“Rusiyanı ancaq qeyri-ənənəvi üsullarla məğlub etmək olar…”

Artıq doqquz aydır ki, cəbhənin bu hissəsində döyüşlər gedir… …Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Kursk vilayətindəki ukraynalı müdafiəçilərin mövqelərinə baş çəkərək, cəbhənin bu hissəsində əməliyyatın artıq 9 aydır ki, davam etdiyini bildirib. Telegram kanalında yazdığı mesajda o, Ukrayna Silahlı Qüvvələrinin orada məqsədlərinin çoxuna nail olduğunu bildirib. …Kursk vilayətində fəal hərəkətlərimiz sayəsində biz Sumı və Xarkov vilayətlərində düşmənin hücum kampaniyasının qarşısını ala bildik. Ukrayna Müdafiə Qüvvələrinin sərhədyanı ərazilərdə yaratdığı bufer zonası bu gün də aktuallığını qoruyub saxlayır. SİA-nın məlumatına görə, bunu yazan Sırskinin…

Daha çox

Bu gecə Bakıda meteor yağışı müşahidə ediləcək

Bu gecə Bakıda meteor yağışını müşahidə etmək mümkün olacaq. SİA xəbər verir ki, Eta-Akuariid meteor yağışının Bakıdan ən yaxşı müşahidə vaxtı saat 02:15-05:00 arası olacaq. Yağışın mənbəyi maksimumda Bakı üçün üfüqdən 29° hündürlükdə olacaq. İdeal şəraitdə gözlənilən meteor sayı saatda 40-a çatacaq. Bakıda isə bir saatda maksimum 19-20 meteor müşahidə edilə bilər. Eta-Akuariid meteor yağışı 2025-ci ildə gözlənilən ən gözəl təbiət hadisələrindən biridir. Qeyd edək ki, Eta-Akuariid meteor yağışı hər il Yerin Halley kometinin orbitində buraxdığı toz hissəciklərinin içindən keçməsi nəticəsində yaranır. Bu hissəciklər Yer atmosferinə daxil olduqda parlaq işıqlı…

Daha çox

Azərbaycan və Belarus arasında baytarlıq sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

Nazirlər Kabinetində Azərbaycanın Baş naziri Əli Əsədov ilə Belarusun Baş naziri Aleksandr Turçin arasında mayın 5-də geniştərkibli görüş çərçivəsində baytarlıq sahəsində əməkdaşlığa dair sənəd imzalanıb. SİA xəbər verir ki, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlığa dair 2025-2027-ci illər üçün Tədbirlər Planı” sənədini Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Belarusun kənd təsərrüfatı və ərzaq nazirinin birinci müavini Aleksandr Lomski imzalayıblar.

Daha çox

ABŞ-ın F-47 qırıcısı Çin və Rusiyaya meydan oxuyur…

Mühəndislər gizliliyi növbəti səviyyəyə çıxarmağın bir yolunu tapmış ola bilər… …Boeing-in yeni altıncı nəsil F-47 qırıcısı hərbi aviasiyada əsl sıçrayış olacağını vəd edir. SİA-nın əldə etdiyi məlumata görə, bunu 19FortyFive yazır. Təyyarənin ilk görüntülərində diqqətli mütəxəssislər gizli təyyarələr üçün qeyri-adi elementləri – kiçik ön qanadları müşahidə ediblər və bu, hərbi dairələrdə qızğın müzakirələrə səbəb olub. Radar imzasını əhəmiyyətli dərəcədə artıran böyük bir kanard (ön üfüqi quyruğu) olan Çin J-20-dən fərqli olaraq, F-47 gövdəyə səliqəli şəkildə inteqrasiya olunmuş daha kiçik qanadlara malikdir. Bu, “Boeing” mühəndislərinin təyyarənin…

Daha çox

Bakıda II TİO-nun final mərhələsi keçirilib

Bakıda II Türk İnteqrasiya Olimpiadasının (TİO) final mərhələsi keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra səhnəyə Turan və Azərbaycan bayraqları gətirilib. Tədbiri giriş sözü ilə Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəri, dosent Şəmil Sadiq açıb. O qeyd edib ki, cənab Prezident İlham Əliyevin andiçmə mərasimində: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu bizim üçün prioritetdir”,…

Daha çox

Azərbaycanda diplomatik korrespondensiyanın daşınması qaydası hazırlanacaq

Prezident İlham Əliyev “Feldyeger rabitəsi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib, bu qanunun tətbiqi ilə bağlı 4 avqust 2023-cü il tarixli fərmanında dəyişiklik edib. SİA xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti adı çəkilən qanuna əlavə olunmuş bəndə uyğun olaraq, diplomatik korrespondensiyanın daşınması qaydasını iki ay müddətində müəyyən edib dövlət başçısına məlumat verməli, dəyişiklikdən irəli gələn digər məsələləri həll etməlidir.

Daha çox

Yakutların “Ayta” filminin yayım sertifikatı niyə ləğv edilib?..

Roskomnadzor filmdə millətçilik əlamətlərini və “Rusiya xalqlarının birliyi prinsiplərinə zidd olan dağıdıcı məlumatların” olduğunu aşkar edib… …Rusiya Mədəniyyət Nazirliyinin rəhbəri Olqa Lyubimova bildirib ki, yakut rejissoru Stepan Burnaşevin “Ayta” filmi tamaşaçıların çoxsaylı şikayətlərinə görə yayım sertifikatından məhrum edilib. O qeyd edib ki, millətlərarası qarşıdurma mövzusuna hər hansı istinad Rusiya cəmiyyətində mənfi reaksiyaya səbəb olur. Filmə onlayn platformalarda baxmağı bacaran tamaşaçılardan daxil olan yüzlərlə şikayəti bununla izah edir. Müxtəlif kinofestivallarda nümayiş olunan “Ayta” filminin yayım sertifikatının ləğvindən əvvəl Roskomnadzordan Burnaşevin filminin Rusiyanın onlayn kinoteatrlarından çıxarılması tələbi…

Daha çox

Yarımstasionar sosial xidmətin əhatə dairəsi müəyyənləşib

Prezident İlham Əliyev “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. SİA xəbər verir ki, qanuna əsasən, yarımstasionar (günərzi) sosial xidmətin əhatə dairəsi müəyyənləşir. Belə ki, yarımstasionar (günərzi) sosial xidmət çətin həyat şəraitində olan şəxslərə, o cümlədən özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və 18 yaşdan yuxarı əlilliyi olan şəxslərə gündüz və ya gecə vaxtlarında sosial-məişət, tibbi-sosial, sosial-mədəni və bu Qanunla müəyyən edilmiş digər xidmətlərin göstərilməsindən, onların münasib əmək fəaliyyətinə cəlb olunmasından ibarətdir. Qeyd edək ki, bu vaxta qədər…

Daha çox