Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Mayın 1-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,21% – 40,752.96 bəndədək, S&P 500 indeksi 0,63% – 5,604.14 bəndədək, Nasdaq indeksi isə 1.52% – 17,710.74 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 1-də FTSE 100 indeksi 0,02% – 8,496.80 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.15% artaraq 1.1307 dollar təşkil edib.

Daha çox

“Azərbaycan öz mövqeyini bu gün daha da möhkəmləndirir”

“Ulu Öndər Heydər Əliyev, müasir Azərbaycan dövlətçiliyinin memarı və ölkənin inkişafında mühüm rol oynayan tarixi şəxsiyyətdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib. O bildirib ki, onun siyasi fəaliyyəti, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi və iqtisadi inkişafı istiqamətində atdığı addımlar Azərbaycan tarixində silinməz izlər buraxıb: “Heydər Əliyev 1969-cu ildə Azərbaycan SSR-in rəhbəri oldu və ölkənin sosial-iqtisadi inkişafına böyük töhfələr verdi. Onun rəhbərliyi altında Azərbaycan sənaye, kənd təsərrüfatı və təhsil sahələrində mühüm irəliləyişlər əldə etdi. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev, ölkədə sabitliyi təmin edərək, Azərbaycanın müstəqilliyini qorumaq…

Daha çox

Azərbaycan fermerlərinə subsidiya ödənişi artıb

2023-cü ildə Azərbaycanda 387 340 fermerə 352 milyon manat, 2024-cü ildə isə 380 704 fermerə 362,5 milyon manat subsidiya ödənilib. SİA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən IV Aqrobiznesin İnkişaf Forumunda bildirib. “Bu, sadəcə rəqəm deyil, kənd həyatına, ailələrin rifahına, məhsuldarlığın artımına verilmiş dəstəkdir. Dövlətin həyata keçirdiyi subsidiya siyasəti çərçivəsində fermerlərə göstərilən dəstək davamlı və sistemli şəkildə icra olunur. Bu dəstəyin mühüm komponentlərini subsidiyalar, güzəştli maliyyələşmə, texniki təminat və institusional təşviqlər təşkil edir. Fermerlərin texnika və damazlıq heyvanlarla təminatı sahəsində də dövlət onların yanındadır. Ötən…

Daha çox

“Heydər Əliyevin senzuranı ləğv etməsi plüralizmin genişlənməsinə şərait yaradıb”

Azərbaycan mediası özünün təməl funksiyalarını yalnız ölkə müstəqillik əldə etdikdən sonra yerinə yetirməyə başlamış və mövcud tarixi şəraitdə müstəqil media təsisatlarının əsası qoyulub. SİA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış nitqində deyib. O qeyd edib ki, bu baxımdan Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda senzuranın ləğv edilməsi plüralizmin genişlənməsinə, jurnalistikanın inkişafına yeni nəfəs vermiş, əlverişli şərait yaradıb. Agentliyin rəhbəri vurğulayıb ki, cəmiyyətin sosial sifarişi kimi meydana çıxan “İctimai proseslər media müstəvisində” platformasını yaratmaqda Medianın İnkişafı Agentliyinin məqsədi…

Daha çox

“Apreldə 17 dağ çayında sel və daşqın baş verib”

Bu il aprelin 16-da Azərbaycanda paytaxt Bakı şəhəri də daxil olmaqla, bir gündə 3 aylıq yağıntı norması qədər yağış yağıb, 17 dağ çayında sel və daşqın baş verib. SİA xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. “Kənd təsərrüfatı iqlimə birbaşa bağlı olduğundan, iqlim dəyişikliklərinə ən həssas sahələrdən biridir. Son illər bu dəyişikliklərin mənfi təsirləri ciddi çətinliklər yaradır. Artan quraqlıqlar, torpağın şoranlaşması və ekstremal hava hadisələri məhsuldarlığı azaldaraq qlobal ərzaq təhlükəsizliyinə ciddi təsir göstərir. Artıq dünyada daha intensiv istilik dalğaları,…

Daha çox

Məhkumlara pulsuz hüquqi yardım göstərilib

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində məhkumlara pulsuz hüquqi yardım göstərilib. Bu barədə SİA-ya Penitensiar Xidmətdən məlumat verilib. Bildirilib ki, Vəkillər Kollegiyası arasında imzalanmış birgə tədbirlər planına uyğun olaraq həyata keçirilən hüquqi yardım yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində və İxtisaslaşdırılmış müalicə müəssisəsində təşkil edilib. Vəkillərlə keçirilmiş görüş zamanı 53-ə yaxın məhkuma qanunvericiliyin müddəaları izah olunub, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.

