Prezident İlham Əliyev Patriarx Kirill ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər. SİA xəbər verir ki, görüşdən sonra Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim etdi. Qeyd edək ki, Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfəyə görə Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.

Daha çox

Hindistanın müdafiə naziri Moskvaya, Qələbə paradına gəlməyəcək…

Hindistanın müdafiə naziri Pandjat Sinq Qələbənin 80-ci ildönümü ilə əlaqədar Moskvada keçiriləcək paradda iştirak etməyəcək. SİA xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb. Qeyd olunur ki, çox güman ki, Sinq mayın 9-da Rusiyaya gəlməyəcək. Bunun əvəzinə bayramda onun müavini Sanjay Set iştirak edə bilər. Məlumdur ki, Hindistanın baş naziri Narendra Modinin əvvəlcə bayramda iştirak etməli olduğu, lakin o, getməkdən imtina etdiyi məlum olub. Onun imtinası Hindistan və Pakistan arasındakı gərgin münasibətlərlə bağlıdır. Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski mayın 9-da Moskvada dünya liderlərinə mümkün təhlükə barədə xəbərdarlıq edib.…

Daha çox

“Biz əməkdaşlığımızı daha irəli nöqtələrə aparmaq istiqamətində məsuliyyət daşıyırıq”

“Mərhum İsmayıl bəy Qaspıralının Türk dünyası ilə bağlı fikirləri bizim hər birimiz üçün mayak rolunu oynayır”. SİA xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türkçülük Günü münasibətilə Bakıda təşkil olunan “Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi’’ adlı panel iclasına videomüraciətində deyib. O bu toplantının Türk dünyasının firavanlığı naminə uğurlu olmasını arzulayıb: “Türk dünyası ölkələri olaraq biz əməkdaşlığımızı daha irəli nöqtələrə aparmaq istiqamətində məsuliyyət daşıyırıq. Dildə birlik əlaqələrimizi və qarşılıqlı anlaşmanı gücləndirmək, bu dilin daşıyıcısı olan nəsilləri…

Daha çox

Ukrayna məktəbləri dövlət dilində ünsiyyətin yoxlanılmasına başlayır

…Dil ombudsmanı Taras Kremen bildirib ki, Ukrayna məktəblərində dövlət dilində ünsiyyətin yoxlanılmasına başlanılıb. SİA-nın məlumatına görə, müvafiq nəşr onun saytında dərc olunub. Hesabatda bildirilir ki, tədris prosesində dövlət dilinin tətbiqinin təmin edilməsi üzrə monitorinq tədqiqatının üçüncü mərhələsi aprelin 28-dən başlayıb. Eyni zamanda, ombudsman bütün sahələrdə ünsiyyət üçün Ukrayna dilinin seçilməli olduğunu bildirib. …Ukrayna dili təkcə dərslərdə deyil, həm də fasilələrdə, valideyn-müəllim iclaslarında, kitabxanada, idman zalında və bomba sığınacağında eşidilməlidir. Bu, hər yerdə olmalıdır, – Kremne qeyd edib. 2024-cü ilin iyununda Taras Kremen həmçinin bəyan edib ki, Ukraynada ərazi çağırış mərkəzlərinin…

Daha çox

DOST RİM növbəti dəfə beynəlxalq müsabiqənin qalibi seçilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) Sinqapurun “World Business Outlook” onlayn jurnalının təşkil etdiyi müsabiqədə 2025-ci il üçün “Avropanın ən yaxşı rəqəmsal mərkəzi” mükafatına layiq görülüb. SİA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, DOST RİM müxtəlif ölkələrin aparıcı qurumları, həmçinin qlobal şirkətlərin iştirak etdiyi müsabiqədə qaliblər siyahısında yer alıb. Qeyd edək ki, “World Business Outlook” jurnalı tərəfindən hər il keçirilən müsabiqə biznes və maliyyə sahəsində üstün performans, innovasiya və mükəmməlliyi ilə seçilən təşkilatları və fərdləri mükafatlandırır.

