Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycanın müdafiə nazirinin müavini Aqil Qurbanovu qəbul edib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Şimali Kipr Türk Respublikasında səfərdə olan milli müdafiə naziri Yaşar Güler “TEKNOFEST” ilə əlaqədar Lefkoşaya gələn qardaş Azərbaycanın müdafiə nazirinin müavini Aqil Qurbanovu qəbul edib”, – məlumatda bildirilib.
Daha çoxDay: May 3, 2025
Gürcüstan-Azərbaycan münasibətləri və tərəfdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib
Batumidə Acariya Muxtar Respublikasının hökumət sədri Sulxan Tamazaşvili Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ilə görüşüb. SİA xəbər verir ki, bu barədə məlumatı Acariya hökuməti yayıb. Görüşdə Batumidəki Baş konsul Fuad Əzizov da iştirak edib. Gürcüstan və Azərbaycan arasında mövcud ikitərəfli münasibətləri və tərəfdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edilib. Hökumət başçısı qonaqlara regionun turizm potensialı və hazırda həyata keçirilən infrastruktur layihələri barədə ətraflı məlumat verib. Bildirilib ki, bu tərəfdaşlıq mədəni, humanitar, iqtisadi və təhsil sahələrini də əhatə edir. F. Quliyev mədəniyyət naziri Elisso Bolkvadze ilə də görüşüb. Tərəflər Azərbaycan – Gürcüstan münasibətləri,…
Daha çoxİlham Əliyev Polşa Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev polşalı həmkarı Andjey Dudaya təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. İnanıram ki, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim xalqlarımızın maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm”.
Daha çoxAzərbaycan və Keniya XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib
Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Keniyaya səfər edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində Nayrobi şəhərində Azərbaycan XİN və Keniyanın Xarici və Diaspora İşləri Nazirliyi arasında ilk siyasi məsləhətləşmələr baş tutub. Nazir müavini Yalçın Rəfiyev və Keniya xarici və diaspora işləri nazirinin müavini Abraham Korir SingOeinin rəhbərliyi ilə keçirilən iclasda ikitərəfli siyasi, iqtisadi-ticarət, humanitar və parlamentlərarası əlaqələrin müsbət dinamikası, habelə beynəlxalq platformalarda əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Tərəflər iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından ötən 20 il ərzində formalaşan…
Daha çoxAzərbaycan və BƏƏ qarşılıqlı investisiyaların artırılmasını nəzərdən keçirib
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında qarşılıqlı investisiyaların artırılması imkanları nəzərdən keçirilib. SİA İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun BƏƏ-nin investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həsən Əl Suveydi ilə görüşündə aparlıb. Görüşdə Azərbaycanla BƏƏ arasında dostluq və qardaşlıq əlaqələri vurğulanıb, iqtisadi-ticarət tərəfdaşlığının genişləndiyi qeyd olunub. BƏƏ-nin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyaların əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizin əlverişli biznes mühiti, strateji coğrafi mövqeyi, zəngin resursları, həmçinin qeyri-neft sənayesinin sürətlə inkişafı investorlar üçün cəlbedici imkanlar…
Daha çoxŞuşa və Xocalıdakı kütləvi məzarlıqlar Ermənistanın insanlıq əleyhinə cinayətlərini bir daha təsdiqləyir
Dəfələrlə müraciətlər edilsə də, Ermənistan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etmir, otuz ildən artıq müddətdir əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumatları Azərbaycana təqdim etməkdən boyun qaçırır. SİA xəbər verir ki, bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şuşa və Xocalıda aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı yaydığı məlumatda bildirib. O qeyd edib ki, işğaldan azad edilmiş Şuşa şəhərinin yaxınlığında və Əsgəran-Xocalı yolunun üzərində aprel ayında aparılmış qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb. Həmin məzarlıqlarda aşkar edilmiş insan qalıqlarının mülki şəxslərə aid olduğu ehtimal edilir.…
Daha çoxXİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edib
XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edib
Daha çoxABŞ bilərəkdən Ukraynanı qurban verdi…
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Ralf Qoffun fikrincə, əgər ABŞ 2022-ci ildə Ukrayna Silahlı Qüvvələrini silah və hərbi texnika ilə təmin etsəydi, Ukrayna Silahlı Qüvvələri münaqişənin ilkin mərhələsində Rusiya qoşunlarını dayandırardı. SİA-nın məlumatına görə, bu barədə “The Times” yazır. Onun sözlərinə görə, Vaşinqton bilərəkdən münaqişənin uzadılmasına yönəlmiş fərqli strategiya seçib. …Əgər biz o vaxt ukraynalıları lazımi silahlarla təmin etsəydik, onlar rusları ölkədən çıxara bilərdilər. Bu baş vermədi. Bu, bu gün şahidi olduğumuz daha uzun, daha uzun sürən, daha amansız münaqişə üçün zəmin yaratdı… Onun sözlərinə görə, ABŞ-ın əvvəlki administrasiyası…
Daha çoxDYP həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib. SİA xəbər verir ki, müraciətdə hazırda ölkənin dağlıq və dağətəyi rayonlarında hökm sürən yağışlı havanın yol hərəkəti təhlükəsizliyi baxımından əlverişsiz hesab olunduğu qeyd olunub. “Xüsusilə, gecə və səhər saatlarında müşahidə edilən dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, bu bölgələrə səfər edən sürücülər zəruri ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar. Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin…
Daha çoxVüqar Oruc yenidən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçilib
Vüqar Oruc yenidən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçilib. SİA xəbər verir ki, AQC-nin 8-ci Hesabat-Seçki Konfransı baş tutub. Konfrans çərçivəsində Cəmiyyətin İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvlüyünə seçkilər keçirilib Səsvermə nəticəsində Vüqar Oruc növbəti dəfə AQC-nin idarə heyətinin sədri seçilib. Eyni zamanda Fərid Rüstəmov, Azər Niftiyev, Nail Həşimov, İbrahim Quliyev, Orxan Həsənov, Asif Yusubov, Xətai Teymurov, Rüfət Əliyev, Samir Nəsibov, Eldar Təhməzov AQC-nin idarə heyətinin üzvləri təyin olunub. Namiq Məmmədov, Emin Novruzov, Tural Bağırov isə Nəzarət-Təftiş Komissiyasının üzvləri seçiliblər. Qeyd edək ki, bundan öncə 2022-ci ildə keçirilən AQC-nin 7-ci Hesabat-Seçki…
Daha çox