ABŞ prezidenti Donald Tramp üçüncü dəfə prezidentliyə namizəd olmaq niyyətində olmadığını açıqlayıb.
SİA-nın məlumatına görə, o, bu barədə NBC News-a müsahibəsində bildirib.
Tramp qeyd edib ki, tərəfdarları onu üçüncü dəfə prezidentliyə namizəd olmağa çağırsalar da, o, bunu planlaşdırmır.
…Səkkiz il, iki müddət prezident olacağam. Mən bunu həmişə çox vacib hesab etmişəm. Mən dörd gözəl il keçirəcəyəm və sonra onu başqasına, ideal olaraq böyük respublikaçıya təhvil edəcəyəm.
Telekanal ABŞ prezidentinin sözlərindən sitat gətirir. Bununla belə, Tramp daha əvvəl üçüncü prezidentlik müddətinə namizəd olmaqdan danışarkən “zarafat etmədiyini” demişdi.
Əli Babayev