndirici işlərin aparılması vacibdir. Biz müəyyən maarifləndirici görüşlər və söhbətlər aparırıq. Təbii ki, burada medianın da rolu danılmazdır”.
Daha çox