“Bizim televiziya kanallarında səsələnən musiqilər bayağı musiqi deyil? Televiziyada səslənən musiqilərə baxsaq, ora dəvət olunan dırnaqarası müğənillərə baxsaq və onların səsləndirdiyi dırnaqarası ifadə etdiyi musiqilər bəs bayağı musiqi deyil? Yəni bu günləri televiziyalarda gənclərə hansısa bir keyfiyyətli musiqi nömrəsi təqdim olunurmu ki, gənclərdə normal musiqi dinləsinlər”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib. Onun sözlərinə görə, bu vəziyyətdən bir çıxış yolu tapılmalıdır. Yəni biz gənclərə nə təqdim və təklif edirik. Bunu əvvəl biz düşünməliyik: “Bu günləri çox televiziyalarda elə bir vəziyyətdir ki, gənclər yaxşını pisdən ayıra bilmir. Çünki televiziyalarda…
Daha çoxDay: May 2, 2025
Prezidentin Balaxanı Sənaye Parkının genişləndirilməsi ilə bağlı sərəncamının icrasına başlanılıb
Nazirlər Kabineti ölkə Prezidentinin “Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” 21 aprel 2025-ci il tarixli sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi ilə razılaşdırmaqla, Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istifadəsində olan 18,415 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Təmiz Şəhər” ASC-nin istifadəsinə verilməsini iki ay müddətində təmin etməli, bu barədə…
Daha çoxVyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycana səfər edəcək. SİA xəbər verir ki, bu barədə Vyetnam Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, 5-12 may tarixləri arasında o, Qazaxıstan, Azərbaycan, Rusiya və Belarusa dövlət səfərləri edəcək. Azərbaycana səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçiriləcək.
Daha çoxAzərbaycan karbon bazarlarında iştirakını genişləndirməyi hədəfləyir
Azərbaycanın karbon bazarlarında iştirakını genişləndirmək üçün müvafiq hüquqi və institusional çərçivənin yaradılması istiqamətində işlər görülür. SİA xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. “Bu, kənd təsərrüfatında aşağı karbonlu texnologiyaların tətbiqi və yaşıl investisiyaların cəlb olunması üçün yeni imkanlar yaradacaq. İnanıram ki, bugünki tədbir çərçivəsində müzakirə ediləcək mövzular, o cümlədən dövlət və özəl sektorun əməkdaşlığı, gələcəkdə iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət daşıyacaq”, – deyə o qeyd edib.
Daha çox“İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimi baş tutur
2 may tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimi baş tutur. SİA xəbər verir ki, Forum “Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”, “Nəqliyyat infrasturukturunda davamlı həllər media müstəvisində”, “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” mövzularında panel sessiyalarla davam edəcək.
Daha çoxAzərbaycan neftinin qiyməti 64 dollardan aşağı düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,37 ABŞ dolları, yaxud 2,1 % azalaraq 63,76 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 61,54 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,34 ABŞ dolları və ya 2,1 % azalaraq 62,06 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxƏmtəə bazarlarında qızıl yenidən bahalaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,19% artaraq 3 260,4 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 1,2% artaraq 32,86 ABŞ dollarına bərabər olub.
Daha çoxNyu-York birjasında təbii qazın qiyməti azalıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, iyunda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,15% azalaraq 3,44 ABŞ dolları təşkil edib.
Daha çoxPakistanda ağır qəza olub
Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində avtomobilin dərəyə aşması nəticəsində uşaqlar da daxil olmaqla 8 nəfər həlak olub. Bu barədə SİA “Dawn” qəzetinə istinadən xəbər verir. Məlumata görə, qəza nəticəsində dörd uşaq və eyni sayda böyük ölüb. Ölənlərin hamısının bir ailənin üzvləri olduğu qeyd edilir. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Daha çoxRubio yeni vəzifəyə təyin edildi
Dövlət katibi Marko Rubio müvəqqəti olaraq ABŞ prezidenin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edəcək və bu vəzifəni tərk edən Mayk Uoltsı əvəz edəcək. SİA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib. “Dövlət katibi Marko Rubio eyni anda həm Dövlət Departamentinə rəhbərlik edəcək, həm də milli təhlükəsizlik üzrə müşavirin səlahiyyətlərini icra edəcək”, – Amerika lideri “Truth Social” sosial şəbəkəsindəki hesabında bildirib. Amerika lideri qeyd edib ki, Uolts ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd kimi təsdiq olunmaq üçün irəli sürülüb.
Daha çox