Moda – bu anlayış müxtəlif zamanlarda müxtəlif cəmiyyətlərdə meydana gələn geyim stillərini özündə ehtiva edir. Ümumi anlayışlar: incəsənət, memarlıq, ədəbiyyat və yemək kimi bir çox mövzudan ibarət ola bilir. Bir müddət əksər insanlar tərəfindən bəyənilən bir şey də bu cür adlandırıla bilər. Moda sadəcə geyim deyil. Makiyajın da modası var, çantaların da.. Musiqi, ədəbiyyat, kino, teatr, alış-veriş kimi bu cür fəaliyyət növləri də bu anlayışa daxildir. Modanın tarixçəsi minlərlə il öncəyə qədər gedib çıxır. Çinlilərin ayaqlarını kiçiltmək üçün əziyyətə qatlaşmaları, Babilli və Assuriyalı kişilərin kobud və saçaqlı geyimlər geyinmələri belə…
Daha çoxDay: May 6, 2025
Aqrar sahədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu təsdiq edib. SİA xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə qarşı tərəfə bildiriş göndərməlidir.
Daha çoxHindistan-Pakistan münaqişəsi: NÜVƏ MÜHARİBƏSİ TƏHLÜKƏSİ
Dünya ictimaiyyətinin diqqətini indi daha çox Hindistanla Pakistan arasında olan gərginli cəlb edir. Əlbəttə ki, bu, səbəbsiz deyil. Hər kəs çox yaxşı bilir ki, bu iki ölkə arasında olan münaqişə heç də Rusiya-Ukrayna müharibəsi timsalında, digər münaqişələrlə müqaisə belə edilən deyil. İstər Hindistanın, istərsə də Pakistanın mövcud potensialı bəllidir. Hazırda Hindistan-Pakistan münaqişəsi bütövlükdə dünya üçün nüvə müharibəsi təhlükəsi deməkdir. Hindistan və Pakistanın qarşıdurması dünya üçün təhlükəlidir Ukraynadakı hərbi əməliyyatlarla bağlı dünya mediasının marağı birdən-birə tamam başqa mövzu ilə əvəz olundu. Sözsüz ki, bu, heç də təsadüfi ola bilməzdi. İki nüvə…
Daha çoxFridrix Merts Bundestaqda səsvermənin ikinci turunda Kansler seçilib
Almaniyada Xristian Demokratlar İttifaqının (CDU) lideri Fridrix Merts Bundestaqda keçirilən səsvermənin ikinci turunda Federal Kansler seçilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, F.Mertsin Kansler seçilməsi üçün parlamentin 630 deputatından 316-sının səsi tələb olunduğu halda onun lehinə 325 deputat səs verib. Yeni Kansler ona göstərilən etimada görə deputatlara minnətdarlığını bildirib. Xatırladaq ki, koalisiya hökumətində yer alan partiyalar – CDU, Xristian Sosialistlər İttifaqı (CSU) və Sosial Demokrat Partiyası (SPD) parlamentdə 328 deputat mandatına sahib olduğundan F.Mertsin ilk turda Kansler seçilməsi gözlənilirdi. Lakin gözlənilmədən birinci turda F.Mertsin Kansler seçilməsinin lehinə 310, əleyhinə…
Daha çoxKaryera planlaması: istək, yoxsa imkan? – MÜNASİBƏT BİLDİRİLDİ
Karyera planlaması: istək, yoxsa imkan? – MÜNASİBƏT BİLDİRİLDİ
Daha çoxAzərbaycan və Pakistan Anlaşma Memorandumu təsdiqlənib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Gömrük Xidməti (Federal Gəlirlər Şurası) arasında ilkin elektron məlumat mübadiləsinin yaradılması haqqında Anlaşma Memorandumu”nu təsdiq edib. SİA xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsaəsn, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə qarşı tərəfə bildiriş göndərməlidir.
Daha çoxKanadada “Azərbaycan İrs Günü” adlı tədbir təşkil olunub
Kanadanın Ontario Qanunvericilik Assambleyasında ilk dəfə olaraq “Azərbaycan İrs Günü” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Toronto şəhərində fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təsis edilməsinin 10-cu ildönümünə həsr olunmuş tədbir Azərbaycanın və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbirin moderatoru Kanadanın sabiq multikulturalizm və vətəndaşlıq naziri Toni Ruprext olub. O, “Vətən” təşkilatının Azərbaycanın zəngin tarixi-mədəni irsinin, adət-ənənələrinin Kanadada təbliği istiqamətində əvəzsiz rol oynadığını qeyd edib. T.Ruprext dəfələrlə bu təşkilatın tədbirlərinə qatıldığını və hər dəfə Azərbaycanla bağlı yeni, maraqlı məlumatlar öyrəndiyini…
Daha çoxPsixoloji problemlərin qarşısını necə almaq olar?
“Gənclər arasında yaranan vəziyyətin daha çox tətiklənməsinə səbəb rəqəmsal dünyanın onların psixologiyasına təsiridir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib. O bildirib ki, bu gün rəqəmsal dünyadan istifadə, sosial şəbəkələrdə yayımlanan bloggerlərin şəxsi həyatı, bu həyatı yaxalamaq istəyi, bütün bu insanların həyatını yaşaya bilməmək, gözoxşayan bu dünya onları bütün arzu istəklərindən uzaqlaşdırır: “Özəlliklə də 18-25 yaş arası gənclərimizdə bu yaş dövründə daha çox hansı peşə fəaliyyətinin seçilməsi, hər hansı peşədə özünü təsdiq, meyarlar özünü dolğun göstərir deyə, onlar sanki daim mübarizədədirlər. İstəyirlər ki, özlərini cəmiyyətə sübut etsinlər. İlk növbədə…
Daha çoxİqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşları qəbul edib
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Naxçıvan şəhərində bu şəhərdən, həmçinin, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, ixrac, əmlak, vergi, logistika və s. məsələlərlə bağlı müraciət ediblər. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.
Daha çoxKreml Qələbə Paradına qatılacaq xarici liderlərin sayını açıqlayıb
Moskvada Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə 29 xarici ölkə lideri iştirak edəcək. SİA-nın məlumatına görə, TASS xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. …Biz çoxlu sayda xarici qonaqlar dəvət etmişik və gözləyirik ki, Qələbə Paradında dəvət etdiyimiz ölkələrdən 29 lider iştirak edəcək. Bunu Kreml sözçüsü bildirib. Uşakov qeyd edib ki, Rusiya Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, həmçinin Bosniya və Herseqovina liderlərinin səfərini gözləyir. Bundan əlavə, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo, Kuba, Laos, Monqolustan, Myanma, Fələstin,…
Daha çox