Dubayda 24-cü beynəlxalq Hava Limanları Sərgisi başlayır

Mayın 6-da Dubayda 24-cü beynəlxalq Hava Limanları Sərgisi başlayır. Tədbirdə aviasiya sektorunun mütəxəssisləri, hava limanı operatorları və bu sektorun digər nümayəndələri ilə yanaşı, yüksəksəviyyəli hökumət rəsmiləri də iştirak edəcək. SİA xəbər verir ki, mayın 8-dək davam edəcək tədbirə otuzdan çox ölkədən 6 mindən çox nümayəndə qatılacaq. Yaxın Şərq, Afrika və Cənubi Asiya regionlarında hava limanları sektoru üçün böyük biznes platforması sayılan sərgi hava limanlarının gələcəyini formalaşdıran yeniliklər və texnologiyalar, o cümlədən sərnişin təcrübəsinin yaxşılaşdırılması, hava limanlarında nəqliyyatın idarə olunması, karbon emissiyalarının azaldılması və davamlılıq, rəqəmsal transformasiya sahələrində innovasiyalarla tanışlıq imkanı…

Daha çox

Böyük Britaniyanın Aİ-nin cinayət və qeyri-qanuni miqrasiya məlumat bazalarına çıxış tələbi rədd edilib

Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) cinayət və qeyri-qanuni miqrasiya ilə bağlı ortaq məlumat bazalarına çıxış əldə etmək istəyi rədd olunub. SİA “The Times”a istinadla xəbər verir ki, Britaniya danışıqlar çərçivəsində Şengen zonasında polis xəbərdarlıqlarının paylaşılması üçün əsas alət sayılan Şengen Məlumat Sisteminə (SIS) çıxış əldə etməyə ümid edirdi. Qəzetin məlumatına görə, Aİ rəsmiləri Böyük Britaniyaya bu sistemə və qeyri-qanuni miqrantların barmaq izi məlumatlarının toplandığı mərkəzləşdirilmiş “Eurodac” bazasına çıxış vermək niyyətində olmadıqlarını bildiriblər. Bu qərar Baş nazir Kir Starmerin “Brexit”dən sonra Aİ ilə münasibətləri yenidən qurmaq və sığınacaq müraciətlərinin sayını azaltmaq…

Daha çox

Olaf Şoltsun Kansler kimi fəaliyyəti başa çatdı

Almaniyanın Federal Kansleri Olaf Şoltsun bu vəzifədə fəaliyyətinin başa çatması ilə əlaqədar Berlində vida mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Bundestaqın sədri Yuliya Klökner, dövlət və hökumət rəsmiləri, parlamentin deputatları iştirak ediblər. Berlindəki “Bendlerblok” kompleksində təşkil olunan mərasimdə çıxış edən Olaf Şolts qarşıdan gələn hökumət dəyişikliyini “demokratik normanın ifadəsi” kimi dəyərləndirib. “Almaniyaya onun Federal Kansleri kimi xidmət etmək həyatımın ən böyük şərəfi idi və bu, belə də da qalacaq”, – deyən Olaf Şolts yeni hökumətin sivil, kollegial və ləyaqətli şəkildə hakimiyyətə keçməsini yüksək qiymətləndirib, gələcək…

Daha çox

İsrail Hizbullahın strateji silah anbarını vurdu

İsrail Müdafiə Qüvvələri Livanın Bekaa bölgəsində Hizbullah hərəkatının strateji silah istehsalı obyektinə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, İsrail ordusu Hizbullahın ərazidə öz mövcudluğunu və fəaliyyətini bərpa etmək cəhdlərini müəyyən edib. Bundan əlavə, Livanın cənubundakı Şrifa bölgəsində Hizbullahın digər hərbi hədəflərinə də zərbələr endirilib.

