Dövlət katibi Marko Rubio müvəqqəti olaraq ABŞ prezidenin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edəcək və bu vəzifəni tərk edən Mayk Uoltsı əvəz edəcək. SİA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib. “Dövlət katibi Marko Rubio eyni anda həm Dövlət Departamentinə rəhbərlik edəcək, həm də milli təhlükəsizlik üzrə müşavirin səlahiyyətlərini icra edəcək”, – Amerika lideri “Truth Social” sosial şəbəkəsindəki hesabında bildirib. Amerika lideri qeyd edib ki, Uolts ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd kimi təsdiq olunmaq üçün irəli sürülüb.