Nigar Şahverdiyeva Müasir dövrdə milli kimliklər təkcə etnik və ya tarixi əsaslarla deyil, həm də ortaq xatirələr və birgə yaşanmış travmalar vasitəsilə formalaşır. Toplumlar keçmişdə baş vermiş müharibələr, təbii fəlakətlər və zorakı hadisələr nəticəsində yalnız fiziki deyil, həm də mənəvi və mədəni baxımdan sarsılır. Bu cür travmalar zamanla toplumun kollektiv yaddaşında dərin iz buraxır, kimliklərin qurulmasında mühüm rol oynayır. Azərbaycan və Türkiyə cəmiyyətləri bu baxımdan ortaq acılar və kollektiv travmalar üzərindən formalaşan milli kimlik nümunələrinə malikdir. Azərbaycan üçün Qarabağ münaqişəsi yalnız torpaq itkisi deyil, həm də minlərlə insanın həlak olması,…
Daha çoxDay: May 6, 2025
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
Mayın 23-də, saat 09:30-da əqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Goranboy, Xocalı rayonları və Naftalan şəhərinin sakinlərini qəbul edəcək. SİA nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək. Qəbula mayın 22-nə qədər nazirliyin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
Daha çox“Azər Badamovun üzləşdiyi hal heç də xoş olmayan mənzərədir”
“Azərbaycan-Rusiya arasında dərin köklərə malik ikitərəfli diplomatik əlaqələr mövcuddur. Amma buna baxmayaraq müxtəlif dövrlərdə müxtəlif irili-xırdalı krizislər də az olmayıb. Buna onlarla misal göstərmək olar. Bunlar arasında ən yadda qalanı isə son aylar baş verən təyyarə krizi, “Rus Evi”-nin qeyri-dost rəfdarı və bəzi Rusiya siyasətçilərinin diplomatiyadan uzaq, ikili münasibətlərə zərər gətirən boğazdan yuxarı müəyyən fikirlərini söyləmək olar”. Bu sözləri SİA-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib. Ağasif Şakiroğlu sözlərinə belə davam edib: “Əminliklə qeyd etmək istərdim ki, Azərbaycana qarşı Rusiya siyasi elitasında ayrı-ayrı şəxslərin düşmən mövqeyi tam açıq…
Daha çoxMiqrantlar Belarus sərhədində polşalı sərhədçini yaralayıblar…
Sərhədçilərə daşlar atılıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Polşa Sərhəd Xidmətinin məlumatına görə, Belarus sərhədində miqrantlar tərəfindən polşalı sərhədçi yaralanıb. Məlumata görə, Belarus tərəfdən gələn miqrantlar sərhədçilərə daş atıblar; Polşa xidmətinin əməkdaşlarından biri yaralanıb, lakin onun həyatı üçün təhlükə yoxdur. Patrul maşınına da ziyan dəyib. Ümumilikdə, son 24 saat ərzində Polşa sərhədçiləri Belarusla sərhəddə 80 qanunsuz giriş cəhdi qeydə alıb. Səkkiz nəfər saxlanılıb. Əli Babayev
Daha çoxAzərbaycanda daha 18 nəqliyyat vasitəsi özəlləşdirilib
Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 18 nəqliyyat vasitəsi satılıb. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 103 sifariş qəbul edilib. Bunlardan 33-ü onlayn qaydada həyata keçirilib. Rəqabətli keçən hərracda start qiyməti 4 500 manat olan “Nissan Maxima” markalı avtomobil 8 200 manata, 7 800 manat olan lot üzrə 2 nəqliyyat vasitəsi 13 300 manata satılıb. Hərracda satılmış nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3LtXXH linki vasitəsilə tanış olmaq mümkündür. Növbəti hərraclar 13, 20 və 27 mayda keçiriləcək. Hərraca…
Daha çox“Azərbaycana təzyiqlərin göstərilməsi bunun bariz nümunəsidir”
“İran prezidenti Məsud Pezeşkianinin Azərbaycana səfəri təbii ki, üç ildən artıq davam edən İran-Azərbaycan arasında soyuq münasibətlərinin yenidən normallaşmasına təkan verə biləcək bir hal kimi dəyərləndirilə bilər. Amma bu gündə münasibətlərdə müəyyən gərginlik var. Problemin kökü isə ondan ibarətdir ki, İranda elə qüvvələr var ki, onlar həm hakimiyyətdə təmsil olunurlar, həm də həmin qüvvələr Azərbaycanla münasibətlərin mütəmadi şəkildə gərgin olmasında maraqlıdırlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, bu səfərin baş tutması və bu səfər zamanı verilən açıqlamalar, mesajlar və imzalanan sənədlərin hamısı irəliyə atılmış addımlardır.…
Daha çoxBölgələrdə işsizlik probleminin səbəbi nədir?
