…Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri nüvə müharibəsindən sağ çıxa biləcək 5 ölkəni müəyyənləşdiriblər. Yaşamağın açarı kənd təsərrüfatını saxlamaq olacaq.
SİA xəbər verir ki, “Risk Analysis” jurnalında dərc olunan bir məqaləyə görə, nüvə müharibəsi başlasa, 150 teraqramdan çox his Yer atmosferinə daxil olacaq, kənd təsərrüfatını 80 faiz azaldacaq və şimal yarımkürəsi demək olar ki, tamamilə məhv olacaq.
Yeni Zelandiya, Avstraliya, İslandiya, Vanuatu və Solomon adalarının sağ qalmaq şansı ən yüksək olacaq – onlar ekstremal şəraitdə belə qidalanmaq üçün kifayət qədər kənd təsərrüfatı məhsullarına malik olacaqlar.
Nazlı Almuradova