Daha çox

“Ərzağa artan tələbat su və torpaq resurslarına təzyiqi gücləndirir”

Bu gün dünyada su və torpaq resurslarının istehsal imkanları mövcud tələbatı çətinliklə qarşılayır. SİA xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. “Kənd təsərrüfatı insanların əsas ehtiyaclarını təmin edən strateji əhəmiyyətli bir sektordur. Əhalinin ərzağa artan tələbatı su və torpaq resurslarına təzyiqi daha da gücləndirir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada təxminən 1,7 milyard hektar torpaq insanların fəaliyyəti nəticəsində deqradasiyaya uğrayıb. Bu torpaqların 60 %-dən çoxu kənd təsərrüfatında istifadə olunan əkin və otlaq sahələridir”, – deyə…

Daha çox

“Media nümayəndələrinin hüquqlarının müdafiəsi də diqqətdə saxlanılır”

“Müasir dövrün ən aktual mövzularından birinə həsr olunmuş bugünkü tədbirdə hər birinizi salamlayır, dəvətə görə təşəkkürümü bildirirəm”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan hüquqşünası, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva “İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimi zamanı deyib. O bildirib ki, ilk öncə fürsətdən istifadə edərək media nümayəndələrini “Azərbaycan milli mətbuatının 150 illiyi” yubileyi münasibəti ilə təbrik edir, onlara çətin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzu edirəm: “Bugünkü tədbir ictimai hadisələrin mediada təzahürünün və media platformalarının ictimai rəyə təsir imkanlarının təhlili, peşəkar yanaşmaların təşviqi,…

Daha çox

Azərbaycanda kənd təsərrüfatını iqlim dəyişikliklərinə uyğunlaşdırmaq üçün görülməli işlər açıqlanıb

Azərbaycanda kənd təsərrüfatını iqlim dəyişikliklərinə uyğunlaşdırmaq üçün su və torpaq resursları səmərəli idarə olunmalı, suvarma sistemləri modernləşdirilməli, su itkiləri azaldılmalı və torpağın münbitliyi qorunmalıdır. SİA xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. “Eyni zamanda, məhsuldarlığı artırmaq üçün quraqlığa, şoranlığa və istiliyə davamlı bitki sortlarının yetişdirilməsi və müasir aqrotexniki tədbirlərin tətbiqi mühüm əhəmiyyət daşıyır. Aqroparkların inkişafı ekoloji və iqtisadi cəhətdən dayanıqlı istehsalın təşkili ilə yanaşı, su, gübrə və pestisidlərin istifadəsində innovativ və bioloji üsulların tətbiqi ilə dəstəklənməlidir”, – deyə o…

Daha çox

ADA Universitetində təşkil olunan 13-cü Karyera Sərgisində rekord sayda şirkət iştirak edir

Bu il ADA Universitetində təşkil olunan 13-cü Karyera Sərgisində iştirak edən şirkətlərin sayı rekord həddə çatıb. SİA xəbər verir ki, bunu ADA Universitetinin Karyera Xidmətləri ofisinin meneceri Təranə Aslanova jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda sərgidə 152 şirkət və dövlət qurumları təmsil olunur: “ADA universitetində bu il 13-cü dəfə keçirilən Karyera Sərgisinin təşkili artıq ənənə halını alınıb. Sərgidə həm məzunlar, həm də tələbələr iştirak edir. Hazırda təmsil olunan şirkətlər müxtəlif sənaye sahələri üzrə təqdimatlar edirlər. Bunlara bank, maliyyə, istehsalat və sair aiddir”. T.Aslanova onu da qeyd edib ki, sərgi…

Daha çox