“Artıq 30 ilə yaxın müddətdir ki, yəni 1994-cü ildən müharibənin aktiv fazası başa çatdıqdan sonra Ermənistan demək olar ki hər gün atəşkəsi pozurmuşdur. O cümlədən sadəcə ordu da deyil, erməni diasporası, Ermənistan siyasi hakimiyyətləri də Azərbaycana qarşı aktiv şəkildə kompaniya aparmışdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Kazım Kazımov deyib. Onun sözlərinə görə, 2020-ci il İkinci Qarabağ müharibəsi dövründə bizim qəti qələbəmizdən sonra belə Ermənistan yenə bu siyasətindən əl çəkməmişdir: “O ki qaldı indiki vəziyyətimizə baxdığımızda, Ermənistanın əməli ilə sözü arasında ciddi şəkildə fərqlər var. Nikol Paşenyan bir tərəfdən sülhdən danışır,…
Daha çoxDay: May 6, 2025
Baykal teleskopu unikal fenomeni qeyd edib…
…Baykal Neytrino Teleskopu ilk dəfə olaraq son dərəcə yüksək enerjiyə malik neytrinoları qeydə alıb və onların mənbəyi Qalaktikamızın daxilində olan cisimlərdir. SİA-nın məlumatına görə, bu kəşf barədə “The Astrophysical Journal”da dərc olunan məqalədə bildirilir. Neytrinolar praktiki olaraq maddə ilə qarşılıqlı təsir göstərməyən elementar hissəciklərdir. Onlar ulduzlardan və planetlərdən sərbəst keçir və yalnız nadir hallarda digər hissəciklərlə toqquşur. Belə qarşılıqlı əlaqəni qeydə almaq olduqca çətindir, ona görə də onları müşahidə etmək üçün nəhəng yeraltı və sualtı qurğulardan, məsələn, Baykal Teleskopu istifadə olunur. O, Baykal gölünün 1300 metr dərinliyində quraşdırılıb. Təxminən 4700…
Daha çox“Qəzaların artmasının bir neçə əsas səbəbi mövcuddur”
Qəzaların artmasının bir neçə əsas səbəbi mövcuddur. Bu səbəblərdən başlıcası yol hərəkəti zamanı ehtiyatsız davranışlar və nəqliyyat axınının düzgün tənzimlənməməsidir. Bu cür vəziyyətlər yol hərəkəti iştirakçılarında arxayınlıq yaradır və təhlükəsizlik baxımından ciddi risklərə səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, risklərin yaranmasında ən mühüm amillərdən biri də sürət faktorudur. Sürət həddinin aşılması, yol hərəkətinin təşkili və təhlükəsizlik qaydalarının pozulmasına, həmçinin insan həyatına və sağlamlığına zərər vurulmasına səbəb olur: “Buna görə də hər bir şəxs, xüsusilə də sürücülər, yol hərəkəti qaydalarına ciddi şəkildə…
Daha çoxMaliyyəsiz biznes qurmağın yolları NƏLƏRDİR?
