Azercell-dən“Bahar”kampaniyası
Daha çoxDay: May 6, 2025
Fərid Şəfiyev İrana səfər edəcək
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev İrana səfər edəcək. SİA xəbər verir ki, o, bu barədə İranın xarici işlər nazirinin müavini, Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Səid Xətibzadə Bakıda keçirilən tədbirdə məlumat verib. Onun sözlərinə görə, İranla Azərbaycanın təmaslarının daimi olacağına inanır: “Çünki iki ölkə arasında möhkəm əlaqələr var. Amma sirr deyil ki, vaxtaşırı problemlər də ortaya çıxır. Bundan çıxış yolu isə yaxşı qonşuluq siyasəti tələb edir”. F.Şəfiyev bildirib ki, İran Prezidentinin Azərbaycana səfəri uğurlu oldu: “İki dövlət arasındakı münasibətlər yeni mərhələyə keçir. Biz…
Daha çoxAzercell və ADA Universiteti Fondunun tərəfdaşlığı çərçivəsində “TechFront” akademiya-sənaye görüşü keçirildi
Azercell və ADA Universiteti Fondunun (ADAF) tərəfdaşlığı ilə “TechFront: Texnologiyanın Sərhədlərini Kəşf Et” mövzusunda Akademiya-Sənaye görüşü baş tutdu. Tədbir çərçivəsində süni intellekt, proqram mühəndisliyi və kibertəhlükəsizlik sahələrindəki son tendensiyalar gündəmə gətirildi. Eyni zamanda, tədbir gənc startap və texnologiya mütəxəssislərinbilik mübadiləsi üçün effektiv platforma rolunu oynadı. “Risklər və təhlükəsizlik tədbirləri: Gələcəyi necə qoruyaq?” mövzusuna həsr olunmuş paneldə Azercell-in Məlumat Təhlükəsizliyi və İnsidentlərin İdarə Edilməsi bölməsinin rəhbəri Elnur Quluzadə və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin rəhbəri Samir Fətəliyev forum iştirakçılarını rəqəmsal təhlükəsizlik mədəniyyəti, informasiya sistemlərinin davamlılığı və qabaqlayıcı təhlükəsizlik tədbirləri barədə maarifləndirdilər. “Gələcəyə baxış:…
Daha çoxAzərbaycan ICD ilə islam maliyyəsi alətlərinin tətbiqini müzakirə edib
Azərbaycan və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında ölkədə islam maliyyəsi alətlərinin tətbiqi və onun maliyyələşmə mənbələrinin diversifikasiyasındakı rolu müzakirə edilib. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, müzakirələr qurumun sədr müavini Əli Əhmədovun ICD-nin baş investisiya direktoru və bankçılıq departamentinin baş meneceri Bahaaledin Kirimlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə baş tutub. Görüşdə əməkdaşlıq perspektivləri də müzakirə olunub.
Daha çoxATƏT PA-nın İpək Yolu Qrupu Budva Bəyannaməsini qəbul etdi
Budva, Monteneqro – 5-7 may 2025 Xəbər verdiyimiz kimi, 5 may 2025-ci il tarixində Monteneqronun Budva şəhərində ATƏT Parlament Assambleyasının (ATƏT PA) İpək Yolu Qrupu və Monteneqro Parlamenti tərəfindən birgə təşkil olunan 5-ci Beynəlxalq Konfrans işə başlayıb. SİA xəbər verir ki, “Qitələr Arasında Körpü Qurmaq: Davamlı Turizm, Təmiz Enerji və Ekoloji Tarazlıqla Dayanıqlı Gələcək” mövzusunda keçirilən konfransda Monteneqro Parlamentinin Prezidenti Andrija Mandić, Məkan Planlaşdırılması, Urbanizasiya və Dövlət Əmlakı naziri Slaven Radunović, Turizm naziri Simonida Kordić, Dənizçilik naziri Filip Radulović, ATƏT PA-nın Baş katibi Roberto Montella, ATƏT-in İqtisadi və Ətraf Mühit…
Daha çoxMoskvada silsilə partlayışlar baş verib…
Moskvada silsilə partlayışlar baş verib…
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
Mayın 5-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,24% – 41,218.83 bəndədək, S&P 500 indeksi 0,64% – 5,650.38 bəndədək, Nasdaq indeksi isə 0.74% – 17,844.24 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 5-də FTSE 100 indeksi 1.17% – 8,596.35 bəndədək, Almaniyanın DAX indeksi 1.12% – 23,344.54 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0,55% – 7,727.93bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.06% artaraq 1.1322 dollar təşkil edib.
Daha çoxTrampın bu planı Hollivud üçün fəlakət olacaq
ABŞ prezidenti Donald Trampın xaricdə çəkilən filmlərə rüsum tətbiq etməklə bağlı hədəsi Amerika kino sənayesinə zərbə vura bilər. SİA xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Nəşr yazır: “Amerika kino sənayesi və teatr zəncirləri ağır zərbə alacaq, studiyalar daha yüksək xərclər çəkməli olacaqlar və istehlakçılar potensial olaraq daha yüksək bilet qiymətləri ilə üzləşəcəklər”. Bilidirilib ki, Trampın planları Böyük Britaniya, Kanada və Avstraliyadakı Hollivud istehsal mərkəzləri üçün də fəlakətli ola bilər. Tramp administrasiyası bu yaxınlarda yerli kino sənayesinə dəstək verdiyini əsas gətirərək xarici filmlərə 100 faiz gömrük rüsumunun tətbiq…
Daha çoxBakının bir sıra yollarında tıxac müşahidə edilir
Bakının bir sıra yollarında tıxac müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə…
Daha çoxQazaxıstan Rusiyaya Volqa çayının axınının birgə tənzimləməyi təklif edəcək
Bu ilin üçüncü rübündə Qazaxıstan Rusiyaya Volqa çayının tənzimlənməsi məsələləri üzrə birgə işçi qrupunu yaratmağı təklif edəcək. SİA “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın su təsərrüfatı və irriqasiya nazirinin birinci müavini Bolat Bekniyaz bildirib. “Təəssüf ki, Volqa transsərhəd çaylarına aid deyil. Rusiya ilə yalnız Jayık çayı və digər çaylar üzrə sazişlər bağlaya bilərik, xüsusi işçi qruplar var. Volqaya gəlincə, o, həqiqətən də suyun 80 faizini Xəzər dənizinə verir. Biz Rusiya tərəfinə Volqa çayı üzrə birgə işçi qrup yaratmağı və ondan sonra bu işçi qrup çərçivəsində işləməyi təklif etmək…
Daha çox