“Kərəyağının bahalaşmasının əsas ənənəvi səbəbi ondan ibarətdir ki, Azərbaycanda kərəyağı istehsalı yerli tələbatın heç 10–15 faizini belə ödəmir. Ölkənin daxili tələbatını əsasən idxal məhsulları qarşılayır. İdxal məhsullarını, o cümlədən kərəyağını ölkəyə gətirən şirkətlər isə əsasən inhisarçı şirkətlərdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. Akif Nəsirli sözlərinə belə davam edib: “Bir tərəfdən ölkə daxilində kərəyağı qıtlığı yaşanır, digər tərəfdən isə idxalçılar inhisarçıdır. Buna görə də o idxalçılar, əsaslı səbəb olmadan, yalnız öz mənfəətlərini və gəlirlərini artırmaq məqsədilə kərəyağının qiymətini bahalaşdıra bilirlər. Yəni bu gün Azərbaycanın daxili bazarı kərəyağı…
Daha çoxDay: May 3, 2025
“Türkiyəni təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevirəcəyik”
İstanbulda Təbii Sərvətlər Zirvəsi (INRES 2025) keçirilir. Sammitdə enerji və resurs təhlükəsizliyi sahəsində inkişaf edən qlobal və regional dinamika, enerji transformasiyası çərçivəsində kritik minerallar və karbohidrogenlər, transformasiya dövründə maliyyələşdirmə modelləri və investisiya strategiyaları müzakirə olunur. SİA yerli mənbələrə istinadən xəbər verir ki, sammitdə ölkəmizi energetika naziri Pərviz Şahbazov təmsil edir. Zirvədə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə təbii sərvətləri, coğrafi mövqeyi və karbohidrogen ehtiyatlarına yaxınlığı ilə qlobal enerji bərabərliyində strateji yer tutur: “Biz əsas tranzit marşrutu olaraq təchizat təhlükəsizliyinə mühüm töhfələr verən ölkəyik. Türkiyənin enerji təhlükəsizliyi birbaşa…
Daha çox230-dan çox kimyəvi-toksiki maddənin idxalı və istifadəsi qadağan edilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarlarla birlikdə ölkə ərazisində toksiki maddələrin qadağa siyahısını hazırlayıb. SİA xəbər verir ki, bunu AQTA-nın sədr müavini Balarəhim Quliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. Onun sözlərinə görə, siyahı Nazirlər Kabinetinin qərarı ilə qüvvəyə minib, 230-dan artıq kimyəvi-toksiki maddənin ölkəyə idxalı və istifadəsi qadağan edilib. “Müxtəlif dövlət qurumlarının iştirakı ilə Azərbaycan ərazisində Sovet dövründən qalmış pestisidlərin 14 məntəqədə qəbirstanlığını aşkar etmişik. Artıq 2 məntəqədə – Ağstafa və Beyləqan rayonlarında çirklənməni aradan qaldırmışıq”, – deyə AQTA rəsmisi əlavə edib.
Daha çoxZaxarova Trampın bəyanatına cavab verib…
ABŞ-ın nasizm üzərində qələbəyə ən böyük töhfəsi ilə bağlı… Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltin hazırkı lideri Donald Trampın ABŞ-ın nasizm üzərində qələbəyə həlledici töhfəsi barədə sözlərinə cavab olaraq deyib. SİA-nın məlumatına görə, bu barədə diplomat öz Telegram kanalında yazıb. Ruzveltin 28 aprel 1942-ci il tarixli Fireside Chats radio müraciətindən sitat gətirdi: “Rusiya qoşunları Birləşmiş Millətlər Təşkilatının birləşdiyindən daha çox ümumi düşmənimizin qoşunlarını, təyyarələrini, tanklarını və silahlarını məhv etdi və məhv etməyə davam edir”. Bundan əvvəl Tramp Truth Social sosial şəbəkəsindəki…
Daha çoxİntellektual cəmiyyət və hibrid müharibələrə qarşı ictimai mübarizə
Nizami rayon sosial-ictimai maarifləndirmə ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “İntellektual cəmiyyət və hibrid müharibələrə qarşı ictimai mübarizə” adlı layihənin icrasına start verib. SİA xəbər verir ki, İctimai Birlikdən verilən məlumata görə, layihənin məqsədini gənc nəsli yad ideoloji təsirlərdən qorumaq, onların hibrid müharibələrin qurbanı olması tendensiyasından uzaqlaşdırmaq, qlobal transformasiyanın mahiyyətini anlamaq, eyni zamanda sürətlə inkişaf edən texnoloji biliklərə yiyələnmək, idarəolunan obyekt qismindən idarəedən subyektə çevrilmə imkanlarını üzə çıxarmaq təşkil edir. Layihənin reallaşdırılması ilə gənclərin həm qorunması, həm maarifləndirilməsi, həm də savadlılıqlarının artırılması və texnoloji bacarıqlarının…