Daha çox

“TDT beynəlxalq aləmdə əməkdaşlıq və həmrəyliyi təşviq edən platformadır”

Birol Akgün: 1926-cı il qurultayının 100 illiyini Türk dünyasının ortaq əlifbası ilə qeyd etməyi səbirsizliklə gözləyirik Türk Dövlətləri Təşkilatı (TDT) sadəcə regional platforma deyil, eyni zamanda, həmrəyliyin bir təzahürüdür. TDT beynəlxalq aləmdə əməkdaşlığı və həmrəyliyi təşviq edən platformadır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün “Dildə, fikirdə, əməldə birlik – Türk dünyasının gələcəyi” mövzusunda keçirilən panel iclasdakı çıxışında bildirib. “Siyasi həmrəylik, enerji təhlükəsizliyi, elm, mədəni diplomatiya sahəsində ortaq əməkdaşlıqlar üzərində çalışırıq. Biz sülhün, qarşılıqlı etimadın bərqərar edildiyi bölgə qurmağı hədəfləyirik. Elm…

Daha çox

Ukrayna Amerikanın hava hücumundan müdafiə sistemləri ala bilər

resurs müqaviləsi çərçivəsində… Ukraynanın mineral ehtiyatlarına dair razılaşma Amerikanın hava hücumundan müdafiə sistemlərinin Ukraynaya yeni tədarükünə yol aça bilər. SİA-nın məlumatına görə, “Ukrinform” xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski media ilə söhbətində danışıb. Onun sözlərinə görə, iki prezidentin Vatikanda keçirilən qısa görüşü zamanı zenit sistemlərinin tədarükü məsələsi müzakirə mövzularından biri olub. Zelenskinin sözlərinə görə, Tramp Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi istiqamətində işləməyə hazır olduğunu bildirib. …Hesab edirəm ki, birgə investisiya fondu və faydalı qazıntılar haqqında sazişin özü bizə gələcək ABŞ investisiyalarını qorumaq imkanı…

Daha çox

“Türk dünyası Qarabağın azad edildiyi dövrdə böyük bir mənəvi birlik nümayiş etdirdi”

Türk Dövlətləri Təşkilatı (TDT) nəzdində türk dünyası odasının yaradılmasına ehtiyac var. SİA xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Akif Aşırlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türkçülük Günü münasibətilə keçirilən “Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi’’ adlı panel iclasında deyib. O qeyd edib ki, bu qurumun təsisi Suriya, Cənubi Azərbaycan, Dərbənd türklərini də bir yerə toplamaq, onların problemlərini işıqlandırmaq baxımından önəmlidir. Qazaxıstan Türk Akademiyasının direktor müavini Asxat Kessikbayel isə çıxışı zamanı ilk olaraq çalışdığı müəssisənin fəaliyyətindən söz açaraq Türk Akademiyasının türk dövlətlərinin elmi mərkəzləri…

Daha çox

Peskov Putinin may bayramları zamanı sıx iş qrafikini açıqlayıb

Rusiya prezidenti Vladimir Putin mayın 7-dən 10-a kimi gərgin iş günlərini planlaşdırır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib. …Mən sizə deyə bilərəm ki, bizdə 7, 8, 9 və 10 may – çox gərgin, hətta deyərdim ki, günlər deyil, dörd gündür. Bunu Kremlin sözçüsü bildirib. Peskov qeyd edib ki, bu günlərdə Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlər, həmçinin xarici qonaqların səfərləri gözlənilir. Lakin gələn həftənin əvvəlində ətraflı açıqlama veriləcək. Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Kremldə ABŞ dövlət katibi Marko…

Daha çox

“Türk dünyasının birliyini qorumaq hər birimizin borcudur…”

Türk dünyasını birləşdirən təkcə ortaq tarix deyil, həm də ümumi mənəvi dəyərlərdir. Bizim üçün hər bir türk yurdu eyni taleyi bölüşdüyümüz bir ana nəfəsi qədər doğmadır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva “Dildə, fikirdə, əməldə birlik – Türk dünyasının gələcəyi” mövzusunda panel iclasda bildirib. O qeyd edib ki, zaman-zaman türk xalqları bir-birindən ayrı salınmağa çalışılsa da, onlar tarixin bütün sınaqlarından üzüağ çıxmağı bacarıblar: “Çünki biz həm qılıncı, həm qələmi, həm də könülü ilə tarix yazan millətik. Nə…

Daha çox