“Çox adam düşünür ki, biznes qurmaq üçün mütləq şəkildə pul lazımdır və özüm öz biznesimi yavaş-yavaş böyüdərəm”. Bu sözləri SİA -ya açıqlamasında biznes üzrə ekspert Elvin Dadaşsoy deyib. Onun sözlərinə görə, biznesi qurmaq üçün ən önəmli məsələ, həmin biznes barəsində olan ətraflı bilgilər və əlaqələr, komanda qurmaq bacarığı, maliyyəni yönətmə bacarığı, brendləşdirmə bacarığı, həmçinin vizyonun olmasıdır: “Yəni bir insan bu kimi xüsusiyyətlərə sahibdirsə, pulu olan başqa bir insanla birləşə bilər, onunla ortaq olub biznesini böyüdə bilər. Bunun üçün nə lazımdır? Bunun üçün ilkin növbədə həmin biznesdə yaxşı bir təcrübə toplamaq…
Daha çox“Zəfərdən zirvələrə” gənclərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Zəfərdən zirvələrə” gənclərlə görüş keçirilib. SİA xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına təkcə siyasi müstəqillik deyil, həm də milli dövlətçilik ideologiyası, sosial-iqtisadi inkişaf…
Daha çoxUkrayna və Rusiya böyük məhbus mübadiləsi aparıblar…
205 ukraynalı əsirlikdən azad edilib… …Çərşənbə axşamı, mayın 6-da Ukrayna və Rusiya arasında böyük məhbus mübadiləsi keçirilib. SİA-nın məlumatına görə, 205 ukraynalı rus əsirliyindən azad edilib, Ukrayna prezidenti Vladimir Zelenski Telegram-da bildirib. Onun sözlərinə görə, bu gün Ukrayna 205 əsgərini geri qaytarıb. Onlar Rusiyanın bir çox bölgələrinə səpələnmişdilər. … Biz onları geri qaytardıq. Və bu mübadilədə əməyi keçən hər kəsə təşəkkür edirəm. Tərəfdaşlarımıza, xüsusən də Birləşmiş Ərəb Əmirliklərinə vasitəçilik və köməyə görə təşəkkür edirik. …Zelenski yazıb ki, əsirlikdə olan ukraynalılara əhəmiyyət verən və danışmağa davam…
Daha çox9 May Qələbə Günü sakinlərin gözü ilə
Bu il 9 May – faşizm üzərində Qələbədən 85 il ötür. İkinci Dünya müharibəsi bəşər tarixinin ən dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalıb. 9 May SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizmin süqutu ilə nəticələnib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşıb. Hər il 9 May ölkəmizdə də təntənəli şəkildə qeyd olunur. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman İkinci Dünya müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində…
Daha çoxGəncə Avtomobil Zavodunun məhsulları Türkiyə bazarına çıxarılacaq
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin məhsulları Türkiyə və digər ölkələrin bazarlarına çıxarılacaq. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Zavodun Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev bildirib. Onun sözlərinə görə, bununla bağlı uzun müddətdir ki, işlər aparılır: “Bu sahədə uzun illərdir ki, çalışırıq. Yeni bağlanılan müqavilə Türkiyə və digər bazarlara çıxışı əhatə edir”. Xatırladaq ki, mayın 5-də Nazirlər Kabinetində Azərbaycan və Belarusun Baş nazirləri Əli Əsədov və Aleksandr Turçin arasında keçirilmiş geniştərkibli görüş çərçivəsində traktor texnikasının tədarükü üzrə əməkdaşlığın inkişafına dair Memorandum imzalanıb. Sənədi X.Fətiyev və Minsk Traktor…
Daha çox“Heydər Əliyev qurtarıcı lider kimi tariximizdə qalacaq”
“Heydər Əliyev hər şeydən öncə özünü, həyatını, ailəsini, bütün varını Azərbaycana fəda edən böyük bir dövlət adamı idi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, eyni zamanda Heydər Əliyev çox təcrübəli, siyasəti yaxşı bilən bir insan idi: “Onun idarəetmə bacarıqları, insanlarla təmas qurmaq bacarıqları hələ yüz illər bundan sonra da yaxşı örnək kimi öyrəniləcək, tətbiq ediləcək. Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən xalqın istəyi ilə hakimiyyətə qayıtması Azərbaycanı uçurumun dibindən xilas etmiş oldu. Çünki o vaxt ölkə içindəki hərc-mərclik, yeni qurulmaqda olan müstəqil dövlətin gələcəyinin…
Daha çoxKadırov istefası ilə bağlı sözlərinə münasibət bildirib
“Mən piyadayam! Mən komanda adamıyam. Sifariş var – onu yerinə yetirirəm…” …Ruslar Çeçenistan rəhbəri Ramzan Kadırovun istefası ilə bağlı dediklərini səhv başa düşüblər. SİA-nın məlumatına görə, bu barədə onun özü Telegram-da bildirib. Bu gün, mayın 6-da səhər saatlarında Kadırov tutduğu vəzifədən azad edilməsini istədiyini etiraf edən bəyanat yayıb. Kadırovun fikrincə, regional lider vəzifəsində qalıb-qalmamağa qərar verən o deyil. Eyni zamanda o, federal mərkəzə istefa ərizəsi verdiyini inkar etməyib. …Bəli, mən soruşa və ya təklif edə bilərəm. Amma necə danışsam da, necə soruşsam da, belə bir…
Daha çox