Daha çoxGürcüstan DTX “İslam Dövləti” terror təşkilatının bir üzvünü saxlayıb
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində Rustavi şəhərində İnterpol xətti ilə axtarışda olan xarici ölkə vətəndaşı saxlanılıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bununla bağlı Gürcüstan DTX məlumat yayıb. Bildirilir ki, araşdırma zamanı saxlanılan şəxsin 2014-cü ildə Yaxın Şərqə getdiyi və “İslam Dövləti” terror təşkilatının sıralarına qoşulduğu müəyyən edilib. Saxlanılan şəxs döyüş əməliyyatlarında təcrübəyə malikdir və partlayıcı qurğular üzrə yüksəksəviyyəli mütəxəssisdir. “Sözügedən şəxs terror təşkilatında xüsusilə mühüm fəaliyyətə görə məsuliyyət daşıyırdı. Axtarış nəticəsində şübhəlinin evindən müxtəlif dəlillər və elektron məlumat daşıyıcıları götürülüb. Terrorla Mübarizə…
Daha çoxAzərbaycan fintexlərinin I rübdəki fəaliyyətinin nəticələri müzakirə olunub
Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə görüşüb. SİA AMB-yə istinadən xəbər verir ki, görüşdə bu ilin I rübü üzrə fintex ekosistemini təmsil edən təşkilatların fəaliyyətinin nəticələri və inkişaf prioritetləri geniş müzakirə olunub, ödəniş xidməti təchizatçıları üzrə risk əsaslı nəzarət çərçivəsinin yaradılması və ödənişlərin təhlükəsizliyinin təmin edilməsi kimi təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş sektorun inkişafı üçün önəmli olan məsələlərin müzakirəsi ilə davam edib.
Daha çoxBoliviyada itən yüngül təyyarə tapılıb…
Boliviyada göyərtəsində biri uşaq olmaqla 5 nəfərin olduğu itmiş yüngül təyyarə tapılıb. SİA xəbər verir ki, bu barədə Beni departamentinin təcili yardım mərkəzinin rəhbəri Uilyam Avaloya istinadən Deber nəşri məlumat yayıb. Təyyarə bir qrup balıqçı tərəfindən aşkar edilib. Onlar Beni departamentindəki İqnasio Muiba körpüsünün yaxınlığında kömək çağırışları eşidiblər. Sərnişinlər xəstəxanaya yerləşdirilib. Bundan əvvəl Boliviya prezidenti Luis Arse yüngül mühərrikli təyyarənin itməsi ilə bağlı axtarış-xilasetmə əməliyyatına göstəriş verib. …Fevralın əvvəlində Moskva vilayətində Myaçkovo aerodromunun yaxınlığında yüngül təyyarə qəzaya uğrayıb. Qeyd olunub ki, P-2002 Sierra təlim uçuşu həyata keçirirdi. Təyyarədə kursant və…
Daha çoxAzərbaycanda quşçuluq üzrə sığorta mexanizmi bu ilin sonuna qədər hazır olacaq
Azərbaycanda quşçuluq sahəsində sığorta mexanizminin yaradılması istiqamətində işlər aparılır və bu məhsulun bu ilin sonuna qədər fermerlərə təqdim olunması nəzərdə tutulur. SİA xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. Onun sözlərinə görə, bu məsələni “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənov qaldırıb: “Bu gün Mürvət müəllim təklif etdi ki, niyə quşçuluq təsərrüfatlarının sığortalanmasına hələ başlanılmayıb. Biz də söz verdik ki, ilin sonuna qədər bu məhsulu tətbiq edib fermerlərə təqdim edək”. Fond sədri…
Daha çoxBMT Rusiya hərbi əsirlərinə işgəncə verilməsindən narahatdır..?
Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə Qarşı Komitəsi Ukraynada əsir götürülmüş ruslara qarşı qanunsuz hərəkətlər barədə məlumatlardan narahatlığını bildirib. Komitə üzvləri hərbi əsirlərlə bağlı vəziyyətə həsr olunmuş məruzədə öz mövqelərini bildiriblər. …Komitə Ukrayna silahlı qüvvələri və hərbi polisi tərəfindən Rusiya hərbi əsirlərinin törədildiyi iddia edilən cinsi zorakılıq, pis rəftar, təhdid, təhqir və qanunsuz öldürülmə də daxil olmaqla işgəncə iddialarından narahatdır. Təbii ki, SİA bunu rus saytlarına istinadən xəbər verir. …Onlar əlavə ediblər ki, Ukraynanın özü qeyri-rəsmi işgəncə saytlarının mövcudluğunu inkar edir. Bununla belə, BMT həmçinin Kiyevi işgəncə və ya qəddar rəftar nəticəsində…
Daha çox