Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində avtomobilin dərəyə aşması nəticəsində uşaqlar da daxil olmaqla 8 nəfər həlak olub. Bu barədə SİA “Dawn” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, qəza nəticəsində dörd uşaq və eyni sayda böyük ölüb. Ölənlərin hamısının bir ailənin üzvləri olduğu qeyd edilir.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.