Ukrayna Prezidenti Volodimir Zelenski döyüş aviasiyası ilə bağlı iclas keçirib. Xüsusilə, əlavə F-16 qırıcılarının gələcək tədarükləri müzakirə edilib. SİA xəbər verir ki, bu barədə Zelenski teleqram sosial səhifəsində yazıb. Prezidentin sözlərinə görə, görüş zamanı əsas məsələ Ukraynanın hərbi aviasiya donanmasının inkişafı olub. “Bütün əsas məsələlər – F-16-lar, artıq Ukraynadadır. Yaxın gələcəkdə gözlədiyimiz F-16-lar var. Hərbi aviasiyamızı daha effektiv hazırlamağa və istifadə etməyə kömək edəcək sistemli həllər var”, – deyə dövlət başçısı əlavə edib. Zelenski Ukraynanın səmada fəaliyyətini gücləndirən hər kəsə təşəkkür edib.
Xatırladaq ki, Ukrayna öz tərəfdaşlarından ilk F-16 qırıcılarını yalnız ötən ilin yayında almağa başlayıb. Bu təyyarələrdən neçəsinin artıq Ukraynaya çatdırıldığı barədə məlumat açıqlanmayıb.