“Sovet İttifaqından ayrıldıqdan sonra Azərbaycan bir sıra çətinliklərlə üzləşdi. İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün ciddi islahatlar və dəyişikliklər aparıldı. Bu dövrdə təhsil, səhiyyə, idarəetmə və iqtisadiyyatda çoxsaylı yeniliklər baş verdi. Lakin, xüsusilə naşı idarəçilərin hakimiyyətə gəlməsi ölkənin inkişafını müəyyən qədər ləngitdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə iqtisadiyyatın inkişafı üçün ciddi tədbirlər həyata keçirilməyə başlandı. Əsrin müqaviləsi ilə Azərbaycan neftinin Avropaya ixracına başlanıldı, bu da iqtisadiyyatın mühüm həlqələrindən birini təşkil etdi”. Bu sözləri SİA-ya açıqlamasında sosial məsələlər üzrə ekspert Ramal Əliyev deyib. Ramal Əliyev sözlərinə belə davam…
Daha çoxTəcrid və yeni vasitəçi
ABŞ Ukrayna danışıqlarından çıxsa, nə baş verə bilər? Əgər irəliləyiş olmasa, ABŞ Ukrayna ilə bağlı danışıqlardan geri çəkilə bilər. Hələlik Tramp yalnız əllərini bu məsələni yumaqla hədələyir – yeni vasitəçi rolunu kimin üzərinə götürə biləcəyi də bəlli deyil. Donald Tramp andiçmə mərasimindən dərhal sonra Rusiya Federasiyası ilə Ukrayna arasında atəşkəslə bağlı danışıqların üzərinə qaçaraq getdi. Əvvəlcə o, münaqişəni 24 saat ərzində, sonra isə Pasxa bayramı ilə bitirəcəyini vəd etdi. Bununla belə, döyüşlər davam edir və indi Amerika prezidenti fikrini dəyişib: danışıqlarda aydın irəliləyiş olmasa, ABŞ danışıqlardan geri çəkilə bilər. Belə…
Daha çox“Əsas məsələ texnologiyanın düzgün idarə edilməsidir”
“Müasir dövrdə texnologiyanın həyatımızın bütün sahələrinə daxil olması artıq təbii və qaçınılmaz bir hal almışdır. Bu xüsusilə uşaqların inkişafı baxımından ciddi diqqət və məsuliyyət tələb edir. Erkən yaş dövrü — xüsusilə 0–6 yaş aralığı — uşaqların psixoloji və sosial inkişafı üçün ən həssas mərhələ hesab olunur. Bu dövrdə uşaqların telefon, planşet və digər ekranlara uzun müddət və nəzarətsiz şəkildə məruz qalması onların psixososial inkişafına mənfi təsir göstərə bilər”. Bu sözləri SİA-ya açıqlamasında texnoloq Elvin Həsənov deyib. Elvin Həsənov sözlərinə belə davam edib: “Erkən yaşlarda ekranla həddindən artıq təmas uşaqlarda diqqət…
Daha çoxZibillərin yandırılması ilə bu kimi enerjilər əldə edilir
“Respublikamızda tullantıların emalı ilə əsasən Bakı Bərk Məişət Tullantılarının Yandırılması zavodu məşğul olur. Bakı Bərk Məişət Tullantılarının Yandırılması zavodu Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respubliksında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı çərçivəsində inşa olunmuşdur. Zavodun inşası ilə bağlı keçirilmiş tenderin qalibi olan Fransanın CEEIM şirkəti tərəfindən layihələndirilmə və aşar təhvil prinsipi əsasında tikinti işlərinə başlanılmışdır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Texniki Universitetinin Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müdiri Ramiz Kəlbiyev deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının…
Daha çox