Daha çox

Ermənistan sərhədində yük daşımaları dayandırıldı

Ermənistan-Gürcüstan sərhədindəki Qoqavan-Ququt keçid məntəqəsindən ağır yük avtomobillərinin hərəkəti dayandırılıb. SİA xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat verib. Məlumata görə, Gürcüstan tərəfində kabelin zədələnməsi səbəbindən ərazidə internet xidməti kəsilib, keçid məntəqəsi bir müddət işləməyəcək. Komitə kommunikasiyalar bərpa olunmayana qədər bu keçid məntəqəsindən ağır maşınların hərəkətinə icazə verilməyəcəyini bəyan edib.

Daha çox

Tərəflər arasında hərbi təhsil sahəsində əməkdaşlıq inkişaf edir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə Milli Müdafiə universitetləri arasında keçiriləcək Yüksək Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan qardaş ölkənin Milli Müdafiə Universitetinin (MMU) rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, xatirələrinə ehtiram nümayiş etdiriblər. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini…

Daha çox

Qərbdə yeniyetmə və gənclər getdikcə daha çox terrora üz tuturlar..?

…Jurnalistlərin məlumatına görə, Avropa hüquq-mühafizə orqanları artıq terror aktı hazırlamaqda ittiham olunan onlarla yeniyetməni saxlayıb. Cinayətkarların yaşı onları müəyyən etməyi və izləməyi getdikcə çətinləşdirir. SİA-nın məlumatına görə, bununla bağlı məqalə dərc edən “The Wall Street Journal”, Avropanın səlahiyyətliləri və hüquq-mühafizə orqanlarının terrorçuların izinə düşməsinin getdikcə çətinləşdiyini, çünki onların getdikcə daha çox gənclər və hətta yeniyetmələr olduğunu söyləyib. İddia olunur ki, bir neçə ay ərzində Avropa İttifaqının müxtəlif ölkələrində ticarət mərkəzlərində, dini qurumlarda və çoxlu sayda insanın toplaşdığı digər yerlərdə terror aktları hazırlamaqda şübhəli bilinərək, yaşı 14-dən yuxarı olan onlarla azyaşlı…

Daha çox

“Andriya Mandiç ilə Budvada səmərəli görüş keçirməkdən məmnun oldum”

“Bu gün ATƏT PA-nın İpək Yolu Qrupunun sədri qismində Monteneqro Parlamentinin sədri cənab Andriya Mandiç ilə Budvada səmərəli görüş keçirməkdən məmnun oldum” . SİA xəbər verir ki, bu sözləri Azay Quliyev deyib. O bildirib ki, “Qitələri birləşdirərək: Dayanıqlı turizm, təmiz enerji və ekoloji tarazlıq naminə davamlı gələcəyin təşviqi” mövzusunda İpək Yolu Qrupunun 5-ci Beynəlxalq Parlament Konfransının yüksək səviyyədə təşkilinə görə Monteneqro Parlamentinə təşəkkürümü bildirdim: “ATƏT PA-nın Baş Katibi Roberto Montellanın da iştirak etdiyi görüşdə İpək Yolu Qrupu ilə Monteneqro Parlamenti arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları barədə faydalı fikir mübadiləsi…

Daha çox

Rumıniyanın Baş naziri istefa verdi – Hakim koalisiya dağılır

Rumıniyanın Baş naziri Marçel Çolaku hökumət başçısı vəzifəsindən istefa verdiyini bəyan edib. O, rəhbərlik etdiyi Sosial-Demokrat Partiyasının (SDP) hakim koalisiyadan çıxacağını da açıqlayıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Marçel Çolaku bu qərarı Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunun nəticələrindən sonra verdiyini bildirib. Onun sözlərinə görə, hakim koalisiyanın prezident seçkilərində öz namizədini irəli sürərək qalib gəlmək məqsədi həyata keçməyib. “Bir məqsəd yerinə yetirilməyibsə, deməli, koalisiya razılaşması tam şəkildə icra olunmayıb. Mən bu gün partiyama koalisiyadan çıxmağı təklif etdim. Əgər qəbul olunsa, dərhal prezidentə istefa ərizəmi təqdim edəcəyəm”, – deyə…

Daha çox

Cinayətkar ermənilərin məhkəməsi davam edir

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 5-də davam etdirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal…

Daha çox